Almaniya bu ilin sonuna qədər Rusiya neftindən imtina edəcək
Tarix: 16-05-2022, 08:29 |
Çap et
Almaniya 2022-ci ilin sonuna qədər Rusiya neftinin idxalını dayandırmaq niyyətindədir.
DİA.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə “Bloomberg“ agentliyi məlumat yayıb.
Bildirilir ki, hətta Avropa İttifaqı bu məsələdə yeni sanksiyalar paketi çərçivəsində razılığa gəlməsə belə Almaniya imtina edəcək.
İndi Almaniya hakimiyyəti alternativ təchizatçılarla müqavilələr bağlamaq üzərində işləyir.