“Rusiya bu vasitəyə əl atsa, vəziyyət dəyişə bilər” - Paşinyan hədəfdə
Tarix: 27-05-2022, 09:35 | Çap et
DİA.AZ “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun Teleqraf.com-a müsahibəsini təqdim edir:
- Brüsseldə Ermənistan və Azərbaycan liderləri arasında növbəti görüş keçirildi. Bu görüş haqda təəssüratınız necədir? Sizcə, Ermənistan özündə güc tapıb Rusiyanın iradəsinin əksinə gedəcəkmi, yəni Azərbaycanla anlaşmaq üçün konkret addımlar atacaqmı?
- Məncə, sayca üçüncü olan son görüş əvvəlkilərin davamı olmaqla yanaşı, həm də danışıqların real addımların atılmasına hazırlıq mərhələsinə keçməsi üçün zəmin yaratmış oldu. Görüşdən dərhal sonra - mayın 23-də Azərbaycanın və Ermənistanın iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradıldığını elan etməsi də bunu deməyə əsas verir. Buradan aydın olur ki, tərəflər təkcə sülh prosesini necə inkişaf etdirməyin yollarını müzakirə etmirlər, artıq qarşılıqlı razılaşdırılmış real addımlar da atmağa başlayıblar. Bu, hər bir halda müsbət dəyərləndirilməlidir, çünki qarşıdan gələn yeni tarixi mərhələdə Cənubi Qafqaz nəhəng qlobal layihələrin həyata keçirildiyi məkana çevriləcək, ilk növbədə, buna nail olmaq üçün regionda davamlı sülh bərqərar edilməlidir.
Ermənistanın hansı addımları ata biləcəyinə gəldikdə, deməliyik ki, o, artıq həmin yoldadır, sual isə onun hara qədər gedə biləcəyi ilə bağlıdır. İndiki mərhələdə hər iki tərəfdə siyasi iradənin olduğu görünür, odur ki, hazırda əsas məsələ kimin prosesi pozmağı hədəfləyən xarici təsirlərə nə dərəcədə müqavimət göstərə bilməsidir. Artıq həmin pozuculuğa meylli tərəf olan Rusiya da delimitasiya məsələsində tərəflərə yardım etməyə hazır olduğunu bəyan edib.
Başqa sözlə, Moskva yenə də demək istədi ki, bizim iştirakımız olmadan heç bir proses alınmayacaq. İndi Avropa Birliyi də daxil olmaqla danışıqlar iştirakçılarının qarşısında duran əsas vəzifə həmin zərərli təsirlərdən yayına bilməkdir. Bunun üçün də həmin təsirləri həyata keçirmək üçün istifadə olunan, oluna biləcək mexanizmlər və vasitələr neytrallaşdırılmalıdır. Onlar isə, təəssüf ki, yetərincədir. Ona görə də sualınızın ikinci hissəsinin cavabı tərəflərin prosesin davamına dair siyasi iradəsindən asılı olacaq.
- Avropa Birliyinin Ermənistan-Azərbaycan prosesində Rusiyanı əvəzləməsi üçün zəmin varmı, yəni Brüsselin regiona oyunçu kimi daxil olmaq imkanları nə qədərdir?
- Brüsselin regiona oyunçu kimi daxil olması mümkündür və bu, artıq baş verib, amma onun Rusiyanı əvəzləməsi haqda danışmaq hələ çox tezdir. Moskva regionda əsas söz sahibi olduğu 200 ildə elə mexanizmlər və münasibətlər formalaşdırıb ki, bunu Brüssel bəlkə də heç vaxt edə bilməz. Təkcə ona görə yox ki, bunun üçün vaxt və imkanlar məhduddur, həm də ona görə ki, burada söhbət keyfiyyətcə fərqli yanaşmalar, münasibətlər və mexanizmlərdən gedir. Bunu ümumiləşdirərək təxminən belə ifadə etmək olardı: Rusiyanın bölgəyə təsirləri həm “yumşaq güc”, həm də “sərt güc” vasitəsilə mümkün olduğu halda, Avropa Birliyinin imkanları yalnız “yumşaq güclə” məhdudlaşır. Odur ki, yarışmanın sadə sxem üzrə Brüssel-Moskva formatında gedəcəyini və kimin qalib gələcəyini demək yanlış olardı.
Nəticəyə təsir edən əsas amil danışıq tərəflərinin hər ikisinin kimin vasitəçiliyinə üstünlük verməsindən asılı olacaq. Burada da hələlik üstünlüyün Avropa Birliyinə verildiyi görülür, amma bu, həmin formatın dəyişmək ehtimalının olmayacağını deməyə əsas vermir.
- Ümumiyyətlə, Ermənistan və Azərbaycan arasında barışığın olacağına inanırsınızmı?
- Dediyim kimi, barışığın olacağı bir çox amillərdən asılıdır və burada da əsas faktor prosesə Rusiyanın təsirinin nə dərəcədə olacağı ilə bağlıdır. Rusiya təsiri nə qədər çox olacaqsa, barışıq ehtimalı da bir o qədər az olacaq. Belə münaqişələrdə barışığın əldə olunması həmin konfliktləri qızışdırıb onlardan öz geosiyasi maraqları üçün istifadə edən dövlətlər üçün təsir vasitəsinin itirilməsi deməkdir. Ona görə də konkret halda Rusiyanın barışıq istəməsi heç bir məntiqlə onun marağında olmamalıdır. Buradan da belə qənaətə gəlmək olur ki, Rusiya təsiri qaldıqca barışığın əldə olunması ehtimalı yüksək olmayacaq. Bir növ qapalı dairə kimi: təsir artıqca, barışıq ehtimalı azalır, barışıq əldə olunmadıqca da, təsir artır. İki xalq arasındakı münaqişənin son yüzillik tarixi buna əyani sübutdur. Odur ki, barışığın əldə olunacağına dair hələlik çox da optimist deyiləm.
- Ermənistan daxilində də vəziyyət gərgindir. Brüssel görüşündən sonra etiraz aksiyaları keçirən müxaliflər hökumət qurumlarının binalarına hücumlar edirlər. Sizcə, müxalifət Ermənistanın siyasi mənzərəsini dəyişdirmək gücündədirmi, Paşinyan bu prosesdən necə çıxacaq?
- Ermənistanın daxilindəki gərginlik sülh prosesinə ciddi təhdid doğurur. Xüsusilə də sülh prosesini pozmaqda erməni müxalifəti ilə Moskvanın maraqlarının tam üst-üstə düşməsi bunu deməyə əsas verir. Belə ki, müxalifət buna hakimiyyəti ələ keçirmək üçün şans, Moskva isə bölgəni öz təsir dairəsində saxlamaq imkanı kimi baxır. Hələlik görünən prosesin üzdə olan hissəsidir və burada da indiki fazada Ermənistan müxalifəti xeyli solğun görünür.
Baş verənləri bugünkü baxış bucağından dəyərləndirdikdə erməni müxalifəti şanssız görünür. Amma dediyim kimi, hələlik görünən üzdə olan resurslardır ki, onlar da üstünlüyün Paşinyanın tərəfində olduğunu deməyə əsas verir. Amma istisna deyil ki, Moskva daha dərin təsir vasitələrinə əl ata və son nəticədə vəziyyəti dəyişə bilər. Belə hadisə artıq 90-cı illərin sonunda Azərbaycanla Ermənistan sülh anlaşmasına yaxın olduğu bir vaxtda baş verib. Mən 1999-cu ilin oktyabrında Ermənistan parlamentində törədilmiş gülləbaranı nəzərdə tuturam. Oxşar ssenarinin təkrarlanmasını isə heç kəs istisna edə bilməz. Bu halda Paşinyan birmənalı şəkildə məğlub olardı.
- Cənubi Qafqazın digər ölkəsi - Gürcüstan ətrafında da maraqlı gəlişmələr yaşanır. Rusiyanın işğalı altında olan Cənubi Osetiyadakı separatçılar federasiyaya birləşməyə dair “referendum” keçirməyə hazırlaşırlar. Rusiya Krımda etdiyi tarixi yanlışı burada təkrarlayacaqmı?
- Rusiyanın Krımda atdığı addım beynəlxalq hüquq nöqteyi-nəzərindən və bizim üçün yanlış sayılır, Moskvada isə bunu öz siyasətlərinin uğuru kimi dəyərləndirirlər. Odur ki, belə addımların nəinki Gürcüstanın separatçı bölgələrində, Moldovanın Dnestyanı bölgəsində, hətta Ukraynanın digər ərazilərində və Qarabağın ermənilər yaşayan ərazilərində də ata biləcəyini istisna etməməliyik. Sadəcə bunu zamanında düzgün dəyərləndirib, ona qarşı adekvat addımlar atmağa hazır olmaq lazımdır. Bu halda da, ən effektli adekvat addım həmin əraziləri nəzarətə götürməkdir ki, Moskva istəyinə nail ola bilməsin. İndiki mərhələ geosiyasi mübarizənin qaynar fazasıdır və bu fazada artıq heç bir hüquqi normalar və beynəlxalq anlaşmalar işləmir. Rusiya bunu Ukraynaya hərbi təcavüzü ilə açıq şəkildə göstərdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|