Makron Rusiya ilə danışıqların bərpasının tərəfdarıdır: - "Nə deyirsiniz, ruslarla təkcə Türkiyə danışsın?"
Tarix: 1-09-2022, 17:14 |
Çap et
DİA.AZ: - Fransa prezidenti Makron bu gün səfirlərin konfransında çıxış edərək Rusiya ilə dialoqun qurulmasının tərəfdarı olduğunu bir daha bəyan edib. Bu barədə DİA.AZ xarici KİV-lərə istinadla xəbər verir.
"Hamı ilə danışmaq lazımdır... Xüsusən də fikirlərini bölüşmədiklərimizlə danışmalıyıq... Nə deyirsiniz, ruslarla təkcə Türkiyə danışsın?"
Makron eyni zamanda səfirlərin işinin diplomatiya olduğunu da bəyan edib. Yəni danışmaq elə diplomatiyadır.