Çeçenistan prezidenti türkiyəli məşhuru öldürtmək istəyib? ŞOK İDDİA
Tarix: 16-01-2014, 11:47 |
Çap et
FaktXəbər-in verdiyi məlumata görə, Türkiyədə fəaliyyət göstərən İHH humanitar yarım təşkilatının rəhbəri Bülənt Yıldırımı öldürmək üçün Çeçenistandan 5 nəfərlik xüsusi dəstə ölkəyə daxil olub. Bu barədə ictimaiyyətə təşkilatın rəhbəri Bülənt Yıldırım özü məlumat verib. O, bildirib ki, təşkil ediləcək sui-qəsdlə Türkiyədə xaos yaratmaq istəyirlər.
Kəşfiyyat Xidmətinə istinadən yayılan məlumata görə, İHH rəhbərinə qarşı sui-qəsdin arxasında Çeçenistan prezidenti Ramzan Kadırov dayandığı iddia edilib. Türkiyəyə 3 ayrı ölkədən daxil olan xüsusi dəstəyə isə "Belzharayev M" adlı şəxsin rəhbərlik etdiyi açıqlanıb.
Şəxsiyyəti və fotoşəkili təsbit edilən dəstə üzvləri artıq Türkiyə ərazisində axtarışa verilib.