Britaniya Ukraynaya bir milyard funt sterlinq məbləğində hərbi yardım ayıracaq
Tarix: 30-06-2022, 09:53 |
Çap et
Böyük Britaniya hökuməti Ukraynaya 1 milyard funt sterlinq məbləğində əlavə hərbi yardım ayıracaq.
DİA.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti qərar qəbul edib.
Bildirilib ki, bu qərar Ukraynanın Rusiyanın təcavüzündən özünü müdafiə etməsi istiqamətində hərbi hücum əməliyyatlarını artırması üçün qəbul olunub.
Məlumata görə, Böyük Britaniyanın Baş naziri Boris Consonun bu yardımla bağlı qərarı İspaniyanın paytaxtı Madriddən elan edəcəyi gözlənilir.
Bildirilib ki, Böyük Britaniya Krallığı Rusiyanın hərbi əməliyyatları başlayandan Ukraynaya ümumilikdə 2,3 milyard funt sterlinq məbləğində hərbi yardım vəd edib.