Paşinyanı Astanada çətin anlar gözləyir - Ekspert danışır
Tarix: 13-10-2022, 08:31 |
Çap et
DİA.AZ: - "Əliyev və Ərdoğan Astanadadır, Paşinyan və Putin də gələcək". DİA.AZ bildirir ki, bunu Qazaxıstanın paytaxtı Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası ilə bağlı baş tutacaq görüşləri şərh edərkən politoloq Asif Nərimanlı qeyd edib.
"ŞƏT-in toplantısında dördtərəfli görüş, yaxud qeyri-rəsmi danışıqlar imkanı yaranmışdı, lakin Nikol son anda Səmərqəndə getməkdən imtina etdi, əvəzində Praqaya getdi" deyən politoloq Astanadakı durumu bu cür şərtləşdirib:
"Paşinyan;
- Avropada “güclü tərəf” kimi görünməyə çalışırdı, xüsusilə dördtərəfli görüşdə “üçün birə fotmatı” özünü rahat hiss etmək imkanı vermişdi;
- Eyni rahatlığı Astanada çətin əldə edər, çünki Praqada Makronun Paşinyan üçün oynadığı “qalxan” rolunu Astanada heç kim üzərinə götürməyəcək, ilk növbədə də Putin;
- Erməni baş naziri heç də xoş gün gözləmir".