Rusiya müdafiə xərclərinin ən çox olduğu ilk beş ölkədən biridir
Tarix: 25-04-2022, 07:51 |
Çap et
Dünya müdafiə xərcləri ardıcıl yeddinci ildir ki, davamlı olaraq artır.
DİA.AZ “Report”a istinadla xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) məlumat yayıb.
Bildirilib ki, tarixdə ilk dəfə olaraq ümumi hərbi xərclər 2 trilyon dolları keçərək 2,1 trilyon dollara çatıb.
2021-ci ildə hərbi xərclərin ən çox olduğu ilk beş ölkə ABŞ (801 milyard dollar), Çin (293 milyard dollar), Hindistan (76,6 milyard dollar), Böyük Britaniya (68,4 milyard dollar) və Rusiyadır (65,9 milyard dollar).
İnsitutun hesabatına görə, Rusiyanın hərbi xərcləri artıq üçüncü ildir ki, artmaqdadır. Ötən illə müqayisədə artım 2,9 % təşkil edib.
SIPRI 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra Ukraynanın hərbi xərclərinin artmasını da qeyd edib. 2014-2021-ci illər arasında hərbi büdcə 72 % artıb.