ABŞ Yunanıstana 130 ədəd zirehli transportyoru pulsuz verib
Tarix: 2-05-2022, 08:00 |
Çap et
ABŞ Saloniki limanına çatdırılan 130 ədəd M1117 zirehli transportyoru təmənnasız Yunanıstana verib.
DİA.AZ “Report”a istinadla xəbər verir ki, məlumatı ABŞ-ın Yunanıstandakı səfiri Cefri Payett tviter səhifəsində paylaşıb.
Səfir bildirib ki, ABŞ 2022-ci ilin sonuna kimi Yunanıstana ümumilikdə 1 200 ədəd zirehli transportyoru pulsuz verəcək: “ABŞ-Yunanıstan müdafiə tərəfdaşlığı həmişəkindən daha güclüdür”
Çəkisi 15 ton olan avtomobil ekipajı yüngül atıcı silahlardan və əldəqayırma partlayıcı qurğulardan qoruyur. Trotil ekvivalentində 5,4 kq mina partlayışına tab gətirən transportyor canlı qüvvəni 12,7 mm-lik zirehli güllələrdən qoruyur.
ABŞ hərbi polisi üçün “Cadillac Gage” tərəfindən istehsal edilən tam ötürücülü zirehli avtomobil 1999-cu ildə ABŞ Ordusu tərəfindən silahlanmaya qəbul edilib.