Qorxulu Tehran kimin yuxusunu ərşə çəkir... - NƏ BAŞ VERİR?
Tarix: 24-09-2022, 08:15 | Çap et
İdeoloji dilemmalar, iğtişaşlar, etirazlar ölkəsi olan İranda cərəyan edən təhlükəli hadisələr İslam Respublikası qurulduqdan sonra davam edən çaxnaşmalar dastanının ardıdır. İslam İnqilabının bəhrəsi olan müasir İranın beynəlxalq gündəlikdəki yeri də mübahisələr doğurur və məsələyə yanaşmada Qərbin özündə belə, ikitirəlik mövcuddur. Üstəgəl, İran İsrail kimi kiçik, lakin qüdrətli dövlətin basqıları və kəşfiyyat həmlələri qarşısında əzilir. İranın yaxınlığındakı Cənubi Qafqaz coğrafiyası üzərində cəmləşən nəzərlərin iti baxışlara keçməsi də dünyada sərhədlərin, xəritələrin dəyişdirilməsi cəhdləri fonunda Tehranın əleyhinə işləyir. Buna görə də İrandakı kütləvi iğtişaşlar və ali rəhbərlik əleyhinə düzülən sapandlardan atılan daşları xarici “gizli əllər”lə paralel formada diqqətdə saxlamaq lazımdır. Etirazlar silsiləsində növbəti səhifələri yazanlar hakimiyyətdaxili çəkişmələrin tərəfləridir və təəccüblü gəlsə də, onlar “xarici qələmlər”in gücündən məharətlə istifadə edirlər. Ona görə də hakimiyyətin ən ali zirvəsi sayılan ali liderlik uğrundakı mühafizəkarlarla liberallar arasındakı çarpışmada birincilər “xarici qüvvə” amilinin İrana uzanan əllərindən danışırlar, ikincilər isə Qərbin liberal ideyalarını əllərində bayraq tuturlar. İşin əsli çoxşaxəli predmetlərlə əlaqəlidir və bir-birinə bağlı olan səbəblər zəncirinin nəticələridir. Həmin nəticələr yeni nəticələrə hazırlıq məşqləridir, yəni İranda tüğyan edən mitinqlərin məğzi ölkədəki hazırkı idarəetmə sistemi ilə post-Xamenei dövrü arasındakı keçid mərhələsidir. Hazırda ali lider Seyid Əli Xameneinin yerinə yiyələnmək uğrunda iki fiqur oyun oynayır – biri ali liderin oğlu Müctəba Xamenei, digəri isə Prezident İbrahim Rəisidir. İran siyasi elitasının psixoloji mühiti ilə real dünya arasındakı balansın kəskin pozulması isə həmin mübarizənin şiddətini artırır və bunun bəzi işartıları küçələrdə, meydanlarda təzahür edir. “Küçələr”, “meydanlar” deyərkən qavrayışımızda xalq anlayışı avtomatik canlanır, məsələ istər-istəməz təbii şəkildə də olsa sinxronluq təşkil edir. İranda xalqın kasıb təbəqəsi inqilabın və ya mitinqlərin hərəkətverici qüvvəsi deyil, İslam Respublikasının hissləri alovlanan qismi orta təbəqədir. İslam İnqilabının övladı olan şəriət əsaslı Konstitusiya müxtəlif siniflərin koalisiyasının nəticəsi olsa da, vurğulamaq lazımdır ki, bunun ərsəyə gəlməsində əsas rolu orta sinif oynayıb. Orta sinifdən təkamül edən başqa bir qrup isə liberal dəyərlər şüuru ilə böyüyüb və indi onlar ölkədə ayrı ideoloji idealları yayırlar. Onların istəkləri təkcə iqtisadi-sosial tələblərə yox, həm də mədəni, sosial, siyasi motivlərə də söykənir. Teokratik rejimin qaymaqları, yəni yuxarı təbəqə mühafizəkar ictimai-siyasi nizamı saxlamaqda maraqlıdır, çünki bu, onların sərvət toplaması, varlanması və hakimiyyəti konservativ əsaslarla bərkitməsi üçün əlverişli şərtlərin məcmusudur. Orta təbəqə hakimiyyətə müxalif dairələrin əlinin güclənməsinə rəvac verir, lakin onun ali lider seçilməsi prosedurlarında rolu yoxdur, yəqin, buna görədir ki, hakimiyyət iyerarxiyasının postulatlarında dəyişikliyə nail olmaq hədəflənir. Lakin orta təbəqə İslam İnqilabından sonrakı periodda hakimiyyətin dayaqlarını laxladan seysmik dəyişikliklərin müəllifinə çevrilə bilməyib, ideologiya cəhətdən liberal cəhətləri özündə birləşdirsə də, o, sosial-siyasi imtiyazlarını gücləndirmək niyyətlərini güdür. İranda orta təbəqənin hakimiyyətdəki “nümayəndələri” də var, yəni gərgin situasiya onlara hakimiyyət nərdivanında daha üstün pillələrə çıxmaq üçün vasitələr toplusuna çevrilir. İstər mühafizəkar, istərsə də liberal xətt tərəfdarlarının arasında isə SEPAH kimi güc “incə balans”la dayanır və o, proseslərə yön verir, tənzimləyir, İranın “qırmızı xət”lərinin aşılmasına imkan verməmək şərtilə gah o tərəfə, gah da bu tərəfə əyilir. Seyid Əli Xamenei əcəl yaşı çatmaq həddinə qədər yaşlanıb, ara-sıra onun ölüm xəbərinin yayılması da iqtidardakı ali mənsəb hərislərinin nəbz yoxlamaq məqsədli əl işi ola bilər. İrandakı ucalan etiraz səslərinin xarici qüvvələrlə harmoniyasını ölkənin xarici siyasət kursundakı elementlər formalaşdırır, proses isə təbii şəkildə baş tutur. İranın beynəlxalq nizama baxışı qlobal gücün iki oxuna əsaslanır. Tehran elə düşünür ki, dünyadakı liberal nizam dağılır və ABŞ-ın hegemonluğu azalır. Buna görə də Rusiya və Çin mərkəzli nizam İran dövlətinin gözündə yüksələn ox kimi görünür. Bununla da İran “nə Şərq, nə də Qərb” konsepsiyasından əl çəkərək Moskva və Pekinlə əməkdaşlıq formatının dərinləşməsinə can atır. İslam Respublikasının belə duruşu, təbii ki, onun Qərbdəki rəqiblərinin, əsasən də, ABŞ və Britaniyanın gözündən yayınmır, bura İsrail amilini də əlavə etsək, vəziyyət ən qəliz labirintə doğru itələnir. Nəticə etibarı ilə İran hədəf taxtasında oturdulur və ona qarşı atıla biləcək bıçaqlar itilənir. NƏTİCƏLƏR: 1. İranın böyük planlardakı yeri ölkədəki hakimiyyət kürsülərini ələ keçirmək üçün fürsətlər təqdim edir; 2. İrandakı hakim siyasi elitanı SEPAH qoruyur, lakin situasiya dəyişərsə, SEPAH öz qaranlıq tərəflərinin üzə çıxmaması şərtilə mövqeyini dəyişə bilər. Aqşin Kərimov DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
• Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23 |
|
|
|
• "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21 |
|
|
|
• Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16 |
|
|
|
• Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15 |
|
|
|
• Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13 |
|
|
|
• Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11 |
|
|
|
• Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10 |
|
|
|
• Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08 |
|
|
|
• Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00 |
|
|
|
• Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56 |
|
|
|
• Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53 |
|
|
|
• Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52 |
|
|
|
• "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51 |
|
|
|
• Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43 |
|
|
|
• Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24 |
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
|