Ermənistandan yalnız hava yolu ilə mühacirət 60 faiz artıb
Tarix: 11-08-2022, 08:09 |
Çap et
Ermənistandan təkcə hava yolu ilə mühacirət 60 faiz artıb.
DİA.AZ bu barədə “Report”a istinadən xəbər verir.
Məlumata görə, cari ilin birinci yarısında Ermənistanın “Zvartnots” hava limanının sərnişin axını 1 323 811 nəfər təşkil edib. İrəvana 665 940 nəfər gəlib, paytaxtdan isə 657 871 nəfər gedib.
Bu dövrdə “Şirak” hava limanında sərnişin axını 32 557 nəfər (ölkəyə 15 668 nəfər gəlib, 16 889 nəfər gedib) təşkil edib.
Bu ilin birinci yarısında gələnlərin sayı (iki hava limanının məlumatları nəzərə alınmaqla-red) 681 608 nəfər təşkil edib. Qeyd olunan dövrdə Ermənistandan gedənlərin sayı 674 760 nəfərdir.
Xatırladaq ki, 2021-ci ilin ilk altı ayında Ermənistandan hava yolu ilə 416 040 nəfər gedib.
Bununla da məlum olur ki, 2022-ci ilin birinci yarısında Ermənistandan hava yolu ilə mühacirət 60 faiz artıb.