Moskvanın göstərişi və ya İrəvan küçələrindəki quldurlar: - ordu isə Kremldən əmr gözləyir
Tarix: 29-04-2022, 14:55 | Çap et
Ermənistanda siyasi qarşıdurma yüksələn xətlə inkişaf etməkdədir. Təxminən on gün əvvəl paytaxt İrəvanda erməni müxalifət qüvvələrinin başlatdığı aksiya bu günlərdə geniş vüsət almağa başlayıb. Aksiyaya əvvəlcə Ermənistan Parlamentinin müxalif "Şərəfim var" fraksiyasının üzvü, "Rodina" Partiyasının lideri Artur Vanetsyan fərdi şəkildə başladı.
Həm də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri olan Vanetsyan İrəvanın mərkəzində çadır quraraq oturaq piketə start verdi. Vanetsyan Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülhə doğru yürütdüyü siyasətə etiraz etdiyini, xalqı bu etiraza səslədiyini bildirdi. Lakin Vanetsyanın piket xarakteri daşıyan aksiyasına cəmiyyətdən kütləvi "hə" cavabı gəlmədi.
Paralel olaraq 44 günlük müharibənin iştirakçısı olmuş iki erməni hərbçi də İrəvanda aksiya keçirməyə başladılar. Onlar Vanetsyandan fərqli olaraq aksiyanı başqa formada təşkil etdilər - aclıq aksiyasına start verdilər. Amma müharibə iştirakçılarından çox az adam onlara dəstək oldu.
Sonra bir qrup tələbə və müharibədə övladlarını itirmiş əsgər anaları aksiya-yürüşlər təşkil etdilər. Onlar Paşinyanın istefası və cinayət məsuliyyətinə cəlb olunması üçün aksiyaları davam etdirirlər. Aprelin 27-dək etirazlar demək olar ki, qarşıdurmasız keçirdi. Lakin aprelin 27-də polislə etirazçılar arasında qarşıdurmalar baş vedi və həbs edilənlər haqqında informasiyalar mövcuddur.
Maraqlı məqam ondan ibarətdir ki, sözügedən aksiyalar pərakəndə şəkildə keçirilir, ümumi müxalif qüvvələrin mitinqlərinə çevrilə bilmir. Erməni analitiklər bunun səbəbini cəmiyyətin böyük kəsiminin müxaliflərə dəstək verməməsində, müxaliflərin isə ölkənin ağır durumundan çıxarmaq üçün plan-proqramının olmamasında görürlər. dia-az.life xəbər verir ki, Ermənistanda baş verənlər, proseslərin hansı istiqamət alacağı ilə bağlı AYNA-nın suallarını politoloq Zərdüşt Əlizadə cavablandırıb. Analitikin fikrincə, Rusiya Paşinyanın Qarabağ məsələsində mövqeyini sərtləşdirməsinə çalışır:
- Kremlin niyyəti odur ki, Paşinyan tələblərini artırsın, əldə olunan razılaşmalar pozulsun və Ermənistanla Azərbaycan arasında sülh əldə edilməsin. Bununla da münaqişə sanki varmış kimi qalsın. Qarabağdakı ermənilərin "təhlükəsizliyini" qorumaq bəhanəsi ilə Rusiya sülhməramlıları bölgədə uzun müddət qala bilsinlər. Faktiki olaraq, münaqişənin qalması Rusiyanın əlində həm Ermənistana, həm də Azərbaycana təzyiq vasitəsidir. Kreml bu vasitəsini əsla itirmək istəmir. Təbii ki, Rusiyanın Ermənistandakı tulaları var. Ermənistanda pulu, çörəyi, var-dövləti münaqişədən çıxan, öz xalqına düşmən xeyli cındır tör-töküntü var ki, indi onlara Moskvadan göstəriş gəlib. Onlar da Qarabağ məsələsini gündəmə gətirməklə İrəvan küçələrinə çıxırlar. "Qarabağ müstəqil olmalıdır", "Qarabağın statusu olmalıdır", "Qarabağ heç vaxt Azərbaycanın ola bilməz", "Qoymayın, Paşinyan Qarabağı türklərə satdı" kimi axmaq şüarlarla küçələrə tökülürlər. Bu nağıllarla istəyirlər ki, Paşinyanın siyasətinə mane olsunlar.
- Mane ola biləcəklərmi?
- Baxın, Ermənistan Parlamenti Paşinyanın nəzarətindədir, 75 faiz deputat Paşinyanın rəhbəri olduğu partiyadandır. Bu baxımdan, Paşinyan istədiyi siyasəti həyata keçirə biləcək. Hələ ki, ölkədə xaos yaratmaq istəyənləri intizama dəvət edir. Paşinyan söz azadlığını hələ ki, tanıyır. Amma bir əndazə olmalıdır. Dövlət idarələrinin işinə maneə yaranacaqsa, müxalifəti dəstəkləməyən cəmiyyətin böyük hissəsinin gündəlik həyatına mənfi təsirlər olacaqsa, o zaman Paşinyan sərt addımlar atacaq. Vətəndaş azadlığından sui-istifadəyə Ermənistan hökuməti yol verməyəcək.
Bu aksiyaların geniş vüsət alması, 2018-ci ildə baş verən inqilabın təkrarlanacağı gözlənilən deyil. Çünki nə situasiya həminkidir, nə də hökumətin başında dayanan eyni yolun-yolçusudur. 2018-ci ildə Ermənistan əhalisinin böyük əksəriyyəti dəstəkləyirdi, indi də bir qədər dəstək azalsa da, dəstək qalmaqdadır. Dəstək çoxluğu Paşinyanın tərəfindədir. Ermənilər Robert Köçəryanı, Serj Sarkisyanı yaxşı tanıyır. Bu oğru, satqın, xəyanətkar, ermənilərin qanı üzərində varlanmış, harınlamış quldurları cəmiyyət dəstəkləmir. Çox az adam bu quldurları dəstəkləyir ki, bununla Paşinyanı devirmək mümkün deyil. İndi aksiyalara nə qədər adam çıxır - 500-600. Uzağı, 1000-1500 adamla mitinq etsinlər. Bununla nəyəsə nail ola bilməzlər.
- Bildirdiniz ki, Rusiya Paşinyana təzyiq edir. Sizcə, Nikol Kremlin təzyiqi nəticəsində Azərbaycanla razılaşmalardan geri çəkiləcəkmi?
- Açığını deyim ki, Ermənistanda proseslərə ordunu qatsalar, çeviriliş etsələr, bəli. Bu halda Paşinyanı devirə bilərlər, yaxud özü istefa verə bilər. Bu gün Ermənistan ordusu Rusiyadan gələn əmri gözləyir. Hərçənd ki, ordu müharibədə məğlub olub və əhali arasındakı əvvəlki "müqəddəsliyini" itirib, amma nəsə edə bilər. Hər halda ordu güc strukturudur, bir hərbi hissə və üç tank kifayətdir ki, gedib Paşinyanı kreslosundan qovsunlar. Amma sonra nə olacaq, onu düşünmək lazımdır. Paşinyan devrilsə, nə dünya yeni hakimiyyətin legitimliyini tanıyacaq, nə xalq onları qəbul edəcək. Erməni müxalifətinin əli boşdur, xalqa deyəsi sözü, verəsi nəyisə yoxdur.
- Sizcə, Ermənistanda çevrilişlə hakimiyyətə gələn qüvvələri dünyanın tanıyıb-tanımaması, bunun legitim olub-olmaması Rusiyanın marağındadırmı?
- Rusiya Ermənistanda indi elə adamlara söykənir ki, o adamlar erməni xalqının dəstəyini itiriblər. Bəli, vaxtilə bu quldurları ermənilər dəstəkləyirdilər, bunları "qəhrəman" sayırdılar, hesab edirdilər, müharibədə qalib gəldiklərini deyirdilər. Düzdür, Azərbaycana onlar yox, Rusiya qalib gəlmişdir, amma bu başqa mövzudur. Hər halda erməni əhalisi onları "qəhrəman" sayırdı. İndi isə xalq onların "qəhrəmanlıqlarını" bilir, hansı yuvanın quşu olduqlarını dərk edir. Rusiya əlbəttə, istəyər ki, onun Ermənistanda hakimiyyətə gətirdiyi qüvvələri xalq da dəstəkləsin - bu, çevrilişlə baş tutsa belə. Çünki xalqın dəstəkləmədiyi hakimiyyətin uzun müddət qalmasının mümkün olmadığını Kremldə bilirlər. Moskvadakılar o qədər ağılsız deyillər axı.
Eyni zamanda, bugünkü reallıq da başqadır. Azərbaycan müharibədə qalib gəlib. İndi Paşinyan hakimiyyəti Qarabağ üçün güzəştli status qoparmağa çalışır. Paşinyanı devirib hakimiyyətə gəlmək istəyənlər də bundan artığını edə bilməyəcəklər. Ermənilərin isə Qarabağda ala biləcəkləri ən yüksək status Azərbaycan vətəndaşı statusudur. Alsınlar bu statusu, şad-xürrəm yaşasınlar da...
- Məlumdur ki, Brüsseldə əldə olunan razılaşmaya əsasən, sərhədlərin delimitasiya və demarkasiyasına başlamağı nəzərdə tutan Birgə Sərhəd Komissiyası aprelin sonuna kimi formalaşmalı və maydan işə başlamalıdır. Aprelin sonudur və Ermənistan daxilində baş verənlər indiyə təsadüf edir. Bu, Birgə Sərhəd Komissiyasının fəaliyyətə başlamasına əngəl törədəcəkmi?
- Əlbəttə ki, xeyir. Birgə Sərhəd Komissiyasını həm Azərbaycan tərəf, həm Ermənistan tərəf artıq formalaşdırıblar. Bu, verilən bəyanatlardan da aydın olur. Əminəm ki, bu Komissiya işləməyə başlayacaq. İrəvan küçələrindəki quldurlar buna əngəl ola biləcək gücdə deyillər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|