Ukraynadan Ermənistana silah daşına bilərmi? - AKTUAL
Tarix: 24-01-2023, 11:59 | Çap et
Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın açıqlaması Azərbaycan mediasında geniş əks-səda doğurub. Hovakim Arutyunyan bunları deyib: “Biz (Ukrayna erməniləri) Ermənistana kəşfiyyat məqsədilə istifadə olunan pilotsuz uçuş aparatlarını göndərmişik. Mən təyyarələrlə göndərənləri tanıyıram. Bu hərbi texnika Varşava-İrəvan reysi ilə aparılır. Buradan, Ukraynadan ordumuza çoxlu kömək göndərilir. Təsəvvür edin, bizdə müharibə var. Amma bizim ermənilər Ermənistana kömək edə bilir, Ukrayna tərəfindən vuruşan hərbçilərmiz Ermənistandakı qardaşlarına pilotsuz uçuş aparatları göndərə bilirlər”. Rusiya ilə müharibə aparan Ukraynadan Ermənistana pilotsuz uçuş aparatları göndərilə bilərmi? Ukraynanın daha çox pilotsuz uçuş aparatlarına ehtiyacı var. Ukraynanın bu aparatları əsas tədarük etdiyi ölkə Türkiyədir. İki ölkə arasında pilotsuz uçuş aparatlarının birgə istehsalıyla bağlı razılaşma var. Ukrayna ABŞ-dan da pilotsuz uçuş aparatları əldə edir. Ukrayna prezidenti Volodimir Zelenski bütün açıqlamalarında Qərb ölkələrindən hərbi texnika istəyir. Çünki Ukraynanı hərbi texnikası və döyüş sursatları azalır, pilotsuz uçuş aparatlarının bir hissəsi döyüşdə neytrallaşdırılır. Bunların yeri doldurulmalıdır. Digər tərəfdən Ukraynanın Azərbaycanla tərəfdaşlıq münasibətləri var. Kiyev Ermənistanı Rusiyanın strateji müttəfiqi kimi qiymətləndirir. Bu baxımdan Ermənistana silah və ya pilotsuz uçuş aparatları göndərmək Ukraynanın milli və təhlükəsizlik maraqlarına ziddir. Buna baxmayaraq, Ukrayna Erməniləri İttifaqının icraçı direktorunun açıqlaması araşdırılmalıdır. Ukraynada müharibə başlayana qədər təxminən 500 min erməni yaşayırdı. Ukraynada yaşayan bir qrup erməni böyük maliyyə imkanlarına malik idi. Həmin ermənilərin korruspiya yoluyla Kiyevdə hansısa məmurları ələ alaraq Ermənistana pilotsuz uçuş aparatları göndərməsi istisna deyil. Ukraynadakı ermənilərin ən tanınmış nümayəndəsi uzun illər daxili işlər naziri işləmiş Arsen Avakovdur. O hazırda dövlət vəzifəsi tutmasa da, əlaqələri genişdir. Ukraynadan pilotsuz uçuş aparatlarının Ermənistana çatdırılması üçün bir neçə mərhələ keçilməlidir. Birinci mərhələdə həmin aparatlar anbarlardan oğurlanmalıdır. İkinci mərhələdə oğurlanan aparatlar gizli yolla Ukrayna-Polşa sərhədindən keçirilməlidir. Üçüncü mərhələdə isə oğurlanan və Polşaya gizli yollarla çatdırılan aparatlar yenə gizli yolla Varşava-İrəvan təyyarı reysrlərinə yüklənməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi xətti ilə Kiyevə və Varşavaya müraciət edilməli, Ukrayna və Polşa rəsmilərinin məsələyə münasibəti öyrənilməlidir. Ukrayna kimi Polşa da Azərbaycanın tərəfdaşıdır və Ermənistana silah göndərmək Polşanın da milli və təhlükəsizlik maraqlarına ziddir. Ukrayna Erməniləri İttifaqının icraçı direktorunun “biz Polşa üzərindən Ermənistana silah göndəriririk” açıqlaması informasiya müharibəsinin tərkib hissəsi də ola bilər. Məqsəd Azərbaycanın tərəfdaşları olan Ukrayna və Polşa ilə münasibətlərini gərginləşdirməkdir. Ukrayna erməniləri hipotetik olaraq Ermənistana pilotsuz uçuş aparatları göndərirlərsə, məntiqlə bunu açıqlmamalıdırlar. Çünki bu açıqlamadan sonra Ukraynadan Ermənistana dronların çatdırılması ya mümkün olmayacaq, ya də xeyli çətinləşəcək. Yəni “biz Ermənistana pilotsuz uçuş aparatları göndəririk” açıqlamasının ermənilərə zərəri faydasından çoxdur. Ermənistan hakimiyyətinin, Qarabağ separatçılarının və dünyadakı erməni lobbisinin məqsədi Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərini gərginləşdirməkdir. Bunun qarşısını yalnız fəal diplomatiya və təxribat xarakterli məlumatların vaxtında dəqiqləşdirilməsi ilə almaq mümkündür. “Atlas” Araşdırmalar Mərkəzi - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Dünən, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
|