Ukraynada daha acımasız SAVAŞ TƏDARÜKÜ - GƏLİŞMƏ
Tarix: 22-09-2022, 08:20 |
Çap et
Putin Rusiyada qismən səfərbərlik elan etdi: səbəbin itkilər və canlı qüvvənin çatışmazlığı olduğu bəllidir, həmçinin, Kremlin bu addımı iki məqsədə hesablanıb.
Birincisi, Ukraynada hərbi baxımdan cari hədəflərinə nail olmaq;
- Donbası tamamilə zəbt edilməsini tezləşdirmək istəyirlər: Luqansk işğal edilib, Donetskin işğalı üçün müharibə davam edir;
- İşğal edilən ərazilərin Rusiyaya birləşdirilməsi: qondarma “referendum” 23-27 sentyabr tarixlərində keçiriləcək;
Bu iki hərbi hədəfə nail olmaq üçün Kreml səfərbərliyə əl atdı və bununla həm Donetskin işğalı üçün lazım olan canlı qüvvəni əldə etməyi, həm də Ukrayna torpaqlarının yeni ilhaqından sonra əməliyyatı “Rusiyanın ərazi bütövlüyü uğrunda müharibə”yə çevirməyi planlaşdırır.
İkincisi, müharibəni Kremlin “əməliyyatı”ndan Rusiya xalqının mübarizəsinə çevirməkdir: bununla “müharibə rus xalqının yox, Putinin istəyidir” təbliğatını arxa plana keçirmək, xalqın siyasi rəhbərliyi dəstəkləməsinə nail olmaq istəyirlər;
Beləliklə, müharibə daha qanlı mərhələyə keçir.
Asif Nərimanlı
DİA.AZ