Çarın zorla sevdirilməsi: qorxu və yalan üzərində 81 faizlik “qələbə” - İNCƏLƏMƏ...
Tarix: 6-04-2022, 08:23 | Çap et
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin (VTsİOM) keçirdiyi sosioloji sorğunun nəticələrinə görə, rusiyalıların 79 faizi Prezident Vladimir Putinin fəaliyyətindən razı, 13,5 faiz isə narazıdır. Sorğu iştirakçılarının 81 faizi Putinə güvəndiyini deyib.
Rusiyanın Ukraynaya hərbi təcavüzündən öncə mərkəzin keçirdiyi oxşar sorğuda 71 faiz respondent Putinə etibar etdiyini bildirmişdi. Ukraynaya hücumdan sonra isə bu güvənin artdığı iddia olunur. VTsİOM-un keçirdiyi sorğunu obyektiv qiymətləndirənlər olsa da, əksəriyyət bu qənaətdədir ki, Rusiya demokratik ölkə olmadığına görə burada keçirilən heç bir sorğu obyektiv ola bilməz.
Əgər sosioloji sorğu doğrudan da demokratik keçirilibsə, o zaman rusların Ukraynaya təcavüz fonunda Putinə etimadının artması maraq doğurur. Və ya əksinə, sorğu qeyri-şəffafdırsa, o zaman Kreml bununla nəyə nail olmaq istəyir? dia-az.life-ın məlumatına görə, sosioloq Əhməd Qəşəmoğlu AYNA-ya açıqlamasında deyib ki, sosioloji sorğu keçirməyin metodikası var və əksər hallarda buna əməl olunmur: “55 ildən artıqdır sosiologiya elminin tədqiqi ilə məşğul olan bir alim kimi deyə bilərəm ki, belə sosioloji sorğuların ciddi əhəmiyyəti yoxdur. Bəzən bizə də deyirlər ki, Avropa protokollarına uyğun olaraq sosioloji sorğu təşkil etsək də, nəticə inandırıcı olmadı. Bu, ona görədir ki, zəruri informasiyanı əldə etmək üçün xüsusi yanaşma və peşəkarlıq tələb olunur. Əksər hallarda sosioloqlar standart metodlarla bu cür sorğular təşkil edirlər”.
“Rusiyada keçirilən sorğu isə konyuktur sorğular kateqoriyasına aiddir. Bu sorğuda iştirak edən respondentlər siyasi texnologiyaların təsiri altında qərar verirlər. Sorğunu keçirən mərkəzlər də bir çox hallarda arzuladığı rəqəmi əldə etməyə çalışır və bu səbəbdən özləri üçün lazım olan əhali qrupunu hədəf seçirlər. Respondentlər daha çox həkimlər, müəllimlər, dövlət vəzifələrində çalışanlar, büdcə vəsaitləri hesabına maliyyələşən təbəqənin nümayəndələri arasından seçilir”, - deyə həmsöhbətimiz bildirib.
Sosioloqun sözlərinə görə, Rusiya və bu kimi ölkələrdə əhali hökumətin əleyhinə hər hansı şərh verməyə ehtiyat edir: “Məlumdur ki, Ukraynaya qarşı hərbi təcavüzdən sonra Rusiyada repressiv idarəetmə metodları gücləndirilib. Qanunlarda müəyyən dəyişikliklər edilib və Kremlə qarşı çıxanların daha sərt cəzalandırılması nəzərdə tutulub. Təbii ki, belə bir şəraitdə Rusiya vətəndaşları obyektiv rəy bildirməyəcəklər. Düşünürlər ki, onları hər yerdə izləyirlər və sosioloji sorğularda da iqtidarın maraqlarına uyğun cavablar verməsələr, özlərini təhlükəyə ata bilərlər”.
Qəşəmoğlu qeyd edib ki, bu səbəbdən vətəndaşlar ya bu cür sorğularda iştirak etmirlər, ya da özlərini sığortalamağa çalışırlar: “Belə ölkələrdə adətən latent, yəni gizli sorğular keçirilməlidir. Şübhəsiz ki, bu sorğu latent olmayıb və obyektiv qiymətləndirilə bilməz. Əgər avtoritar şərtlər altında 15 faizə yaxın əhali Putinə etimadsızlıq göstəribsə, bu, kifayət qədər ciddi rəqəmdir. Sorğu hətta obyektiv keçirilsə belə, nəticələr obyektiv ola bilməz”.
Psixoloq, hərbi ekspert Azad İsazadə də AYNA-ya şərhində bu cür sorğuların şəffaflığının və obyektivliyinin inandırıcı olmadığını qeyd edib: “1991-cı ilin mayında SSRİ vətəndaşları ittifaqın qalmasına səs versələr də, cəmi altı ay sonra ittifaq dağıldı. Bu sorğular şərti xarakter daşıyır. Unutmamalıyıq ki, Rusiya televiziyalarında çox ciddi şəkildə müharibə təbliğatı aparılır və bəzi vətəndaşlar bu təbliğatın təsir dairəsinə düşürlər. Rusiya xalqı hər zaman qələbə anlayışı ilə yaşayıb. Onların psixologiyasına şüurlu şəkildə yeridiblər ki, bütün ətraf düşməndir və hamı Rusiyaya qarşı qısqanc yanaşır, ona həsrətlə baxırlar. Müharibələr, qələbələr yolu ilə Rusiyanın daha da güclənəcəyini təlqin edirlər”.
“Digər yandan psixoloji mahiyyət etibarilə Rusiya cəmiyyəti də imperiyadan yanadır. Bu yanaşma isə öz növbəsində onları digər xalqların münayəndələrinə yuxarıdan aşağı baxmağa təhrik edir. Ukraynaya qarşı hərbi təcavüz fonunda ukraynalıların məğrur davranışı Rusiya cəmiyyəti üçün də arzuolunan deyil. Bu baxımdan mümkündür ki, onlar da müharibənin davamında maraqlı olsunlar”, - deyə ekspert söyləyib.
Onun sözlərinə görə, Putin bütün imkanlarını ortaya qoyaraq daxildən dəstək almağa çalışır: “Fərqindədir ki, daxili təlatümlər onun sonunu gətirə bilər. Sülhün kölgəsi görünən kimi, müharibə təbliğatını artırırlar. Elə rəy yaradırlar ki, guya Ukraynaya hücumlar daxildən gələn sosial sifarişdir. Rusiyada hazırda elə bir vəziyyət hökm sürür ki, sanki sülhdən danışmaq cinayət sayılır. Repressiv metodlar da vəziyyətə təsir edir. Əhali əmin olsa ki, obyektiv səs verəcəyi təqdirdə ona qarşı hər hansı təhlükə yaranmayacaq, o zaman faizlər əhəmiyyətli dərəcədə azalacaq”.
“Şübhəsiz ki, bu sosioloji sorğu reallığı əks etdirmir. Çünki sorğu çox mürəkkəb bir texnologiyadır. Sualın qoyuluşundan, respondentlərin seçimindən və yönəldilməsindən də çox şey asılıdır. Sorğu bitdikdən sonra isə onun qiymətləndirilməsi obyektiv aparılmalıdır. Bütün hallarda sosioloji sorğu mövcud vəziyyəti əks etdirmir. Hətta mümkündür ki, bu gün “a” cavabını verən respondent sabah “b” cavabını versin”, - deyə İsazadə vurğulayıb.
Əlavə edib ki, sorğunun obyektiv və ya subyektiv keçirilməsindən asılı olmayaraq, Rusiya ictimaiyyəti Putini dəstəkləmir: “Təbii ki, onu dəstəkləyənlər də var. Lakin onların sayı bir o qədər də çox deyil. Sadəcə ifadə azadlığı olmadığına görə Rusiya əhalisi ehtiyat edərək, özünü qorumağa çalışır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|