"Şou əhli qış yuxusuna gedib" .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     İran gizli şəkildə Xamneyinin varisini seçdi .....                     MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir .....                     Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                     “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən .....                     “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” .....                     “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” .....                     “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” .....                     Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü .....                     “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” .....                     Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub .....                     "Söyüş söydüyünə görə vintaçanla vurdum" .....                     "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı .....                     Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... .....                     Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir .....                     COP29 çərçivəsində hansı sazişlər imzalanıb? .....                     Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub .....                     Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... .....                     Agentlikdə yeni sədr müavini TƏYİNAT .....                     Marketlərdə satılan farş nə ətindən hazırlanır? .....                     "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" .....                     Sülh prosesində iki çətin məsələ hansıdır? .....                     Generalın həyat yoldaşına vəzifə verildi .....                     Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... .....                     Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır .....                     Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir .....                     “Freedom House”dən görünməmiş həyasızlıq .....                     Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək .....                     “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” .....                     ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... .....                     Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb .....                     “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” .....                     NİYƏ 285 MANAT?... .....                     Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? .....                     Vasif Talıbovun yaratdığı PROBLEM... .....                     Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər .....                     Ermənistan ATƏT-ə missiya rəhbəri .....                     Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                 

ABŞ-ın "məxfi bioloji laboratoriyaları": Rusiya yalanları yeni mərhələdə - İLGİNC GƏLİŞMƏ
Tarix: 9-09-2022, 08:28 | Çap et
ABŞ-ın "məxfi bioloji laboratoriyaları": Rusiya yalanları yeni mərhələdə
Ukraynada mühüm qələbələr əldə eə bilməyən Rusiya gülməli “silahına” – yalana əl atır. Ən azı altı ay idi ki, Rusiya sentyabrın 5-də Cenevrədə başlayacaq “tədbir”ə hazırlaşırdı. Kreml və onun əlaltıları dünyanı inandırmağa çalışırlar ki, "Ukrayna ABŞ-ın köməyi ilə rusları bioloji silahlarla məhv etmək istəyir". Ukraynaya qarşı işğalçı müharibəyə haqq qazandırmaq üçün belə görünür ki, dünyanın bir nömrəli terrorçu dövləti Rusiya Federasiyası üçün bütün vasitələrdən istifadə lazımdır.

Martın əvvəlində, hərbi geyimli rus quldurları Çernobıl AES-i ələ keçirəndə, oranı "dəyərli texnologiyalardan və inkişaflardan azad etdi”. Həmçinin Kreml təbliğatçıları tərəfindən hər gün Ukrayna Milli Elmlər Akademiyası "bombalandı". Ağızlarından köpük çıxararaq, ukraynalıların guya ki, qadağan olunmuş kimyəvi və nüvə silahları yaratdıqlarını bütün dünyaya "sübut" etməyə çalışdılar. Ancaq rusların Ukraynanın "çirkli bombası" ilə bağlı təbliğat cəfəngiyyatı lazımi nəticə vermədi. Bundan sonra Kreml demək olar ki, unudulmuş bir mövzunu gündəmə gətirib: guya ki, Ukrayna ABŞ-ın göstərişi ilə bioloji silahların yaradılması üzərində işləyir. İndi - sentyabrın 5-dən 9-dək Cenevrədə Bakterioloji (bioloji) və toksin silahların hazırlanmasının, istehsalının və ehtiyatının yığılmasının qadağan edilməsi haqqında Konvensiyanın iştirakçısı olan ölkələrin iclası keçirilir. Yəqin ki, Rusiya Konvensiya iştirakçılarını inandırmağa çalışır ki, Ukrayna razılaşmaları pozur və nəinki gizli şəkildə bioloji silahlar hazırlayır, hətta ondan ruslara qarşı istifadə etməyə cəhd edib.

Agent yarasalar, ördəklər və...

Rusiya Federasiyası bu uydurmanı hazırlamağa 2022-ci ilin martında başlayıb. Artıq yuxarıda dediyim kimi, Ukraynaya qarşı “çirkli bomba” ilə bağlı ittihamlara beynəlxalq ictimaiyyət tərəfindən məhəl qoyulmayanda Kreml növbəti kartı işə saldı.

Əvvəlcə Rusiya Federasiyasının Müdafiə Nazirliyi təqdimat hazırladı, orada Ukrayna və ABŞ-ı Rusiya ərazisinə yarasaların və quşların köməyi ilə bioloji silahdan istifadə niyyətində olmaqda ittiham etdilər. Məsələn, sənəddə deyilir: "ABŞ Ukraynada yarasaların bioloji silah agentləri kimi tədqiqi layihəsini maliyyələşdirib və bəzi materialların “təhlili” “yarasaların ektoparazitləri olan 140-dan çox konteynerin Ukraynadan xaricə daşındığını təsdiqləyir”.

Quşlarla bağlı hekayə daha “sirli” və maraqlıdır: rus təbliğatçıları ukraynalı alimlərin quş qripi ştammlarının tədqiqi ilə quşların miqrasiyası arasında birbaşa əlaqə tapıblar. Ruslar üçün "kəşf" quşların qışı isti yerlərdə keçirmək üçün bizim ərazilərdən köm etməsidir.

"Hərbi bioloji proqramın maraqlarına uyğun olaraq, "Askania-Nova" Xerson Biosfer Qoruğundan üzüklü quşlar havaya buraxıldı", - Rusiya Müdafiə Nazirliyi qeyd etdi və əlavə etdi ki, ən azı üç quş tərəflərindən vuruldu. Əslində ittihamları da buna əsaslandırırlar. Amma bu quşlar hər hansı infeksiya daşıyıcısı olubmu? Bu barədə bir söz deyilmir. Yəni ki, ruslar öz “nəzəriyyə”lərinə hansısa “fakt” əlavə etmək üçün onların köç yollarını izləmək və öyrənmək üçün halqalı köçəri quşları vurmağa başladılar. Görünür ki, Rusiya tərəfindən rusları bu yolla məhv etmək cəhdində ittiham olunanlardan bütün dünyada ornitoloqlar qorxmalıdır.

Ancaq bu, hamısı deyil. Ukraynanı mənasız yerə ittiham etmək fikrindən imtina etsəydi, Rusiya Rusiya olmazdı ki... Rusiya təbliğatçıları “ABŞ-ın məxfi laboratoriyaları” mövzusunu gündəmə gətirməkdən yaxşı bir şey tapmayıblar. Bir tərəfdən bu, yenə də hərbi uğursuzluqlara haqq qazandırmağa imkan verdi. Onlar deyirlər ki, "ABŞ Ukraynada hərbi-bioloji fəaliyyətlərə təkcə nəzarət etmir, həm də maliyyələşdirib. Üstəlik, bunda birbaşa Pentaqon iştirak edib".

"Vəsaitlərin real alıcıları Ukrayna Müdafiə Nazirliyinin Kiyev, Lvov, Odessa və Xarkovda yerləşən laboratoriyalarıdır", - Cenevrədəki "tədbirin" təşkilatçısı olan BMT-dəki Rusiya nümayəndə heyəti qeyd edir.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova radio verilişlərinin birində diplomatın dedikləri ilə razılaşıb: "Vladimir Putin Ukrayna ərazisində ABŞ-ın biolaboratoriyalarını dayandırmaq üçün müharibəyə başlayıb. Və buna görə də Rusiya hərbçilərinin “xüsusi əməliyyatı” təcili idi".

Sadə dillə desək , Kreml Rusiyanın bu müharibədəki itkilərinin ukraynalılarla qarşıdurmadaq qüsurlu planın və Rusiyaya buradakı real dəstək haqqında Ukraynadakı rus agentlərinin ümumiyyətlə etibarsız məlumatlarının nəticəsi olduğunu etiraf etmək əvəzinə, uydurmalara üstünlük verir. Guya ki, Rusiya Federasiyası Ukrayna ərazilərinin işğalında maraqlı deyil, burada güclü ABŞ-a qarşıdır.

Digər tərəfdən, rusiyalı psevdoekspertlər tərəfindən ortaya ayılan mövzu Rusiyada istənilən daxili problemlərdən danışmamaq üçün gözəl bir yoldur. "Slavyanların məhvinə yönəlmiş dünya miqyaslı sui-qəsd" haqqında məlumatın televiziya ekranlarından əhaliyə üfürülməsi insanların iqtisadiyyat və şəxsi rifahla bağlı fikirlərini arxa plana keçirir.

Məsələn, "mikrobioloq və hərbi ekspert" İqor Nikulin Rusiya təbliğat zibilxanalarında izah etdi ki, "dövlətlər Ukrayna ordusunda patogenlərin inkişafını sınaqdan keçirir, çünki ukraynalılar ruslarla eynidirlər - slavyanlardır".

Yaxud başqa bir misal: Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hazırda dünyada tüğyan edən meymunçiçəyi həm də “ABŞ biolaboratoriyasının sınağıdır”. Axı, "amerikalı təlimatçılar ukraynalılara çiçək xəstəliyinin yayılmasına təcili reaksiya vermək üçün təlim keçirdilər". Üstəlik, “ABŞ hərbçilərinin və tibb işçilərinin çiçək xəstəliyinə qarşı peyvənd edilməsi onu göstərir ki, Vaşinqton çiçək xəstəliyinin törədicisini prioritet bioagent hesab edir”.

"Dəlil" olaraq da, Rusiya Federasiyasının Müdafiə Nazirliyi məsələn, Ukrayna Səhiyyə Nazirliyinin "xüsusilə təhlükəli patogenlərin" məhv edilməsi ilə bağlı xəstəliklərin regional nəzarət və profilaktika mərkəzlərinə ünvanlanmış təlimatlarından istifadə edir. Gülməli "dəlil" saymayaq, nə edək?!

Açıq cəfəngiyatın beynəlxalq səviyyəsi

Göbbelsin ideyalarının sadiq davamçılarının ardınca Rusiya rəsmiləri və diplomatları bu cəfəngiyyatı yayımlamağa başladılar. Belə ki, mart ayında Rusiya BMT-yə bioloji silahlarla bağlı “sənədlər” təqdim edib və bu silahların hazırlanmasında Ukraynanı ittiham edib. Həmçinin bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib. Daha sonra Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia bildirdi ki, Rusiya Müdafiə Nazirliyi Ukraynada “son dərəcə təhlükəli bioloji təcrübələrin aparıldığını, ən azı 30 bioloji laboratoriya şəbəkəsinin olmasını təsdiqləyən sənədlər əldə edib". Bu iş Rusiya tərəfinin fikrincə, ABŞ ilə sıx əməkdaşlıq çərçivəsində aparılır.

“Koronavirus infeksiyasının müalicəsi və qarşısının alınması vasitələrinin sınaqdan keçirilməsi bəhanəsi ilə əksəriyyəti slavyan etnik qrupuna aid olan xəstələrin bir neçə min zərdab nümunəsi Ukraynadan ABŞ Quru Qoşunlarının Uolter Rid Araşdırma İnstitutuna aparılıb”, - rusiyalı diplomat qeyd edib.

Buna cavab olaraq BMT baş katibinin müavini, tərksilah üzrə ali nümayəndə İsuma Nakamitsu bəyan edib ki, o, kütləvi informasiya vasitələrində bu cür xəbərləri görüb, lakin BMT-nin Ukraynada hər hansı bioloji silah proqramından xəbəri yoxdur.

Nakamitsu xatırladıb ki, Bioloji Silahlar üzrə Konvensiyaya üzv olan və bu sənədi başqa bir dövlətin pozduğunu bildirən istənilən dövlət BMT Təhlükəsizlik Şurasına şikayət edə bilər. Eyni zamanda, belə bir şikayətdə onun etibarlılığını təsdiq edən bütün mümkün sübutlar olmalıdır. Lakin Ukrayna ilə bağlı da daxil olmaqla, bu cür əsaslı şikayətləri heç kim görməyib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild öz ifadələrində deyib ki, "Rusiya yalan və dezinformasiya yaymaq məqsədilə Təhlükəsizlik Şurasının iclasını çağırıb" - "BMT-də Ukraynada silahların bioloji və ya kimyəvi proqramları haqqında heç bir məlumat yoxdur. Rusiya Təhlükəsizlik Şurasından dezinformasiyanı qanuniləşdirmək və müharibəyə haqq qazandırmaq üçün insanları aldatmaq üçün istifadə edir."

Böyük Britaniya Müdafiə Nazirliyi isə eyham vurub ki, Rusiya Ukraynaya qarşı bu cür ittihamlarla bioloji və ya kimyəvi silahdan istifadə planlarını ört-basdır edə bilər: “Belə bir əməliyyat saxtalaşdırılmış hücum şəklində ola bilər”.

BMT Təhlükəsizlik Şurasındakı sillə görünür ki, rusları ayıltmadı. Artıq iyunun əvvəlində Rusiya Federasiyası "bioloji laboratoriyalar" mövzusunu inkişaf etdirməyə davam etdi, ABŞ Dövlət Departamentinə Bioloji Silahlar Konvensiyasının "pozulması" ilə bağlı iddialarla məktub göndərdi. Və sentyabrın əvvəlində ruslar bu mövzunu yuxarıda adı çəkilən Konvensiyada iştirak edən ölkələrin konfransına çıxarmaq qərarına gəldilər.

Köhnə mövzu yeni şəkildə

Təbii ki, rus diplomatlarını məyus etmək istəməzdim, amma “ABŞ-ın məxfi laboratoriyaları” o qədər mənasız mövzudur ki, ruslar hətta bundan utanırlar. "Soyuq müharibə"nin tarixinə və mərhələlərinə çox da getmədən (“gizli biolaboratoriya of the USA" - SSRİ dövründən rusların sevdiyi mövzu), qeyd edirik ki, elmi ictimaiyyət, müstəqil ekspertlər və diplomatlar 2009-cu ildən bu barədə (o cümlədən Ukrayna ilə bağlı) Rusiyanın cəfəngiyyatına qulaq asır. "Gizli laboratoriyalar" mövzusu Ukrayna, rus, sonra bolqar, sonra da Serbiya KİV-lərində gündəmə gəlib. Əvvəlcə belə "laboratoriyalar" "on bir", sonra "on beş", sonra "on altı", indi gördüyümüz kimi, o rəqəmlərin "üçqat sayındadır".

Yeri gəlmişkən, bu mövzunu Ukraynada Rusiyanın ən böyük agentlərindən biri - Putinin ən yaxın adamı Viktor Medvedçuk fəal şəkildə təbliğ edirdi. Hələ 2020-ci ilin aprelində onun liderləri olduğu “Müxalifət Platforması - Yaşamaq Uğrunda" Partiyası Prezidentə, Nazirlər Kabinetinə, Səhiyyə Nazirliyinə və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərlərinə ictimai şəkildə müraciət etdi və iddia edirdi ki, Ukraynada on beş hərbi biolaboratoriya var. Təbii ki, əlində heç bir sübut olmadan. İndi Rusiyanın ittihamları Medvedçukun həmin müraciəti ilə demək olar ki, sözbəsöz eynidir. Bəlkə o zaman Medvedçukun müraciəti də Kremldə yazılıb?

Əsassız iddialar isə işə yaramadı. Kremlin inadkarlıqla iddia etdiyi bütün laboratoriyalar heç də gizli deyil. ABŞ-ın Ukraynadakı səfirliyinin saytında onların siyahısını və dəqiq nə işlə məşğul olduqlarını tapmaq çətin deyil. ABŞ, Aİ və ÜST-nin bu laboratoriyaların tikintisi və yenidən qurulmasına sərf etdiyi vəsait də sirr deyil. Bu barədə məlumat da ictimaiyyətə açıqdır. Məsələn, 1993-cü ildən keçmiş SSRİ ölkələrində fəaliyyət göstərən Amerikanın "Nunn-Lugar" proqramının (bioloji təhlükələrin azaldılmasına dair) "YouTube" kanalında əməkdaşlıq çərçivəsi haqqında kifayət qədər məlumat var. Səhiyyə Nazirliyi ilə Pentaqon arasında razılaşma da sirr deyil - hər kəs arzu edərsə, Ali Radanın saytında onu oxuya bilər. Bu baxımdan, Bakterioloji (Bioloji) silahların işlənməsinin, istehsalının və ehtiyatının qadağan edilməsinə dair Konvensiyaya üzv ölkələrin konfransında bəlkə də “gizli laboratoriyalar”la bağlı sualları gündəmə gətirməmək daha yaxşı olardı. Bunun əvəzinə niyə 2012-ci ildən bəri Rusiyanın "Nunn-Lugar" proqramında iştirakdan və ABŞ-dan maliyyə almaqdan imtina etməsinin səbəbi beynəlxalq səviyyədə müzakirə edilsin. Bəlkə də, başqalarını yüksək səslə bioloji silah hazırlamaqda ittiham etmək, onunla müharibəyə haqq qazandırmaq Sergey və Yuliya Skripalı, Aleksey Navalnını cəzasızlıqla zəhərləməyi gizlətmək üçündür?

Müəllif: Tatyana Stejar
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46
COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37
Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33
Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31
Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21
Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20
"Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18
Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01
Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48
Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04
“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57
Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49
Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48
Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42
Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39
Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32
“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28
Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23
"Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21
Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17
Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16
Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15
Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13
Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11
Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru