ABŞ-ın Ukrayna münaqişəsindəki planları AÇIQLANDI
Tarix: 18-04-2022, 08:24 |
Çap et
“ABŞ öz xeyrinə Ukraynada uzunmüddətli münaqişə axtarır”. DİA.AZ lent.az-a istinadla xəbər verir ki, bu barədə Çinin “Global Times” qəzetindəki məqalədə dərc olunub.
Qeyd olunur ki, Rusiyanın xüsusi əməliyyatı başladıqdan sonra Vaşinqtonun demək olar ki, bütün hərəkətləri hərbi əməliyyatların uzadılmasına yönəlib.
Bunun üçün ABŞ bütün səylərini səfərbər edib.
Məqalədə qeyd olunur ki, Vaşinqton müharibədə silah istehsalçılarına dəstək nümayiş etdirir.Hazırda silah şirkətlərinin səhmləri yüksək göstəricilərə malikdir.
Bundan əlavə, ABŞ Avropa və NATO-nun manipulyasiyasından geosiyasi dividendlər almaq istəyir.