Moskva və Sankt-Peterburq miqrantlar üçün ən təhlükəli şəhərlərdir
Tarix: 7-01-2014, 10:16 |
Çap et
Moskva və Sankt-Peterburq, immiqrantlar üçün ən təhlükəli şəhərlər seçilib. ANS PRESS-in "Amerikanın Səsi"-nə istinadən verdiyi məlumata görə, 2013-cü ildə Rusiyada irqçilərin hücumu nəticəsində 20 miqrant öldürülüb, 173 nəfər isə yaralanıb.
Verilən məlunmata görə, Mərkəzi Asiyadan gələn 13 miqrant qətlə yetirilib, 39-u isə yaralanıb, Şimali Qafqazdan 3 nəfər ölüb, 26 nəfər yaralanıb.
Məlumatlarda qeyd olunub ki, zorakılıq nöqteyi-nəzərindən Moskva və Sankt-Peterburq ən təhlükəli hesab olunur.
Bundan başqa, miqrantlara qarşı Lipetsk, Çelyabinsk, Moskva və Sverdlovskda da çoxlu hücumların təşkil edildiyi bildirilir: "Əvvəlki illərlə müqayisədə onların arasında zərərçəkənlərin miqdarı əhəmiyyətli dərəcədə artıb."