Rusiyanın Ermənistandakı bazasında helikopter eskadrilyası yaradılıb
Tarix: 17-01-2014, 12:31 |
Çap et
Rusiyanın Cənub Hərbi Dairəsində (CHD) Ermənistanda tapşırıqların yerinə yetirilməsi üçün Mi-24P, Mi-8MT, Mi-8SMV helikopterlərini daxil olduğu ordu aviasiya eskadrilyası formalaşdırılıb.
ANS PRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın CHD-nin mətbuat xidməti məlumat yatıb.
Məlumatda deyilir: "Ermənistan Respublikasının Erebuni hərbi aerodromunda yerləşdirilmiş Rusiya aviasiya hərbi bazasında Hərbi Hava Qüvvələri komandanlığının ordu aviasiyasının eskadrilyası formalaşdırılıb".
CHD-dən aydınlaşdırılıb ki, əvvəllər Ermənistanda CHD-nin aviasiya qruplaşması MDB-nin Hava Hücumundan Müdafiəsinin birləşdirilmiş sisteminin xeyrinə hava hücumuna qarşı müdafiə üzrə döyüş tapşırıqlarını yerinə yetirən MiQ-29 qırıcılarının eskadrilyasından ibarət idi.
Məlumatda bildirilir ki, eskadrilyanın yaradılması ilə "onu Ermənistan Respublikasının ərazisindəki qoşunların və Rusiya hərbi bazasının şəxsi heyətinin daşınması ilə bağlı məsələlərin geniş dairəsinin həllinə cəlb etmək planlaşdırılır".