Türkiyə NATO və Rusiya arasında: Ankara kimin maraqlarını önə çəkir? - İNCƏLƏMƏ...
Tarix: 24-12-2022, 10:03 | Çap et
Türkiyə NATO üzvü olsa da, alyansla bir çox mövzudakı inciklikləri mövcuddur. Ankaranın xarici siyasət kursundakı NATO gündəliyi nahamar müstəvidə inkişaf edir. Problemlərə baxmayaraq, Türkiyənin böyük strategiyasının mərkəzində NATO xüsusi yer tutur. Elə bu səbəbdəndir ki, Ankaranın Moskva ilə əməkdaşlıq sferasını genişləndirməsi alyansı sancılandırır. Normaldır, çünki NATO da Türkiyəyə ehtiyac duyur və özünün aydın əlamətlərlə girə bilmədiyi regionlara Ankara vasitəsilə soxulmağa can atır. Ankara geosiyasi proseslərdə strateji tarazlaşdırıcıdır Onu da nəzərə almaq lazımdır ki, Türkiyə NATO-nun Rusiya və Çin ilə rəqabətində bufer zonasıdır. Hətta yeri gələndə Ankara NATO üçün elçilik edərək Moskva ilə münasibətlərdə tarazlaşdırıcı missiya ilə çıxış edir. Ankaranın belə gizli missiyası onu Avropa və Asiyanın kəsişməsində qlobal güc olmasına münbit zəmin yaradır. Elə buna görədir ki, Türkiyə sürətlə regional çərçivələri aşıb qlobal oyunçu statusu qazanmağa namizəd rolundadır. Bu istiqamətdə Ankaraya Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında baş verən hadisələr stimullaşdırıcı dəstək verir. Türkiyənin bu iki ərazi ilə yanaşı digər regionlarda da oyunçuluq bacarıqlarını inkişaf etdirməsi Rusiyaya da, NATO-ya da sərf edir. Elə isə sual olunur: Türkiyə daha çox hansının maraqlarını təmin edir? Hesab etmək olar ki, bu, regionun xarakterindən asılı olaraq dəyişir. Lakin Türkiyə müvazinətini maksimal saxlamaqla təhlükəli böyük planların ortasında qalmaqdan kənarlaşır. Türkiyə Rusiya-NATO qarşıdurmasından və onun mümkün nəticələrindən özünün milli maraqlarını inkişaf etdirmək üçün istifadə edir. Məsələn, Cənubi Qafqaz regionunda Ankara çəkisini Rusiya vasitəsilə artırır, atdığı addımların nəticələri isə NATO-nun xeyrinə işləyir. Cənubi Qafqazda Türkiyənin təsirinin artması Azərbaycanın marağındadır Türkiyənin çəkisinin Cənubi Qafqaz üzərində böyüməsi Azərbaycanın hədsiz marağındadır, çünki Ankara regional təhdidlərin önündə dayanmaq üçün böyük potensiala sahibdir. Türkiyə Cənubi Qafqazda strateji maraqlarının təmini üçün Rusiya ilə əməkdaşlıq formatına üstünlük verir, çünki Moskvanın region üzərindəki nəfəsi kəsilməyib və Qərb hələ də ofsaydda qalmaqda davam edir. Ankara isə gözləmək niyyətində deyil, çünki qlobal toqquşmalardan qopan qəlpələrin ona dəymək risklərini hesablayır, buna görə də qonşu regionlarda hansısa formada möhkəmlənməyi qarşıya məqsəd qoyur. Cənubi Qafqazda Türkiyə üçün uyğun format Azərbaycanla dərinləşən strateji müttəfiqlik əlaqələrini Rusiyaya qarşı cəbhə kimi inkişaf etdirməməkdir. Lakin Ankaranın Bakıya dəstəyi də Moskvadan əsən küləklərin xəfiflədilməsində mühüm çəki qazanır. Cənubi Qafqazda Azərbaycanla Türkiyəni narahat edən digər məsələ Gürcüstan-Rusiya gərginliyidir. Bakı ilə Ankara Tbilisinin təhlükəsizlik zolağında mövqelənməsi üçün çalışır və bu amil Kremli Gürcüstana hansısa məqamda hərbi müdaxilə etməkdən çəkindirir. Yəni başıbəlalı və taleyində qara səhifələr çox olan bu regionda göründüyündən də artıq problemlər mövcuddur, Azərbaycanın Qarabağ münaqişəsini həll etməsi ilə Türkiyənin regiona gəlişi xoşagələn presedentlər üçün həlledici amil sayıla bilər. Gürcüstan amili Azərbaycan-Türkiyə-NATO üçbucağında kanalların açıq qalması üçün bir mövzudur, çünki Şimali Atlantika Müqaviləsi Təşkilatı Cənubi Qafqazda Tbilisini öz bucağı altına çəkə bilib. Göründüyü kimi Türkiyənin həm Qərblə, həm də Rusiya ilə mübahisələri, fikir ayrılıqları olsa da, bir-birinə əks qütbə dayanan oyunçular Ankara ilə bağlı xarici siyasət gündəminə praqmatik ideyaları gətirməyə məcburdurlar. Rusiya və NATO-nun TDT-yə olan marağı Rusiya və NATO-nu cəlb edən digər platforma Türk Dövlətləri Təşkilatıdır və onların hər ikisi bu qurumu regional güc kimi dəyərləndirdiyindən ondan müdafiə zolağı kimi yararlanmaq prioritetləri üzərində işləyirlər. TDT-nin hansı strateji şüurla – Avroatlantik, yoxsa Avrasiyaçı – inkişaf edəcəyi suallar yaratsa da, hesab edirik ki, Türkiyə onu məhz öz proqramı çərçivəsində, yəni “həm Rusiya, həm də Qərb” modeli ilə meydana atmağı hədəfləyir. Sadəlikdən mürəkkəbliyə doğru yön aldıqca, ortaya digər bir fərqli oyunçu olan Çinin çıxdığını görürük. Pekin də TDT-dən maksimal faydalar götürməkdə israrlı olduğu üçün onun Mərkəzi Asiyadakı maraqları Cənubi Qafqazdakı prioritetləri ilə düz mütənasib şəkildə qurulur. Azərbaycanla Türkiyə NATO üçün rəqib, Rusiya üçün mehriban düşmən olan Çinin maraqlarının artmasından narahatlıq keçirmir. Çünki Pekin regiona ərazi təhdidləri gətirmir və iqtisadi prioritetlərlə əməkdaşlıq təklif edir. Uzaq perspektiv üçün proqnoz Rusiya-Ukrayna müharibəsinin gedişatı və hesablanan nəticələri digər oyunçuların maraqlarını redaktə etməsinə gətirib çıxaracaq. Lakin Türkiyənin Moskva ilə əməkdaşlıq xəttini sarsıdacağı real görünmür. Cənubi Qafqaz bölgəsində hələ uzun illər Rusiya-Türkiyə birgə prioritetləri ilə proseslər inşa ediləcək. Əgər Ukraynadakı müharibədən Moskva məğlub çıxsa, onun bu regionda təsir imkanları zəifləyəcək. Bu zaman Türkiyə strateji dərinliklərdə NATO-nun regionda möhkəmlənməsinə şərait yaradacaq. Ancaq NATO daxilində Türkiyəyə heç də xoş münasibət bəsləməyən ölkələr olduğundan Ankara alyansın maraqlarının təminində üzərinə düşən limiti aşmayacaq. Aqşin Kərimov, "Kaspi"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|