Erməni əsgərlərini tövlədə diri-diri yandıran korrupsiya: - “Hamı oğurluq edir”
Tarix: 21-01-2023, 09:01 | Çap et
Yanvarın 19-na keçən gecə Ermənistanın Qeqarkunik rayonunun Azat kəndində hərbi mühəndis-istehkamçılar bölüyünün kazarmasında yanğın olub və nəticədə 15 erməni hərbçisi diri-diri yanıb. Bir neçə nəfər isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib ki, onlardan vəziyyəti ağır olanlar var. Erməni mediasının məlumatına görə, hadisə ehtiyyatsızlıqdan baş verib.
Hadisə ilə bağlı müxtəlif versiyalar var. Medianın yazdığına görə, həmin gün Ermənistan Prezidenti Vaaqn Xaçatryan 2-ci Ordu Korpusunun komandiri Vahram Qriqoryanı vəzifəsindən azad edib, daha bir neçə hərbi rəhbər isə Müdafiə Nazirliyi rəhbərinin əmri ilə vəzifəsindən azad edilib. İddia olunur ki, hadisə bu qərarlarla bağlıdır və qəsdlə törədilib.
Bildirilir ki, hadisə kazarmada olan benzin çəninin aşması nəticəsində baş verib. Bildirilir ki, əsgərlər kazarmanı isitmək üçün salyarka sobasına benzin tökürmüşlər. Ölən əsgərlərin tağım komandiri isə bunu “yalnız versiya” adlandırıb. Onun sözlərinə görə, əsgərlərə isinmək üçün odun və kömür verilib, həmin axşam otaqda benzin olmayıb.
Ermənistanın hərbi prokuroru Qriqor Elizbaryan isə onunla razılaşmayaraq qeyd edib ki, yanğın yerində içərisində benzin olan kiçik çənlər aşkar edilib. Prokuror hərbi hissəyə pilotsuz uçuş aparatı ilə zərbə endirilməsi versiyasını rədd edib.
Erməni cəmiyyəti hadisəyə görə hakimiyyəti və Müdafiə Nazirliyini günahlandırır. Sosial şəbəkələrin erməni seqmentində baş verən hadisə Ermənistan Müdafiə Nazirliyinin məsuliyyətsizliyi və nazirlikdəki korrupsiyanın tüğyan etməsi ilə əlaqələndirilib.
Ermənilər hakimiyyətin ünvanına sual ünvanlayırlar: “müdafiə sistemimiz niyə belə acınacaqlı vəziyyətdədir? Hərbçilərimizin yerləşdiyi yerlərdə niyə belə pis şərait var? Əsgərimiz niyə ötən əsrdən qalmış salyarka peçindən istifadə edərək qızınırlar?”.
DİA.AZ AYNA-ya istinadla xəbər verir ki, hadisə ilə bağlı danışan erməni analitik Tevos Arşakyan da hakimiyyəti tənqid edib və bildirib ki, ordu korrupsiya içərisindədir: “21-ci əsrdir, bizim əsgərlər otaqları salyarka sobası ilə qızdırırlar. Hərbi hissələrin bütün kazarmalarını, yaşayış məntəqələrini qaz sobası ilə deyil, heç olmasa, odun sobası ilə təchiz etməyə dövlətimizin vəsaiti yoxdurmu? Təbii ki, vəsait var. Məsələn, 2022-ci ildə müdafiə büdcəsinə 360 milyard dram vəsait ayrıldı ki, bunun da müəyyən hissəsi hərbi obyektlərdə təhlükəsizliyin təmininə, kazarmaların, döyüş mövqelərinin, sığınacaqların tikintisinə getməli idi. Bu pul hara getdi? Pulların həm Müdafiə Nazirliyinin rəhbərliyinin, həm də generalların cibinə girdiyi tamamilə açıq-aşkar görünür. Birbaşa hərbi hissələrə gələnləri də kiçik komandirlər, rəislər, arxa cəbhə rəisləri taladılar. Ona görə də hərbi hissələrdəki mövcud vəziyyət, Seyran Ohanyanın dövründə baş verənlərdən çox da fərqlənmir. Hansı ki, Ohanyanın zamanında irimiqyaslı korrupsiya Müdafiə Nazirliyinin, ordu korpuslarının və hərbi hissələrin bütün idarələrinə nüfuz etmişdi”.
“Bizim generallar 7-8 il əvvəlkinə baxanda bu gün yoxsullaşıblar? Onların lüks avtomobil parkları boşdur? Yoxsa Ermənistanda özlərinə villa tikməkdən, xaricdə villa almaqdan əl çəkiblər? Əlbəttə ki, yox - oğurluğun miqyası demək olar ki, eyni qalıb. Əks halda, keçmiş müdafiə naziri David Tonoyan indi müttəhimlər kürsüsündə oturmazdı”, - deyə Arşakyan əlavə edib.
Analitik həmçinin qeyd edib ki, baş verən hadisənin irimiqyaslı korrupsiya və mənimsəmələrdən başqa bir neçə başqa səbəbləri də var: “Bu hadisə həm də onu görstərdi ki, komanda heyətinin, yanğın təhlükəsizliyinə cavabdeh olan xidmətlərin qeyri-mütəşəkkilliyi, ləngliyi, səliqəsizliyi var. Onlar hərbçilərin bu soyuq havada binalarını nə və necə qızdırdıqlarını görmürdülər? Təbii ki, görürürlər, amma buna göz yumurlar. Çünki hamı oğurluq edir. Bəs baş verənlərə görə yalnız ordu korpusunun komandiri günahkardır? Təbii ki, yox, çünki o, sadəcə olaraq bu korrupsiya zəncirinin aralıq halqasıdır”.
“Normal demokratik ölkədə - və məlum olduğu kimi, Ermənistan 2018-ci ilin yazından özünü belə dövlət sayır - belə faciələr baş verərsə, Müdafiə Nazirliyinin bütün rəhbərliyi istefa verir. Amma bizim müdafiə nazirimiz Suren Papikyan ölənlər, onların yaxınları və nəhayət, ölkə qarşısında günahını yumaq üçün istefa ərizəsi yazmağı ağlına belə gətirmədi. Paşinyan isə hökumətin iclasında bu faciəyə görə naziri və Baş Qərargah rəisini günahlandırmadı”, - ekspert vurğulayıb.
Arşakyan deyib ki, ölkə rəhbərliyi erməni əsgərlərinə mal-qara kimi yanaşır: “Hökumətimiz, Müdafiə Nazirliyimiz, generallarımız ölkəni müdafiə edən hərbçilərə normal, təhlükəsiz qızdırıcı qurğunu yaraşdırmır, onlara mal-qara kimi yanaşırlar. Azat kəndindəki mühəndis-istehkamçıların yanan kazarması mal tövləsindən fərqlənmir. Hakimiyyət isə bizə yorulmadan nağıl danışır ki, hərbçilərimizin növbətçi olduğu döyüş mövqeləri səhra mətbəxi və hamamla təchiz olunub. Paşinyanın hərbi ilə bağlı reklam kampaniyasını xatırlayın. Deyirdi ki, hakimiyyət hərbi qulluqçuların qidasının keyfiyyətinin yaxşılaşdırılmasına böyük diqqət yetirir. Hətta guya əsgərlərə çiyələk də yedizdirirlər. Bəs korrupsiya sxemi? Yoxsa əsas odur ki, əsgərin çiyələk yediyini əks etdirən şəkillər var?”.
“Orduya çiyələk və quru şkaf almaqdansa, qızdırıcı avadanlıq alsalar, daha yaxşı olardı. 2020-ci ilin İkinci Qarabağ müharibəsində oğlunu itirən bir ananın sözləri yadıma düşür: “Oğullarımıza çiyələk yedizdirdilər, sonra da öldürdülər”. Təəssüf ki, bu gün də heç nə dəyişməyib. Hərbçilərin döyüşdə həlak olması başadüşüləndir. Ancaq bölmələrin zəif təchiz olunması səbəbindən bir anda 15 hərbi qulluqçu ölürsə, bu, dəhşətdir, cinayətdir. Ən əsası isə 15 hərbçimizin ölümündə əsl günahkarların əziyyət çəkəcəyinə inanmıram”, - Arşakyan fikrini tamamlayıb.
Sosial şəbəkələrdə erməni fəallar, ictimai şəxslər bu hadisənin ordudakı xaosun, özbaşnalığın, korrupsiyanın tüğyan etməsi ilə əlaqələndirir və hakimiyyəti sərt tənqid edirlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|