Kremlin Paşinyan üçün köhnə ssenarisi, Qarabağda “vəzifə” oyunu və gözlənilən hərbi əməliyyat - NƏ BAŞ VERİR?
Tarix: 6-10-2022, 08:13 | Çap et
Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ bölgəsindəki separatçı qondarma qurumun “dövlət naziri” Artak Beqlaryan bir müddət öncə ərazilərimizə köç edən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanla əvəz olunur. Belə ki, terrorçu qurumun rəhbəri Arayik Arutunyan “Facebook” səhifəsində “çox vacib qərar” verdiyi barədə yazıb. Terrorçubaşı bildirib ki, Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçən rusiyalı milyarder Ruben Vardanyana “dövlət naziri vəzifəsi”ni təklif edib.
“Mən xeyriyyəçi, böyük təcrübə və biliyə malik ictimai xadim Ruben Vardanyana “dövlət naziri vəzifəsi”ni tutmağı təklif etmişəm. Və ona “qərarlar” qəbul etmək, onları həyata keçirmək üçün geniş “səlahiyyətlər” verməyə hazıram. Mövcud çağırışları nəzərə alaraq, hesab edirəm ki, milli səyləri birləşdirmək lazımdır”, – deyə Arutunyan bildirib.
Vardanyanın bir müddət əvvəl Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köç etməsinə münasibət bildirən əksər analitiklər qeyd etmişdilər ki, bu Rusiyanın layihələrindən biridir. Ehtimal edilirdi ki, milyarder əvvəlcə Qarabağdakı separatçı qurumun “rəhbərliyinə” gətiriləcək, daha sonra Xankəndidən İrəvana, Ermənistan hakimiyyətinin başına transfer ediləcək. Arutunyanın “dövlət naziri” təklifi artıq ehtimalları bir qədər də gücləndirmiş olur.
DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı AYNA-nın suallarını beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Vardanyan fiquru ilə oyun oynamaq Rusiyanın Qarabağda siyasi gedişidir:
-Vardanyan vasitəsilə Rusiya proseslərdə qalmaq istəyir. Eyni zamanda, gələcək ssenarilərdə Rusiyanın iştirakçılığınlı təmin etmək istəyir. Kreml həm Azərbaycana, həm də Ermənistana təsir və təzyiqlərini saxlamaq üçün Rusiya kəşfiyyatına bağlı olan Vardanyan Qarabağda “vəzifəyə” gətirir. Proses də kəşfiyyata bağlı digər şəxsin, Arutunyanın əli ilə həyata keçirilir. Məqsəd də dediyim kimi, bölgədə təsir imkanlarını saxlamaq, fakt formalaşdırmaqdır. Vardanyanın kifayət qədər maliyyəsi var. Ona pul xərclədərək Qarabağda ermənilərin qalmasını stimullaşdırmaq istəyirlər. Görünür ki, vardanyan həmçinin Arutunyanın əvəzedicisi kimi görülür. Demək olar ki, Rusiya ssenarisini həyata keçirməyə başlamış kimi görünür.
Maraqlı məqamlardan biri də odur ki, Arutunyan da, Vardanyan da Rusiya və digər xarici ölkələrin kəşfiyyatına bağlı olsalar da, Azərbaycana qarşı mövqedə vahiddirlər.
- Belə fikirlər var ki, Vardanyan Qarabağdan Ermənistan hakimiyyətinin başına transfer olunacaq. Rusiya bu şəxsi Paşinyanın əvəzedici kimi görə bilərmi?
- Ermənistanda ehtimal olunan hakimiyyət dəyişikliyi ilə bağlı bir neçə alternativ var. Nəzərə alsaq ki, bu gün erməni müxalifətinin əsas avanqardı Kremlə bağlı, Rusiya kəşfiyyatının yetişdirdiyi sabiq Prezident Robert Köçəryandır. Paşinyan devriləcəyi təqdirdə hakimiyyətə Köçəryanın gəlməsi əsas ehtimaldır. Amma Rusiya Ermənistanda hakimiyyət dəyişikliyində istifadə etmədiyi qüvvələrdən istifadə etmək istəyirsə, təmiz səhifə açmağı nəzərdə tutursa, Vardanyanı irəli sürə bilər. Yəni onun İrəvana transferi istisna sayılmaz.
- Yəni Rusiya Paşinyanı bu vasitə ilə cəzalandıracaq...
- Hesab edirəm ki, 1999-cu ildəki ssenarinin təkrarlanma ehtimalı daha çoxdur. Hazırda Paşinyan hakimiyyətinin ciddi şəkildə cəzalandırılması məsələsi Moskvanın gündəmindədir. Rəsmi İrəvanın ənənəvi partnyorluğa xəyanət erməsi, yüzillik münasibətlərə kölgə salması ciddi cəzasız qalmayacaq. Düşünmürəm ki, İrəvanın Razdan meydanında Putinin fotolarının yandırılması, Rusiya bayraqlarının ayaqlar altına atılması cəzasız qalacaq. Güman ki, Paşinyanı 1999-cu ildəki hadisələr gözləyir. Amma hakimiyyətə kimin gələcəyini demək çətindir. Vardanyan da Ermənistanın başına keçə bilər, Köçəryan da qayıda bilər. Eyni zamanda, paşinyanın komandasında olmuş, hazırda müxalifətdəki fiqurlar da hakimiyyət üçün nəzərdə tutula bilər. Yaxud da, hazırda həbsxanada olan sabiq müdafiə naziri David Tonoyan var. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistanda hakimiyyəti dəyişdirməyə nə qədər gücü varsa, Qərbin də Tonoyan kimi alternativi var. Hesab edirəm ki, Paşinyan devrilərsə, Qərb də öz növbəsində Tonoyanı irəli atacaq ki, bu, Tonoyan-Köçəryan, yaxud Tonoyan-Vardanyan münaqişəsi müşahidə ediləcək.
- Xankəndidə separatçıların “vəzifə oyunu”na Azərbaycanın reaksiyası necə olacaq və necə olmalıdır?
- Azərbaycanın mövqeyi bəllidir. Birinci şəxsin dilindən dəfələrlə bildirilib ki, qəti mövqe Azərbaycanın ərazi bütövlüyüdür. Hesab edirəm ki, Prezident İlham Əliyevin son bəyanatları – “heç kəsdən məsləhət almayacağıq” kimi açıqlamalar həm də Rusiyaya mesajdır. İlin sonunadək proseslərdə bir aydınlanma olacaq. Ukraynada Rusiyanın başına nələrin gələcəyi Qarabağdakı ermənilərin taleyi baxımından da önəmlidir. Eyni zamanda, ABŞ-da noyabrda keçiriləcək seçkilərin də məsələyə öz təsiri olacaq. Azərbaycanın indiki məqamda Rusiyaya hansısa ciddi iradlarının olacağı gözləniləndir. Artan hərbi ritorika, o cümlədən də İranın hədələri, İsrailin müdafiə nazirinin Bakıya səfəri, türkiyə milli müdafiə nazirinin səfəri – bunlar deməyə əsas verir ki, bölgədə hərbi əməliyyatların baş vermə ehtimalı çox yüksəksir.
- Yeri gəlmişkən, Ermənistanın növbəti təxribata hazırlaşdığı barədə də məlumatlar var...
- Düşünürəm ki, Qafqaz beynəlxalq mübarizənin mərkəzinə çevriləcəksə, bizim hərbi əməliyyat keçirmək kimi üstünlüyümüz var. Azərbaycan əməliyyatı Qarabağ üzərindən yox, onun alternavininin üzərindən etmək istəyir. Ermənistanın Paşinyanın həyat yoldaşına məxsus media orqanında yayılan iddialardan da görmək mümkündür ki, bizim niyyətimiz nədir. Bu niyyət revanşın da qarşısını alır, bütövlükdə ermənilərin imkanlarını da məhdudlaşdırır. Belə bir məsəl var: sən ərazinin içərisindəki hansısa əməliyyatların qarşısını almaq istəyirsənsə, digər ölkənin torpağındakı uzantından imtina etmək məcburiyyətindəsən.
Bu arada, biz sabaha planlaşdırılmış Ərdoğan-Paşinyan görüşünün müsbət nəticələrini görə biləcəyik. Təəssüf ki, buna paralel olaraq Ermənistan Azərbaycanı “təcavüzkar” kimi göstərmək niyyətindədir və bu kampaniyanı aparır. Bununla yanaşı, nazirlərin görüşü, rəsmilərin təmasları, ABŞ-ın vasitəçiliyi ilə telefon danışıqları onu deməyə sas verir ki, xeyli məsafə qət edilib. Bunun da müsbət nəticəsi kimi 17 erməni əsgərinin Ermənistana qaytarılmasını göstərmək olar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
• Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23 |
|
|
|
• "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21 |
|
|
|
• Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16 |
|
|
|
• Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15 |
|
|
|
• Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13 |
|
|
|
• Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11 |
|
|
|
• Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10 |
|
|
|
• Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08 |
|
|
|
• Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00 |
|
|
|
• Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56 |
|
|
|
• Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53 |
|
|
|
• Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52 |
|
|
|
• "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51 |
|
|
|
• Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43 |
|
|
|
• Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24 |
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
|