Ukraynaya ayrılan milyardlar "boşa" gedir? - “Nyusvik”
Tarix: 16-08-2022, 08:30 |
Çap et
ABŞ-ın Ukraynaya milyardlarla yardımı, Əfqanıstanda olduğu kimi, boşa sərf oluna bilər.
DİA.AZ axar.az-a istinadla xəbər verir ki, bu barədə Amerikanın “Nyusvik” jurnalı yazıb.
Bildirilir ki, 2020-ci il hesabatına görə, Birləşmiş Ştatlar Əfqanıstan hökumətinə dəstək üçün azı 134 milyard dollar ayırıb. Lakin Əfqanıstanın Yenidənqurulması üzrə Xüsusi Baş Müfəttiş İdarəsinin araşdırılması nəticəsində müəyyənləşib ki, ayırılan təqribən 63 milyard dollarlıq yardımdan 19 milyard dolları korrupsiya və sui-istifadə nəticəsində yoxa çıxıb.
Buna görə bu gün ekspertlər xəbərdarlıq edir ki, ABŞ-ın Ukraynaya yardımının əhəmiyyətli hissəsi güclü nəzarət olmadan risk altındadır.
Əfqanıstanın Yenidən qurulması üzrə keçmiş baş müfəttişi Con Sopko vurğulayıb ki, şəffaflığı artırmaq üçün Kiyevə ayrılan vəsaitlərə nəzarət edən yeni xüsusi agentlik yaradılmalıdır.
Silahlara Nəzarət Assosiasiyasının tədqiqatçısı Qabriela İveliz Rosa-Hernandes isə ABŞ-ın Ukraynaya yardımını izləmək zərurətindən danışarkən bildirib ki, yüngül silahların axını nəzarəti həyata keçirilməyi çətinləşdirir.