Somalinin paytaxtında baş vermiş partlayışa görə məsuliyyəti "Əl-Qaidə"yə bağlı "Əş-Şabab" qruplaşması öz üzərinə götürüb. Trend İTAR-TASS-a istinadən xəbər verir ki, bu gün Moqadişoda "Cəzirə" hotelinin yaxınlığında üç partlayış qeydə alınıb. Nəticədə azı 11 nəfərin həlak olduğu bildirilir.