Dünyanın başı üzərində nüvə təhdidi: - “Heç də hamı Putin kimi ölməyə hazır deyil”
Tarix: 5-08-2022, 10:56 | Çap et
Rusiyanın yeni Hərbi Dəniz Doktrinası və Hərbi Dəniz Nizamnaməsi təsdiq olunub. Sankt-Peterburq Dövlət Tarix Muzeyində təşkil olunan mərasimdə Rusiya Silahlı Qüvvələrinin daxili xidmətini təyin edən fərmanda da dəyişiklik edilib. Bununla da, sonuncu dəfə 2015-ci il iyunun 17-də qəbul edilən Dəniz Doktrinası qüvvədən düşmüş olub.
Rusiya Prezidenti Vladimir Putin mərasimdə çıxışı zamanı bəyan edib ki, hərbi donanmanın imkanları təkmilləşdirilib. O deyib ki, donanma Rusiya sərhədlərində və dünya okeanının istənilən bölgəsində strateji vəzifələri uğurla yerinə yetirir: “O, bizim suverenliyimizə və azadlığımıza hücum etmək qərarına gələn hər kəsə ildırım sürəti ilə cavab verə bilər. Yəni, donanma bizim üçün strateji əhəmiyyət kəsb edir”.
Bu arada Amerika mətbuatına danışan ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, ölkəsi nüvə silahından da istifadə edə bilər: “Amerikanın strateji nüvə qüvvələri müvafiq döyüş başlıqlarına malik olan digər dövlətlərin qarşısını almalıdır. ABŞ da nüvə silahından istifadə edə bilər, ancaq fövqəladə hallarda. ABŞ-ın, müttəfiqlərinin və tərəfdaşlarının həyati maraqlarını qorumaq məqsədilə bundan istifadə edə bilərik”.
Qeyd edək ki, müasir nüvə silahı müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindən ibarətdir. Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombalarını dünyanı dağıtmaq gücündə olan silah adlandırırlar. Və məhz buna görə də nüvə silahlarının işə düşməsi ilə bəşəriyyətin sonunun çatacağını iddia edirlər. dia-az.life xəbər verir ki, Böyük Britaniyada yaşayan tanınmış jurnalist Zülfüqar Rüfətoğlu AYNA-ya müsahibəsində Rusiyanın işğalçılıq siyasəti, gərginləşən ABŞ-Çin münasibətləri və digər mövzular ətrafında danışıb.
- Rusiya yeni Hərbi Dəniz Doktrinasını təsdiq etdi. Putin bəyan edir ki, onlara hər hansı hücum olarsa, ildırım sürəti ilə cavab verəcəklər. Bu, doğrudan da belədir, yoxsa Putin “əzələ” nümayiş etdirir?
- Əslində, məsələ artıq “əzələ nümayişi”ndən keçib. Əzələni adi silahlarla nümayiş etdirirlər. Rusiya Ukraynaya hücum edənədək “əzələ nümayişi” ilə məşğul olurdu, ABŞ-ı, Qərbi, NATO-nu qorxutmağa çalışırdı. Lakin Ukraynada Rusiya ordusunun əzələ gücünün nədən ibarət olduğu ifşa oldu. Ukraynanı 1-2 həftə ərzində zəbt edəcəyini deyən Rusiya beş aydan çoxdur ki, vurnuxur. Təkcə vurnuxmur, on minlərlə canlı qüvvə, minlərlə hərbi texnika itirib. Həmişə raket sarıdan bol olan Rusiyanın raketləri çatışmır. Rusiyanın havadan müdafiə üçün nəzərdə tutulmuş S-300-dən hədəflərə atəş açması bunun bariz nümunəsidir. 1950-1960-cı illərin tankları cəbhəyə gətirilir. Bəzən bu tankaların içində adi kətilin üstündə oturan bir döyüşçü olur. Rusiya sadəcə “dil pəhləvanlığı” edir. Bu pəhləvanlıqda isə sonuncu söz nüvə silahıdır. Putin son aylarda nüvə silahı ifadəsini azı 35 dəfə işlədib.
- Bu arada ABŞ xarici siyasət idarəsinin rəhbəri Entoni Blinken Birləşmiş Ştatların nüvə silahından istifadə edə biləcəyini söyləyib. Yaxın gələcəkdə dünya üçün nüvə müharibəsi təhlükəsi real görünürmü?
- ABŞ-ın doktrinasında nüvə silahından istifadə nəzərdə tutulub. Amma aydın şəkildə qeyd olunur ki, ABŞ nüvə silahından birinci istifadə etməyəcək və nüvə silahı əslində çəkindirici vasitədir. Rusiyanın yeni doktrinalarında isə çox yayğın olan beş-altı yeni maddə var. Bu maddələr Rusiyaya nüvə silahına birinci əl atmaq imkanı verir. Məsələn, orda belə bir müddəa var: “Rusiyanın varlığına təhlükə yaranarsa”… Rusiyanın varlığına həqiqətən də təhlükə olub-olmadığı necə müəyyənləşəcək? Bunu kim müəyyənləşdirəcək? Bu məntiqlə Vladimir Putinin başına bir iş gəlməsini də Moskvada ölkənin varlığına təhlükə hesab edə bilərlər. Amma, əslində, yeni doktrina da Rusiyanın “dil pəhləvanlığının” davamıdır. ABŞ ekspertləri bildirirlər ki, Rusiya “eskalasiyaya qarşı eskalasiya” üsulundan istifadə edir və bu, çox təhlükəlidir.
Rusiya yeni doktrina qəbul etməklə onun silahları yenilənmir. Rusiyanın quru qoşunlarının vəziyyəti onun hərbi dəniz donanmasının da hansı vəziyyətdə ola biləcəyinə dair təsəvvür yaradır. Rusiyanın yeganə “Admiral Kuznetsov” təyyarə daşıyanını çox vaxt yedəkçi gəmilər daşımalı olur. Rusiyanın dəniz donanması, gəmiləri köhnəlib. Köhnə gəmilərdə modernizasiya işləri görülüb. Amma Qara dəniz donanmasının flaqmanı – bayraqdarı olan “Moskva” kreyserini ukraynalıların batırması bu modernizasiyanın kamil olmadğını göstərir.
Belə vəziyyətin əsas səbəbi Rusiyada tüğyan edən edən korrupsiyadır. Korrupsiya xüsusilə də güc strukturlarında, elə silahlı qüvvələrdə endemik vəziyyət alıb. Rusiyadakı korrupsiya piramadasının zirvəsində şəxsən Prezidentin, onun KGB/FSB-dən olan generallarından ibarət yaxın çevrəsinin durduğu iddia edilir. Bu mənada Putinin Ukraynaya qarşı müharibəyə başlaması ona görə baş verdi ki, onun və çevrəsinin bundan sonra da hakimiyyətdə qalmaq üçün başqa çıxış yolu yox idi. Putinin hakimiyyətdən getməsi isə onun əsl mənada ölümü olacaq. Bu adam özünü çıxılmaz küncə dirəyib.
Rusiyanın nüvə silahına malik olması buna görə təhlükəlidir. Putinin bu silaha əl atmayacağına heç kim zəmanət verə bilməz. Amma Putin öz hərəkətləri ilə Qərbi də çıxılmaz vəziyyətə salıb. Onun da geriyə yolu yoxdur. Ekspertlər Rusiyanın taktiki, yəni daha zəif nüvə silahından istifadə edəcəyini istisna etmirlər. Amma hətta belə nüvə silahından istifadənin də cavabı olacaq. Rusiyanın bir raketinə elə həmin anda ABŞ-dan, Britaniyadan, Fransa və başqa ölkələrdən uçan nüvə raketləri cavab verəcək.
Müxtəlif mənbələrə görə, Rusiyanın 4-6 min ədəd nüvə başlığı var. ABŞ-ın nüvə başlıqlarının sayının isə iki min civarında olduğu deyilir. Amma elə bu da dünyanı dəfələrlə dağıtmaq üçün kifayətdir. Odur ki, siyasətçilər və ekspertlər ona ümid edirlər ki, nüvə silahından istifadə üçün komanda zəncirində 10-dək icraçı olur. Heç də hamı Putin kimi ölməyə hazır deyil. Komanda zəncirində kimsə əmri yerinə yetirməyə bilər. Ümid yalnız bunadır. Ətrafındakılardan kiminsə Putini dayandıracağına inanmaq çətindir. Bunlar Putinlə eyni ağır hərbi cinayətlərə şərik olduqları deyilən adamlardır.
- ABŞ parlamentinin sədri Nensi Pelosinin Asiya turnesi çərçivəsində Amerika ilə Çin arasında münasibətlər gərginləşib. Çin Tayvana səfər edən Pelosinin təyyarəsini vuracağını da bəyan edirdi, amma bunlar baş vermədi. Münasibətlər daha da gərginləşə və ABŞ-Çin müharibəsinədək gedib çıxa bilərmi?
- Pelosi artıq Tayvandadır və müharibə baş verməyib. Baş verməsi ehtimalı azdır. Çin Rusiyanın Ukrayna müharibəsindən kifayət qədər ibrət dərsləri götürüb. Yəni Tayvanı bir-iki həftəyə zəbt emək mümkün olmayacaq. Əslində Çin heç tələsmir də. Tayvandakılar da çinlidirlər. Bu məsələ tarixin gedişində həllini tapacaq. Digər tərəfdən, Çin Qərbin Rusiyanın təcavüzünə reaksiyasını gördü. Çinə ABŞ-la müharibə yox, ticarət əl verir. Çin heç vaxt Rusiyaya sözün əsl mənasında dəstək verməyəcək. Çin onsuz da bilir ki, yaralanmış ayının cəmdəyindən ən böyük tikə onun olacaq. Rusiyanı ən yaxşı halda Çinin xammal əlavəsi olmaq gözləyir. Odur ki, Pekinin Pelosinin səfərinə reaksiyası bəyanatlardan o yana keçməyəcək.
- Rusiyanın Ukraynaya hərbi təcavüzündən beş aydan artıq zaman ötür. Lakin hələ də Rusiya iqtisadiyyatı çökmür. Qərbin Putini zərərsizləşdirmək səylərinin nəticəsiz qaldığını söyləmək olarmı?
- Sanskiyalar çox ağırdır və artıq ilk nəticələrini verir. Rusiyanın bank-maliyyə sistemi, aviasiya sahəsi artıq iflic vəziyyətinə düşməkdədir. Bundan başqa sanksiyalar hələ tam tətbiq edilməyib. Rusiya qazına və neftinə tam embarqo qoyulmayıb. Amma neft və qazın hasilatı və emalı üçün texnologiyalar lazımdır. Rusiya dayanan quyuları yenidən işlədə bilməyəcək. Rusiyanın “Şimal Axını 1” kəmərinin kompressorunu Kanadada təmir edirlər. Rusiya texnoloji baxımdan geridə qalmış ölkədir və sanksiyalar özünü göstərdikcə daha da geri qalacaq.
Rusiya Qərbi qazı kəsməklə hədələyir. Amma indiyədək bu hədələr onun öz əleyhinə işləyir. Avropaya hər tərəfdən maye qaz axır. ABŞ elə bu il Avropaya qaz ixracatında Rusiyanı geridə qoydu. Rusiya qazı və nefti Çinə, Hindistana satacağını deyir və elə indinin özündə superucuz qiymətlərə satır. Amma Çinə və Hindistana hətta bu qiymətlərlə də Rusiyanın vermək istədiyi qədər qaz lazım deyil. Avropa üçün bu qış çətin, bəlkə də son dərəcə çətin olacaq. Amma artıq gələn il bu vaxt Rusiya öz ucuz xammalına müştəri axtarmaqda olacaq.
Yeni texnologiyalar Rusiyaya həm də elə silahlarını təkmilləşdirmək üçün lazımdır. Qərbin hərbi ekspertləri bildirirlər ki, Rusiya hərbi texnologiyalar sarıdan Qərbdən azı on il geri qalır. Amma problem budur ki, onun nüvə silahları var və bu silahlardan günü bugün istifadə oluna bilər. Bu, başqa məsələdir ki, nüvə müharibəsinə başlayan ölkə intihar edən birisi sayıla bilər. Putinin bu dərəcədə qeyri-adekvat olması istisna oluna bilməz.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
|