Rusiya suveren borc öhdəlikləri üzrə defolt edib - "Bloomberg"
Tarix: 27-06-2022, 07:58 |
Çap et
Rusiya Federasiyası suveren borc öhdəlikləri üzrə defolt edib.
DİA.AZ Trend-ə istinadla xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata əsasən, kuponlar 100 milyon dollarlıq ödənişin müddəti iyunun 27-nə keçən gecə başa çatıb. Müəyyən edilmiş müddətin sonuna qədər investorlar razılaşdırılmış vəsaiti almadıqda, bu vəziyyət defolt hesab olunur.
Qeyd edilir ki, 1918-ci ildən bəri ilk dəfədir ki, belə hal müşahidə olunur.