Ukraynada analoqsuz “xüsusi əməliyyat”: döyüşə “zeklər” gedir - NƏ BAŞ VERİR?
Tarix: 25-07-2022, 07:52 | Çap et
Bu, fantaziya aləmindən olsa da, Rusiya Prezidentinin və onun kimilərin sözlərinə inanmağa çalışaq. Tutaq ki, Rusiya qonşu dövlətin ərazisində “xüsusi əməliyyat” keçirir və hətta, buna əsası da var.
Bəs niyə bu hərbi əməliyyat başladığı ilk günlərdən ən az xüsusi əməliyyata, əslində isə real genişmiqyaslı müharibəyə bənzəyirdi?
Bəli, Ukraynanın işğalı ilə bağlı kadrlara bir baxışda Rusiyanın “xüsusi əməliyyata” hər yerdə olduğu kimi məhdud sayda xüsusi təyinatlı dəstənin köməyi ilə başlamadığını başa düşmək üçün hərbi mütəxəssis olmaq lazım deyildi. Bütün dünyada “xüsusi əməliyyat” mülki əhaliyə və obyektlərə zərər vermədən həyata keçirilir, problemlər tez, peşəkarcasına həll edilir. Amma dünyanın ikincisi sayılan ordunun bütün gücü ilə öz qardaş ölkəsinin üzərinə şığıması yolu ilə deyil.
Axı, xüsusi əməliyyat nədir? Gəlin bunu anlayaq və inandırıcılıq üçün hətta “Wikipediya”ya müraciət edək.
- Birincisi, xüsusi əməliyyat güc strukturlarının, o cümlədən silahlı qüvvələrin və polis strukturlarının bir növ xüsusi tədbirləridir. Yaxşı, bu, qismən aydındır, yəni iştirakçılarla, bağlı hər şey aydındır – bu məsələdə yalnız xüsusi təyinatlılar iştirak edirsə.
- İkincisi, xüsusi əməliyyatlar həm məqsədlərinə (kəşfiyyat, təxribat, sabotaj fəaliyyətləri və s.), həm də metodlarına (məxfiliyin və gizliliyin artırılması) görə adi hərbi əməliyyatlardan fərqlənir. Və bütün baş verənlər heç də tənqidə dözmür, çünki bütün Rusiya ordusu, tamamilə açıq şəkildə, indiyədək nüvə qüvvələri istisna olmaqla, silahlı qüvvələrin bütün qolları ilə Ukraynada ölümcül döyüşə girib.
- Üçüncüsü, xüsusi əməliyyatın əsas xüsusiyyətləri gözlənilməzlik və fəaliyyət sürətidir. Bu məsələ ilə bağlı tam uğursuzluq hökm sürür – “blitskrieg” uğursuz oldu, Rusiya Ukraynada dərin bir bataqlığa düşüb və o qədər dərin ki, artıq beş aydır ki, bu bataqlıqdan çıxmağa nail ola bilmir və baş verənlərin sonu görünmür.
- Dördüncüsü - bu, bəlkə də, ən vacib şeydir - xüsusi əməliyyatlar adətən yüksək döyüş və psixoloji hazırlığa malik olan, istənilən şəraitdə müstəqil hərəkət etmək qabiliyyətində olan xüsusi təyinatlıların kiçik qrupları (kəşfiyyat, təxribat və s.) tərəfindən həyata keçirilir.
Artıq qeyd etmişdik ki, Putin bütün silahlı qüvvələrini Ukraynada yerləşdirib. Ola bilsin ki, əvvəlcə təxribat qrupları öz vəzifələrini həll edərkən, ağır hərbi texnikanın müşayiəti ilə çoxminlik ordudan sadəcə qorxuducu qüvvə kimi istifadə etmək planlaşdırılmışdı. Ancaq üç gün ərzində Ukraynaya tam parad geyim formasında gələn əsgərlər evlərinə qələbə ilə qayıtmadılar - bəziləri başını Ukraynanın qara torpaqlarında qoydu, bəziləri orada qollarını və ya ayaqlarını itirdi, qalanları isə müharibədə ölümü gözləməkdə davam edir.
Budur təhlilimizin sonuncu - dördüncü məqamına, gəlin daha yaxından nəzər salaq. Əgər bu müharibə deyilsə, onda:
- Niyə Rusiya Federasiyasının bütün qoşun növləri, “xüsusi əməliyyata” hazır olmayan quru qoşunları, o cümlədən çağırışla yenicə qəbul olunmuş gənc əsgərlər və artıq vətən qarşısında borcunu yerinə yetirmiş ehtiyatda olan əsgərlər iştirak edirlər?
- Nə üçün könüllülər, muzdlular “xüsusi əməliyyata” və çox vaxt hədə-qorxu, rüşvət və hətta şantaj yolu ilə cəlb olunurlar? Məhz bu gün “General SVR” teleqram kanalı məlumat verdi ki, iyulun 15-də FSB direktoru Aleksandr Bortnikov Prezidentə Rusiyanın cənubunda, bir neçə bölgədə gizli səfərbərlik üzrə yeni üsulla eksperiment aparıldığını bildirib - potensial muzdlularıın bank hesabı bloklanır, sonra onlarla bankda bir FSB zabiti danışır və "dövlətə təcili ehtiyac" arqumenti ilə vətəni müdafiə etmək üçün sənəd "imzalatdırırlar".
- Və nəhayət, “xüsusi əməliyyatda” iştirak etmək üçün qulluğa qəbulu qızğın gedən həbs yerlərində hərbi vəzifəyə və ya hərbi ixtisasa çağırışın nə dəxli var?
“Gulagu.net” hüquq müdafiəsi layihəsi cəza çəkən məhkumların, onların yaxınlarının, eləcə də həbs yerlərindən yenicə azad edilmiş şəxslərin hekayələri əsasında bu barədə kifayət qədər dolğun məlumat yayır. “Gulagu.net”in “qaynar xətt”inə orduya qəbulla bağlı şikayətlər Nijni Novqorod, Voronej və Lipetsk vilayətlərinin, Mordoviya, Sankt-Peterburq və bir sıra cənub vilayətlərinin penitensiar müəssisələrindən daxil olur. Üstəlik, onlar təkcə qaynar nöqtələrdə xidmət edənləri deyil, həm də oğurluq və soyğunçuluq, dələduzluq, narkotik və silah alveri cinayətlərinə görə cəza çəkən, peşə bacarığı olmayan məhbusları da işə cəlb edirlər.
Putinin "Ukraynanın demilitarizasiyası və denazifikasiyası" və “Donbasda dinc əhaliyə qarşı qanlı cinayətlərə” görə məsuliyyət daşıyan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi ilə bağlı qarşıya qoyduğu tapşırıqlar yerinə yetirilməyib, "xüsusi əməliyyat" nəinki əvvəlki məqsədlərindən kənara çıxıb, məqsədləri artıq bir neçə dəfə dəyişib. Rusiya ordusunun bütün potensialının səfərbər olmasına baxmayaraq, əlavə qüvvələrin artması olmadan “əməliyyat” boğulur və qıcolmalara düşür.
Bəs bu necə “xüsusi əməliyyat”dır ki, məqsədləri, miqyası, qüvvə və vasitələrin iştirakı baxımından irimiqyaslı müharibə kateqoriyasına qalxıb?
Məsələn, Türkiyə başqa dövlətlərin ərazisində - Suriyada, İraqın şimalında xüsusi əməliyyatlar aparır, onları xüsusi təyinatlılarla ildırım sürəti ilə, bacarıqlı, peşəkar və təmiz həyata keçirir.
Rusiya isə, həqiqətən də, həmişə olduğu kimi, yenə də şansa ümid edirdi, amma bu dəfə də kərəntisi daşa dəydi. “Xüsusi əməliyyat” uğursuzluğa düçar oldu, onu davam etdirmək üçün qüvvələr və vasitələr tükəndi və səfərbərlik o halda elan oluna bilər ki, onun adı müharibəyə çevrilsin. Buna cəsarətləri varmı? İzləyib görəcəyik. //AYNA//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
|