ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların reallaşmasını təsdiqləyib
Tarix: 12-05-2022, 08:03 |
Çap et
ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə günü Amerika maliyyə institutlarının Rusiya və Belarusa qarşı tətbiq etdiyi sanksiyalara əməl etməsi ilə bağlı qanun layihəsini qəbul edib. DİA.AZ xəbər verir ki, bu barədə “Report” C-SPAN telekanalına istinadən xəbər verir.
Məlumata görə, səsvermələr zamanı 418 konqresmen təşəbbüsü dəstəkləyib, ikisi əleyhinə səs verib.
Qanun layihəsi hələ Senatda nəzərdən keçirilməlidir. Yuxarı palata tərəfindən bəyənilsə, təşəbbüs imzalanmaq üçün ölkə Prezidentinə göndəriləcək.
Qanun layihəsinə daha əvvəl verilmiş izahedici materiallarda qeyd olunur ki, Vaşinqtonun Rusiya və Belarusa qarşı qüvvədə olan sanksiyaları adətən onlara “ABŞ fiziki və hüquqi şəxsləri” tərəfindən riayət olunmasını tələb edir. Bununla belə, ABŞ maliyyə institutlarının xarici törəmə şirkətlərinin onlara nə dərəcədə əməl etməli olduğuna dair qeyri-müəyyənlik var.
Qanun layihəsi bu məsələyə aydınlıq gətirmək və ABŞ maliyyə institutlarının bütün tərkib hissələrinin Rusiya və Belarusa qarşı müvafiq sanksiyalara əməl etməsini təmin etmək məqsədi daşıyır.