Boris Conson partiyadaşlarını birliyə çağırıb
Tarix: 7-06-2022, 08:02 |
Çap et
“Biz partiya olaraq bir araya gəlməli, hökumətin insanlara yaşayış xərcləri ilə kömək etmək, COVID-19-dan geri qalmalarını aradan qaldırmaq və küçələrimizi daha təhlükəsiz etmək üçün nə etməyin lazım olduğuna diqqət yetirməliyik”.
DİA.AZ “Report”a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Concon tviter hesabına yazıb.
Baş nazir partiyadaşlarını birliyə çağırıb.
“Biz birləşməyə, iqtisadiyyatımızı yüksəltməyə və gücləndirməyə davam edəcəyik”, - hökumət başçısı qeyd edib.
Qeyd edək ki, dünən Britaniya parlamentində Boris Consona etimad səsverməsi keçirilib. Səsvermənin nəticələrinə əsasən mühafizəkarlar Consona etimadsızlıq elan etmək üçün kifayət qədər səs toplaya bilməyiblər. Beləliklə, Britaniya hökumətinin başçısı bir il müddətinə toxunulmazlıq alıb.
Səsvermədə ümumilikdə 359 deputat səs verib. Deputatlardan 211-i Consonu dəstəkləyib, 148 nəfər etimadsızlıq göstərib.