“Yenilməz rus ordusu mifi darmadağın oldu” - Mixail Jiroxov
Tarix: 9-04-2022, 11:03 | Çap et
“Ukraynada müharibə hələ bitməsə də, rus qoşunlarının Kiyevdən, eləcə də bəzi bölgələrdən sərhədə doğru biabırçı şəkildə qaçması bizə çox ilkin və çox subyektiv nəticələr çıxarmağa imkan verir”. DİA.AZ xəbər verir ki, bunu AYNA-ya açıqlamasında ukraynalı hərbi ekspert Mixail Jiroxov deyib. Onun sözlərinə görə, Ukrayna hərbçilərinin Qərb təlimatçılarının rəhbərliyi altında bir neçə ildir tətbiq etdikləri manevr döyüşləri taktikası öz effektivliyinin parlaq təsdiqini alıb: “Bunun özəlliyi ondadır ki, hərbi potensiallardakı böyük fərqi dərk edərək, müasir tank əleyhinə silahlarla silahlanmış mobil qrupların hərəkətlərinə, iri yaşayış məntəqələrinin, ilk növbədə regional mərkəzlərin müdafiəsi ilə düşmən əlaqəsinə xüsusi diqqət yetirilir. Üstəlik, Ukrayna hərbi komandanlığı ilkin mərhələdə Rusiya hərbi-siyasi rəhbərliyinin bütün səhvlərindən çox uğurla istifadə etdi - ruslar müharibə olarsa, Ukrayna əhalisinin Rusiya qoşunlarını gül-çiçəklə, ya da ən azı neytral olaraq qarşılayacağına ürəkdən inanırdı. Ruslar həm də ona inanırdılar ki, Ukrayna ordusu yalnız rus kolonlarının hərəkətə keçməsini eşidən kimi dağılışacaqlar (etiraf etmək lazımdır ki, 2014-cü ilin yayında Donbasda belə olmuşdu) və yalnız "sağ millətçilərin" ayrı-ayrı qrupları müqavimət göstərəcək”.
Ekspertin fikrincə, buna görə də rus kolonlarının avanqardında yalnız alüminium qalxanlı, rezin dəyənəkli OMON və SOBR dəstələri gəlirdi:“Rusiya hərbçilərinin heç biri,istər psixoloji, istərsə də hərbi cəhətdən böyük yaşayış məntəqələrinə hücum etməyə hazır deyildi - sonuncu belə təcrübə Qroznıda 27 il əvvə olub, lakin görünür, indiki orduda sadəcə fiziki olaraq o dövrün işitirakçıları yoxdur. Və üstəgəl həmişə olduğu kimi, Rusiyada ordudan məntiqli analitik materiallar ortaya çıxmadı. Üstəlik, ruslar sürətli hücum əmri olan bir və ya iki uğursuz hücumdan sonra böyük şəhərləri sadəcə olaraq yan keçərək, birbaşa Kiyevə gedirdilər ki, bu da Kremlin yeganə arzuladığı hədəf kimi görünürdü”.
“Nəticədə aprelin 6-a olan vəziyyətə görə, ruslar Xersondan başqa heç bir vilayət mərkəzinə nəzarəti ələ keçirə bilmədilər və bununla da onlar yalnız cənubda dəmir yolu (Rusiya hərbi maşını bu amilə çox bağlıdır) əsasında maddi-texniki təchizatı təşkil edə bildilər. Beləliklə Kiyevə qarşı yönəlmiş həm Belarus, həm də Rusiya Federasiyası ərazisindən gələn bütün nəhəng dəstə avtomobillə təchizat marşrutları dayandırıldı. Hansı ki, yumşaq desək, az inkişaf etmişdi - sovet dövründə bütün avtomobil şəbəkəsi əsasən şərqdən qərbə çəkilir, cənubdan şimala isə köməkçi funksiyası daşıyırdı. Belə yollar həm təxribat qrupları, həm də havadan hücumlar qarşısında çox müdafiəsizdir. Bu, sonda Rusiya mediasında “danışıqlar çərçivəsində sülh təşəbbüsü” kimi təqdim edilən biabırçı qaçışa gətirib çıxardı”, - deyə həmsöhbətimiz bildirib.
Jiroxov rus generallarının ikinci və həll olunmamış vəzifəsinə - hava üstünlüyünün əldə edilməsinə də toxunub: “Müharibənin əvvəlində Ukraynanın hava hücumundan müdafiəsi və aviasiyasının vəziyyəti bütün mütəxəssislər tərəfindən son dərəcə pis hesab edilirdi və işğalın əvvəlində ruslar raket zərbələri ilə HHM vahid şəbəkəsini böyük ölçüdə boğmağı bacardılar. Buna baxmayaraq, hətta müharibədən 40 gündən çox vaxt keçəndən sonra, ən azı müəyyən sayda hava hücumundan müdafiə və təyyarə və helikopterlərinin salamat qaldığı açıq-aydındır. Ümumiyyətlə, bu, Ukrayna zenitçilərinə müvəffəqiyyətlə raket hücumlarını dəf etməsinə imkan verir və Ukraynanın hücum təyyarələri və bombardmançıları vaxtaşırı düşmənə, xüsusən də Donbasda kifayət qədər ciddi ziyan vurur”.
“Bayraktar” pilotsuz təyyarələrinin roluna gəlincə, mütəxəssisin dediyinə görə, Rusiya ordusu fevralın 24-də mövcud olan bütün cihazların öz hesabatlarında artıq məhv edildiyini qeydə almasına baxmayaraq, Ukrayna qismən də olsa, “Bayraktar”ların donanmasını xilas edə bilib: “Ən azı, foto və videolarda məhv olmuş cihazların yalnız üç-dördünün göründüyün müəyyən etmək olar. Elə rəsmi mənbələr tərəfindən ictimaiyyətə təqdim edilən hücumların videolarında “Bayraktar”ların zərbələri olduqca müntəzəm olaraq görünür. Üstəlik havadan və drondan bu və ya digər zərbələr haqqında cəbhədən olan hərbçilər də çox danışırlar. Ukraynadakı müharibədə türk aparatından istifadə taktikasının özünəməxsus xüsusiyyətləri var ki, bunlar nə Suriya müharibəsi, nə də İkinci Qarabağ müharibəsi üçün xarakterikdir. Fakt budur ki, tammiqyaslı hərbi əməliyyatların başlanması zamanı Ukrayna hərbçilərinin son dərəcə məhdud sayda idarə olunan raketləri və pilotsuz təyyarələr üçün bombaları var idi və buna görə də zərbənin hədəfləri yalnız düşmənin hava hücumundan müdafiə sistemləri, eləcə də logistikası idi - mərkəzlər (yanacaq və sursat anbarları kimi). Bildiyimə görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin etdiyi kimi, düşmənin canlı qüvvəsinə və ya tək tanklarına zərbələr endirilməyib”.
“Ümumiyyətlə, deyə bilərik ki, Ukraynadakı müharibə, ölkənin böyük insan, texnika və infrastruktur obyektləri itkisinə baxmayaraq, Rusiya üçün ən pis ssenari üzrə inkişaf edir. Yaxın günlərdə və həftələrdə yeni hücumla kəskinləşmə mümkün olsa da, ən son silahlara malik “böyük və yenilməz” rus ordusu haqqında mif artıq tamamilə darmadağın edilib”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|