Rus kəşfiyyatından şou: “neonasistlər” və təbliğatçılara qarşı sui-qəsd “ssenarisi” - NƏ BAŞ VERİR?
Tarix: 28-04-2022, 10:40 | Çap et
Rusiya Federasiyasının kəşfiyyat xidməti (FSB) Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) tapşırığını yerinə yetirdiyi iddia edilən bir qrup “neonasist”in həbs edildiyini elan edib – sən demə, onlar əsas rus təbliğatçılarına qarşı sui-qəsd hazırlayırmışlar. Rusiyanın “Telegram” kanalları FSB tərəfindən saxlanılanlardan birinin SBU-də işləməsi və Kremlin ruporlarının qətllərini hazırlaması barədə “etirafına” istinad edərək, müvafiq xəbərləri aktiv şəkildə dərc edir.
İnternetdə sifəti retuş edilən həbs edilmiş şəxsin Rusiya televiziyasının məşhur simalarının - Vladimir Solovyov, Yevgeni Popov, Olqa Skabeyeva, Marqarita Simonyan və Tiqran Keosayanın onun hədəfinə çevrilməli olduğunu iddia etdiyi video yayılıb. Bundan başqa, həmin şəxs bildirib ki, bir qrup “neonasist” Rusiya Federasiyasının və hərbi komissarlıqların üzərində “xüsusi əməliyyatı”ın simvolları olan avtomobilləri yandırmağa hazırlaşır.
SBU-nun mətbuat xidməti öz “Telegram” kanalında təcavüzkar ölkənin bu cür ittihamlarına reaksiya verərək bildirib ki, idarənin əldə etdiyi məlumatlara baxmayaraq, Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının yeni fantaziyalarını ciddi şərh etmək niyyətində deyil. Buna FSB-nin növbəti "yaradıcılığı" ilə tanışlıq kimi baxırlar.
Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndələri xatırladıblar ki, qətlə yetiriləcəyi iddia edilən Vladimir Solovyov ictimai xadim deyil, Rusiya Federasiyasının sıravi təbliğatçısı və Qebbelsin analoqudur. Bundan əlavə, Kremlin ruporu beynəlxalq məhkəmə qarşısında cavab verəcək və təbliğatçıların hamısı Ukrayna dövlətinin Rusiyaya qarşı müharibədə qələbəsindən sonra törətdikləri cinayətlərə görə cavab verəcəklər.
Mətbuat xidməti əlavə edir ki, SBU Solovyovu aradan götürməyi planlaşdırmır, lakin təbliğatçının özünün baza fəaliyyətinin “məhsulları”nda boğulmaq riski var.
Yeri gəlmişkən, bu yaxınlarda FSB Putinin dostu Viktor Medvedçukun Ukraynadan təxliyəsi üçün keçirdiyi xüsusi əməliyyatı uğursuzluğa düçar edib. O, SBU tərəfindən saxlanılıb. Rusiya təhlükəsizlik qüvvələrinin bu fiaskosu barədə SBU-nun rəhbəri İvan Bakanovun özü danışıb.
Bəs, Solovyov və onun Skabeyeva, Simonyan kimi dostları kimə lazımdır? Hətta hipotetik şəkildə qəbul etsək ki, belə bir əməliyyat planı var, o zaman ona tələb edilən xərclər və xaricdə, düşmən dövlətin ərazisində həyata keçirmək risklərinə dəyərmi? Nəhayət, adları çəkilənlər Kreml kanallarından yoxa çıxsalar, dərhal onların yerlərinə hər gün hürməyə, yalan danışmağa, boşboğazlıq etməyə hazır olan başqaları tapılacaq. dia-az.life xəbər verir ki, AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.
Ukraynanın keçmiş informasiya siyasəti nazirinin müavini, Post-İnformasiya Cəmiyyəti İnstitutunun direktoru, Kiyev-Mogilyan Akademiyasının müəllimi Dmitri Zolotuxin:
“Şübhəsiz ki, FSB tərəfindən hər hansı sərsəm bəyanatların müzakirəsi son dərəcə qeyri-konstruktiv vaxt itkisidir. Bununla belə, bu tamaşada “noviçok və alt paltarlar” ustası (FSB Navalnının alt paltarına zəhərli maddə vuraraq zəhərləməyə çalışırdı) olan rus cəngavərlərinin fəaliyyət pərdəsini qaldıran dekorasiyanın bəzi hissələrinə də diqqət yetirmək lazımdır. Əvvəla, rus təbliğatçılarının aradan qaldırılması barədə çıxış Rusiya elitasında və hətta xüsusi xidmət orqanları daxilində siyasi parçalanmanın növbəti sübutudur.
Axı, hətta FSB də monolit təşkilat deyil. Onların da öz “partiyaları” var, onları müxtəlif siyasi cərəyanlar əhatə edir. Baş verən bütün proseslərin heç də hamısına Bortnikov rəhbərlik etmir. Bəzi yüksək rütbəli zabitlər o qədər müstəqildirlər ki, hətta Bortnikovun özünə qarşı da işləyə bilərlər.
Məsələn, FSB-nin hərbi əks-kəşfiyyat idarəsinin rəisi, general-polkovnik Nikolay Petroviç Yuryev müdafiə naziri Sergey Şoyqu ilə möhkəm bağlıdır və hərbi tikintidə inanılmaz büdcə vəsaitlərinin mənimsənilməsinə hamilik etməklə məşğuldur. Söhbət trilyonlarla rubldan gedir. Təəccüblü deyil ki, jurnalistlər Şoyqunun qohumlarından, onun müavinlərindən və Yuryevlər ailəsindən dəbdəbəli əşyalar - evlər və yaxtalar tapıblar.
Bu faktları nəzərə alsaq, Ukrayna ərazisini işğal etmək üçün gələn rus qoşunlarının məğlubiyyəti çox məntiqli görünür.
Eyni zamanda, FSB və Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbərliyinin daha bir irimiqyaslı problemi var - bu, Rusiya büdcəsindən milyardlar ayrılan kəşfiyyat və əməliyyat fəaliyyətinin tamamilə uğursuzluğudur.
Həqiqətən də, güc blokunun təminatlarına görə Putin bu işğalın tort kimi olacağına əmin idi - rus əsgərləri isə gül-çiçəklə qarşılanacaqdı. Əksinə, onları qurğuşun yağışı ilə qarşıladılar. Və ən döyüşə hazır bölmələrin minlərlə ölü elit döyüşçüləri üçün kimsə amansız cəzaya məruz qalmalıdır. Və bu “kimsə” mütləq FSB-də yüksək vəzifədə oturur.
Bu faktları nəzərə alsaq, guya rus təbliğatçılarına qarşı sui-qəsd cəhdləri olan teatr tamaşasının səbəbi mümkün qədər şəffaf və anlaşılandır. FSB-nin ayrı-ayrı departamentlərinin rəhbərliyinə rusları qorumaq imkanları barədə informasiya rezonansına ehtiyacı var. Bu rezonansın siyasi çəkisi olmalıdır.
Və belə bir rezonansı kim təmin edə bilər? Bəli! Həftənin 7 günü, günün 24 saatı Rusiya televiziyasında oturan ən yaxşı təbliğatçılar. İndi bu təbliğatçılar minlərlə rus əsgərinin ölümündə kimin günahkar olması sualını gündəmə gətirməkdənsə, 7/24 özlərinə suiq-qəsd barədə danışacaq, FSB-ni tərifləyəcəklər.
Təbii ki, bu teatr tamaşasının Ukrayna ilə heç bir əlaqəsi yoxdur. Onun məqsədi daxili çəkişmələr ucbatından dağılan FSB-nin əhəmiyyətini göstərməkdir”.
Azad Rusiya Fondunun Cənubi Qafqazdakı (Tbilisi) nümayəndəliyinin rəhbəri Yeqor Kuroptev:
“Hazırda Kremlin bütün addımları Ukraynanın açıq şəkildə qalib gəldiyi informasiya müharibəsini hansısa yolla geri qaytarmaq istəyi ilə diktə olunur. Eyni zamanda, Rusiya şəhərlərində yanan neft anbarlarının, Rusiya ordusunun böyük itkilərinin və Putinin informasiya sahəsindəki digər “xüsusi əməliyyatının uğurlarının” qarşısını almaq üçün nəsə etmək lazımdır.
Əminəm ki, təbliğat indi daha çox neonasistləri üzə çıxaracaq, hətta Li Harvi Osvald Rusiya Prezident Administrasiyası boyunca damlarda qaçacaq və s.
Əgər SBU və ya başqa bir xidmət Kremlin xırda kölələrini aradan götürmək istəsəydi, bu, çox asan olardı.
Və nəhayət, FSB-yə bir sual: muzdlu qatillərə nasist ədəbiyyatı niyə lazımdır? Pusquda olanda oxumaq üçün? Aydındır ki, bunlar qızğın daxili auditoriya üçün nağıllardır və bu əməliyyatın reallıqla heç bir əlaqəsi yoxdur”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|