2 göydələnə görə dünyanı dağıdan və bu gün erməniyə çəpər kimi görünən ABŞ nə tez unudur ki... - HƏQİQƏTƏN DƏ...
Tarix: 13-09-2022, 08:15 |
Çap et
DİA.AZ: - ABŞ konqresmeni David Valadao Twitter paylaşımında erməniləri dəstəkləyib. DİA.AZ ermənipərəst konqressmenin paylaşımını təqdim edir:
"Ermənistana qarşı bu əsassız hücumu qətiyyətlə pisləyirəm. Azərbaycan qüvvələrinin davam edən təcavüzü qəbuledilməzdir və dərhal dayandırılmalıdır".
BİZİM ŞƏRH: ABŞ konqresməni unudur ki, 2001-ci ilin 11 sentyabrında iki göydələnə qarşı terror törədildiyinə görə, Amerika ordusu 21 ildir Yaxın Şərqdə qan tökür. Azərbaycan isə son 30 ildə erməni təcavüzünə qarşı minlərlə itki verməsinə baxmayaraq, indiyədək təmkinini pozmayıb və düşmənlə sülh sazişi bağlamağa çalışır. Ermənilər isə rəsmi Bakının bu sülhpərvər təşəbbüsünə müsbət cavab vermir, ölkəmizin ərazi bütünlüyünü tanımır, sərhədlərin delimitasiya və demarkasiyası təklifini qəbul etmək istəmir, ən əsası isə hər gün indi döyüşlərin getdiyi bölgələrdən Azərbaycan ordusuna saldırır, gənc əsgərlərimizi şəhid edir. Erməni təcavüzünə adekvat cavab vermədən, onları necə dayandıra bilərik?