“ABŞ Tayvanı hərbi yolla müdafiə etməyə hazırdır” - Bayden
Tarix: 23-05-2022, 10:34 |
Çap et
ABŞ ehtiyac yaranarsa, Tayvanı hərbi yolla müdafiə etməyə hazırdır.
DİA.AZ APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Yaponiya Baş naziri Fumio Kişida ilə Tokioda keçirdiyi birgə mətbuat konfransında deyib.
O, Çinin Tayvan sərhədinə yaxın uçuşlar həyata keçirməklə təhlükə ilə oynadığını vurğulayıb.
Bayden adanın statusunun güc yolu ilə dəyişdirilməsi ideyasının yersiz olduğunu və bunun Ukraynadakına bənzər vəziyyətə səbəb ola biləcəyini vurğulayıb.