Ərdoğan və Paşinyan arasında görüş münasibətlərin normallaşmasına kömək edəcək
Tarix: 6-10-2022, 08:11 |
Çap et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktaybrın 6-da Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək və onunla iki ölkə arasında münasibətlərin normallaşdırılması perspektivlərini müzakirə edəcək. Bu, onların ilk üzbəüz görüşü olacaq.
Bu barədə "TASS"a Ankaranın diplomatik dairələrindəki mənbə bildirib.
"Üzbəüz görüşlər həmişə telefon danışıqlarından daha məhsuldar olur. Bu, Türkiyə prezidenti ilə Ermənistanın baş naziri arasında gözlənilən danışıqlara tamamilə aiddir. Praqada həm Ankara ilə Yerevan arasında münasibətlərin normallaşdırılması məsələsində, həm də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasında irəliləyiş əldə oluna bilər", - deyə qeyd olunub. //Trend//