"Şou əhli qış yuxusuna gedib" .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     İran gizli şəkildə Xamneyinin varisini seçdi .....                     MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir .....                     Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                     “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən .....                     “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” .....                     “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” .....                     “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” .....                     Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü .....                     “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” .....                     Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub .....                     "Söyüş söydüyünə görə vintaçanla vurdum" .....                     "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı .....                     Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... .....                     Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir .....                     COP29 çərçivəsində hansı sazişlər imzalanıb? .....                     Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub .....                     Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... .....                     Agentlikdə yeni sədr müavini TƏYİNAT .....                     Marketlərdə satılan farş nə ətindən hazırlanır? .....                     "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" .....                     Sülh prosesində iki çətin məsələ hansıdır? .....                     Generalın həyat yoldaşına vəzifə verildi .....                     Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... .....                     Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır .....                     Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir .....                     “Freedom House”dən görünməmiş həyasızlıq .....                     Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək .....                     “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” .....                     ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... .....                     Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb .....                     “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” .....                     NİYƏ 285 MANAT?... .....                     Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? .....                     Vasif Talıbovun yaratdığı PROBLEM... .....                     Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər .....                     Ermənistan ATƏT-ə missiya rəhbəri .....                     Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                 

“Duqinanın qətli Kremldəki daxili toqquşmaların nəticəsidir” - Ekspert danışır
Tarix: 24-08-2022, 14:23 | Çap et
“Duqinanın qətli Kremldəki daxili toqquşmaların nəticəsidir”
Avqustun 20-si axşam saatlarında rusiyalı filosof, politoloq, Avrasiyaçılıq nəzəriyyəsinin müəllifi Aleksandr Duqinin qızı, jurnalist Daria Duqinanın avtomobili Moskva yaxınlığında partlayıb. Partlayış nəticəsində Duqina həlak olub.

İlkin məlumatlara görə, ata və qızı "Ənənəvi" ədəbi-musiqi festivalında iştirak ediblər. Duqinlər festivala birlikdə gediblər və birlikdə qayıtmalıymışlar. Təsadüf nəticəsində filosof tədbirdən başqa avtomobillə qayıdıb. Ehtimal edilir ki, sui-qəsd Duqinlərin hər ikisi üçün hazırlanıbmış.

Xatırladaq ki, A.Duqin rus millətçisi kimi tanınır. Kremlin əsas ideoloqlarından olan filosof Rusiyanın Ukraynada apardığı işğalçı müharibənin dəstəkçilərindəndir. Bir müddət öncə Duqin efirdə Rusiya əsgərlərinə "ukraynalıları öldürün, öldürün, öldürün" deyə səslənmişdi.

Jurnalist olan qızı Daria da atasının fikirlərini bölüşənlərdən idi. Duqina Ukraynanın Rusiya tərəfindən işğal olunan Mariupol şəhərinə səfər edərək orada reportaj hazırlamış, küçələrdə qanı quruyan ukraynalılara yönəlik "iblislərin qanı üzərində" kimi ifadələr işlətmişdi.

Avqustun 22-də Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Duqinanın qətlinin üstünün açıldığı haqqında məlumat yayıb. FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatında qeyd edilib ki, araşdırmalara görə, cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib.

“Hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır. O, 2010-cu il təvəllüdlü qızı ilə birgə iyulun 23-də Rusiyaya gəlib. Daria Duqinanın qətlini təşkil etmək və onun həyat tərzi haqqında məlumat əldə etmək üçün Moskvada mərhumun yaşadığı binada mənzil kirayələyiblər”, - deyə məlumatda vurğulanıb.

Bildirilib ki, qətl günü Vovk da Darianın fəxri qonaq qismində iştirak etdiyi “Ənənəvi” ədəbi-musiqi festivalında olub: “Vovk qətli törədəndən sonra - 2022-ci il avqustun 21-də qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya keçib”.

Yerli və beynəlxalq müşahidəçilər hadisə ilə bağlı FSB-nin açıqlamasının inandırıcı olmadığı qənaətini bölüşməklə yanaşı, sui-qəsddə bir sıra versiyaların mümkünlüyünü bildirirlər. DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran "Şərq-Qərb" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun fikrincə, bu hadisə Rusiya daxilindəki savaşın nəticəsidir:

- FSB-nin guya ki, sui-qəsdin Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırılıb həyata keçirilən terror aktı olduğu ilə bağlı açıqlaması çox absurddur. Bu, "tədqiqat" hadisənin daxili qarşıdurma nəticəsində törədilməsi ehtimalından diqqəti yayındırmaq cəhdidir. Yenə deyirəm, şübhəsiz ki, bu, daxili savaşın nəticəsində baş verən aktdır. Səbəb də odur ki, Duqinin Putinin siyasi kursuna çox ciddi təsiri var. Duqinin ideyaları əslində açıq faşizm ideyalarıdır, bunun başqa adı yoxdur. Onun ideyalarında dini çalarlar da var, millətçi çalarlar da var, zorakılıq var, işğalçılıq var və s. Bir sözlə, faşizm ideyasının bütün komponentləri var.

- Dediklərinizdən belə anlaşılır ki, Rusiya daxilində bu ideyaları qəbul etməyənlər də var...

- Təbii ki, bugünkü Rusiya ierarxiyası bir tək Putindən və onun siyasi dəstəkçilərindən ibarət deyil. Rusiya böyük dövlətdir və dövlətin mürəkkəb siyasi qanadları var. Burada bir nəfər istəsə belə, bütün qərarları təkbaşına verib, onu icra edə bilməz. Putin hakimiyyəti əlində cəmləməklə və Duqinin xəstə təxəyyülünün məhsulu olan faşist ideologiyasının təsiri altında Rusiyanı elə bir istiqamətə aparır ki, bunun mənfi nəticələri görünməkdədir. Hətta Putin fevral ayında Ukraynaya işğalçı hücum ərəfəsində Təhlükəsizlik Şurasının toplantısında öz komandasını bu istiqamətə təhrik etdi. Rusiya Prezidentinin Sergey Narışkinə təzyiqi, Nikolay Patruşevin Putinə cavabı göz önündə oldu. Bunlar hamısı göstərirdi ki, daxildə çox zidiyyətli mövqelər var.

Putinin komandası vahid siyasi platforma kimi görünə bilər, amma heç də belə deyil. Siyasi ziddiyyətlərin olması təbiidir, çünki yenə deyirəm, Rusiya böyük dövlətdir, onunla bağlı bir nəfər xəstə təxəyyülün məhsuluna uyğun özbaşına qərar verə bilməz. Hətta vaxtilə Stalin SSRİ-yə tam olaraq nəzarət edə bilməyib. Dediyim odur ki, Duqinin qızının avtomobilinin partladılması Putinə Duqin təsirinin aradan qaldırılmasına yönəlmiş terror aktı idi. Terrorun Duqinə, yoxsa onun jurnalist qızına qarşı hazırlanmasını dəqiq söyləmək bir qədər çətindir. Prinsipcə, fərqi yoxdur. Əgər Duqinin özü öldürülərdisə, bununla Putin öz ideoloqundan məhrum olardı. Qızının ölümü isə Duqinin özünə də, Putinə də xəbərdarlıqdır. Mən zərrə qədər şübhə etmirəm ki, bu terror xarici yox, Rusiyanın daxili məsələsi ilə törədilən aktdır.

- Gözlənilən baş verdi: Ukrayna terrorda ittiham edildi. Sizcə, bu ittiham hadisəni törədənlərin uydurmasıdır, yoxsa Putin rejiminin?

- Terror aktının Ukrayna ilə heç bir bağlantısının olmadığını dəqiq bilənlər məsuliyyəti öz üzərlərinə götürməlidirlər. Təbii ki, onlar bunu üzərlərinə götürmək istəmirlər. FSB-nin "təhqiqatı" nəticəsində terrorun həyata keçirilməsində ittiham olunan qadın - Natalya Vovk (bilmirəm, bu qadının hadisə ilə nə qədər bağlılığı var) Rusiyadan necə qaçıb gedə bilir? Guya ki, Vovk hadisəni törətdiyi gecənin səhəri Estoniyaya qaçıb, bunların xəbəri olmayıb. FSB bir gün ərzində araşdırma aparıb və ortaya çıxarıb ki, hadisə belə törədilib. İllərdir Nemtsovun qatillərini tapa bilməyənlər (2015-ci ilin fevral ayında Moskvada qətlə yetirilmiş rusiyalı müxalifətçi Boris Nemtsov - A.B.), müxalifətçi Sergey Navalnının kim tərəfindən zəhərlənməsi cinayətinin üstünü aça bilməyənlər bir gün ərzində bu partlayışı törədəni tapıb ortaya çıxardılar? Bu, gülüncdür. Saxta və qurama iş olduğu kimi, həm də kobud hazırlanmış "təhqiqatdır". Hətta bu, Rusiya hüquq-mühafizə orqanlarının deqradasiyaya uğramasının dərinləşdiyini göstərir. Çünki ictimai rəyə belə primitiv versiya təqdim edirlər.

- Amma Rusiya cəmiyyəti bu primitiv versiyaya inanmış kimi görünür...

- Təbii ki, Rusiya ictimai rəyi bu gün hər şeyi həzm edir. Bu, hələlikdir. Sonrası necə olacaq, bilmirəm. Bütün hallarda, Kreml çalışır ki, Ukraynanın terrorçu dövlət olduğunu dünyaya qəbul etdirsin, belə bir imic yaratsın. Amma buna nail ola bilməyəcəklər. Ona görə ki, Rusiya cəmiyyətindən fərqli olaraq, dünyada heç kim belə primitiv oyunları həzm etmir. Hər kəs bilir ki, nə baş verir. Bunu adi şərhçi kimi mən başa düşürəmsə, dünyanın Rusiyaya qarşı olan aparıcı ölkələrinin xüsusi xidmət orqanları bilmir?! Onlar qəflət yuxusunda deyillər ki, primitiv versiyaya inansınlar. Ukrayna terrorçu dövlət deyil, Rusiya terroruna məruz qalan dövlətdir.

- Kremlin ideoloquna, Avrasiyaçılıq ideyasının müəllifinə qarşı terror aktı ilə Rusiyanın xarici siyasət kursunda dəyişikliyə nail olmaq, Avrasiyaçılıqdan Kremli yayındırmaq cəhdi nəticə verəcəkmi?

- Əlbəttə, burada bir məqsəd də ölkənin xarici siyasət kursunun yox, ümumiyyətlə, Rusiyanın xarici siyasət strategiyasının dəyişdirilməsi cəhdidir. Avrasiyaçılıq ümumiyyətlə, xülyadır. İnkişaf, texnologiyalar, müasir iqtisadiyyat, müasir münasibətlər sistemi Qərbdədir. Rusiya siyasiləri istəsələr də, istəməsələr də, bu, faktdır. Duqinin Avrasiyaçılıq ideyası nədir? Ən pis halda Rusiyanın təcrid olunması, özünə qapanması - hansı ki, bunlar baş verdi. Ən yaxşı halda isə Rusiyanın tərəfdaşlarının Əfqanıstan kimi, İran kimi, Şimali Koreya kimi, idealda Çin kimi ölkələrin olmasıdır. Moskvada bunu hər kəs qəbul etməyə hazır deyil. 300-400 il əvvəl Birinci Pyotr Avropaya ona görə pəncərə açmamışdı ki, bu gün hansısa Duqinin ideyası əsasında bu pəncərə qapansın və Rusiyanın inkişaf strategiyasını dəyişsinlər. Bu, mümkün deyil. Ona görə də, tamamilə razıyam ki, bu terror aktının arxasında dayanan ən böyük hədəf məhz yanlış xarici siyasət strategiyasını dəyişmək idi. Yəqin ki, bu, baş verəcək.

Təbii ki, Duqin sakitləşməyəcək. O da başa düşür ki, bu aktda Ukrayna izi yoxdur, bu versiya mənasızdır. Amma özünü elə göstərəcək ki, guya, FSB-nin bu "təhqiqatı"na inanır. Ukraynaya qarşı bir qədər də aqressiv ifadələrdən istifadə edəcək. Amma daxilində çox gözəl bilir ki, onu hardan vurdular, kimlər vurdu, məqsəd nədir. Duqin geri çəkilməyəcəksə, bu ideya xəttini israrla davam etdirəcəksə, deməli terror aktları davamlı olacaq. Güman ki, bu dəfə onun özü terror aktının qurbanı olacaq.

Şərt deyil ki, Duqini də maşında partlatsınlar. Rusiyada nə qədər oliqarxlar, keçmiş dövlət xadimləri "ürəktutmasından" ölür, "xəstələnib" ölür, "intihar" edir və s. Yəni öldürməyin min üsulu var. Nəzərə alsaq ki, belə hadisələrin arxasında xüsusi xidmət orqanları dayanır, onlar nəyi bacarmasalar da, insanı aradan götürməyi yaxşı bacarırlar. Düzdür, son illər bu əməliyyatlarda da ciddi səhvlərə yol verirlər. Hər halda daxildə bu metod işləyir və məqsədlərinə çata bilirlər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46
COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37
Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33
Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31
Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21
Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20
"Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18
Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01
Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48
Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04
“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57
Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49
Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48
Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42
Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39
Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32
“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28
Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23
"Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21
Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17
Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16
Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15
Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13
Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11
Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru