"Rusiya bütün quru döyüş gücünün 65 faizini işə salıb" - Britaniya kəşfiyyatı
Tarix: 2-05-2022, 09:19 |
Çap et
Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin hazırkı durumu ilə bağlı məlumat yayıb.
DİA.AZ “Report”a istinadla xəbər verir ki, bu barədə məlumat Britaniya MN-nin tviter səhifəsində dərc olunub.
“Münaqişənin başlanğıcında Rusiya 120-dən çox tabor taktiki qrupları, yəni bütün quru döyüş gücünün təxminən 65 faizini işə salıb. Çox güman ki, bu bölmələrin dörddəbirindən çoxu hazırda sıradan çıxarılıb. Hava Desant Qüvvələri də daxil olmaqla Rusiyanın ən elit bölmələrindən bəziləri taqətdən düşüb. Yəqin ki, Rusiyaya bu qüvvələri bərpa etmək üçün illər lazım olacaq”, - paylaşımda qeyd olunub.