“ABŞ sona qədər Ukraynaya dəstək verəcək və Rusiyaya heç bir güzəşt olmayacaq” - Ekspert danışır
Tarix: 21-02-2023, 14:58 | Çap et
2014-cü ildən davam edən Rusiyanın Ukraynaya qarşı təcavüzkar həmlələri ötən ilin fevral ayının 2d-dən aktiv fazaya qədəm qoyub. Bu tarixdən etibarən Rusiya Ukraynanı işğal etməyə başlayıb. Putin administrasiyası ehtimal edirdi ki, qısa müddət ərzində paytaxt Kiyevi tutacaq və bununla da Ukraynaya nəzarət təmin olunacaq.
Hətta keçmiş Prezident Viktor Yanukoviçin yenidən iqtidara gətirilməsi də öncədən hazırlanmış ssenarinin tərkib hissəsi idi. Lakin Moskva öz istəyinə nail olmadı. ABŞ, Böyük Britaniya və Avropa ölkələri Ukraynaya dəstək göstərdi, Rusiyaya qarşı isə tarixdə görünməmiş səviyyədə embarqolar tətbiq edildi.
Müharibənin başlamasının ildönümü ərəfəsində ABŞ Prezidenti Co Bayden gözlənilmədən Kiyevə gəlib. Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevin Mixaylovsk kilsəsində görüşən Amerika lideri ölkədəki vəziyyətlə yaxından tanış olub.
ABŞ-da yaşayan azərbaycanlı siyasi şərhçi Azər Aslanlı AYNA-ya müsahibəsində mövzuya dair fikirlərini bölüşüb. DİA.AZ həmin müsahibəni təqdime dir:
- Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün ildönümü ərəfəsində Bayden Kiyevə qəfil səfər etdi. Sizcə, Amerika liderinin bu gözlənilməz səfəri nə ilə bağlıdır və hansı nəticələrə səbəb olacaq?
- Bir neçə gün öncə Ağ Evin Ukraynaya davamlı dəstəyi ilə bağlı ABŞ-da sosioloji sorğu keçirildi. Soğruda iştirak edən respondentlərin çoxu Bayden administrasiyasının Ukraynaya dəstəyini təqdir etdi. Düzdür, ötən aylarla müqayisədə bu dəfə Ukraynaya dəstəkdən yana olanların sayı nisbətən az idi. Lakin çoxluq hələ də ABŞ-ın Ukrayna ilə bağlı siyasətini dəstəkləyir. Məlumdur ki, gələn ilin payızında ABŞ-da növbəti Prezident seçkiləri keçiriləcək.
Sabiq Prezident Donald Tramp xələfinin Ukrayna siyasətini kəskin tənqid edir. Hətta iddialar da mövcuddur ki, Tramp seçkilərdə yenidən qələbə qazansaydı, bu müharibə olmayacaqdı. Çünki Amerika Rusiyanın istəklərini yerinə yetirəcəkdi. Bayden inaqurasiya mərasimi zamanı elan etdi ki, ölkəsi demokratiyaya dəstəyini davam etdirəcək. ABŞ-ın xarici siyasət kursunu da gücləndirəcəyinə dair vədlər verdi. Belə bir xüsusda Baydenin Kiyevə qəfil səfəri gözlənilən idi. Bundan öncə digər dövlətlərin başçıları da Kiyevə səfərlər ediblər.
Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson müharibənin ən qaynar vaxtlarında bir neçə dəfə Kiyevə səfər edib. Baydenin səfərinin əsas məqsədi Vaşinqtonun sona qədər Ukraynaya dəstək verəcəyini dünyaya nümayiş etdirməkdir. Eyni zamanda Rusiyaya heç bir güzəştin olmayacağı xatırlatmaqdır. Ukrayna Prezidenti Volodimir Zelenskinin də ABŞ-a səfəri okeanın o tayında böyük coşqu ilə qarşılandı. Hesab edirəm ki, bu cür səfərlər davam edəcək və Ukraynanın beynəlxalq reputasiyası daha da güclənəcək.
- Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzə başlamasından bir il ötür. Müharibənin yekunları ilə bağlı birmənalı proqnoz mövcud deyil. Bəzi ekspertlər Rusiyanın məğlub olmayacağını, digərləri isə Ukraynanın qalib gələcəyini söyləyirlər?
- Bütün müharibələr, konfliktlər yekunda danışıqlar masası ətrafında başa çatır. Şübhəsiz ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü də nə zamansa danışıqlar masasında bitəcək. Ancaq bunun tezliklə baş verəcəyi qənaətində deyiləm. Əgər Prezident Putin əmin olsaydı ki, hadisələr bu şəkildə davam edəcək, bu müharibəyə başlamazdı. İndiki halda isə onun geri çəkilmək variantı yoxdur. Geri addım atması Putinin devrilməsi, Qərbin orada hakimiyyəti ələ keçirməsi ilə nəticələnə bilər. Bütün avtoritar liderlər kimi, Putin də öz hakimiyyətini qorumağın hayındadır və bunun baş verməməsi üçün nə qədər qan lazım olsa, axıdacaq.
Ukrayna da geri çəkilən deyil. Kifayət qədər qurbanlar verib, ölkə xarabalığa çevrilib. Son aylar isə hərbi üstünlük əldə edir. Belə bir şəraitdə Kiyevin də geri addım atacağı inandırıcı deyil. Həm Rusiya, həm də Ukrayna sona qədər dirəniş göstərəcək.
Hesab edirəm ki, bu müharibənin yekununda Ukrayna qələbə qazanacaq. O səbəbdən ki, Rusiyanın resursları tükənmək üzrədir. Bir müddət sonra hərbi texnikası, canlı qüvvəsi də tükənəcək. Digər yandan, ABŞ və Qərbin çoxsaylı sanksiyaları daxildə sosial-iqtisadi böhranı qaçılmaz edəcək. Düzdür, bu gün Putin administrasiyası daxili və inzibati resurslar hesabına bu böhranı önləməyə çalışır. Lakin uzun müddət buna nail ola bilməyəcəklər.
Ukrayna isə beynəlxalq dəstək əldə etməkdə davam edir. Tükətdiyi resursları xarici dəstək hesabına bərpa edir. Bu dəstək müharibə başa çatana qədər davam edəcək. Təbii ki, daxili iqtisadi böhran bir müddət sonra Rusiyanın daxilində kütləvi etirazlara yol açacaq. Nəticədə ya Rusiya parçalanacaq, suverenliyini itirəcək, ya da Putinin yola salınması ilə demokratik idarəçiliyə keçid edəcək. Bu etirazların başlaması nəticəsində Kremlin başı özünə qarışacaq və Ukraynaya qarşı işğalçılıq siyasətindən imtina etməyə məcbur olacaq.
- Belə iddialar da mövcuddur ki, Rusiya-Ukrayna müharibəsini qızışdıran ABŞ-dır. Bu iddianın tərəfdarları hesab edirlər ki, yekunda Rusiya və Ukrayna yox, Amerika bu müharibədən qalib çıxacaq…
- Mən bu iddialarla razı deyiləm. Əksinə, hesab edirəm ki, ABŞ və Qərb Rusiyanın işğalçılıq siyasətinə uzun müddət təmkin nümayiş etdirib. Məhz bunun nəticəsidir ki, Rusiya işğal arealını genişləndirib. Moskva 2014-cü ildə Ukrayna ərazilərinə, eləcə də Gürcüstan ərazilərinə soxulan zaman Qərb buna sərt reaksiya versəydi, mövcud vəziyyət yaranmayacaqdı. Qərbin mənəvi məsuliyəti var və bu, Ukraynanı qızışdırmaq yox, ona gec dəstək verməsi ilə bağlıdır. ABŞ, Böyük Britaniya və Avropa bir az da geciksəydi, Rusiya Finlandiya, İsveç və digər Avropa ölkələrinə qarşı hücumlara başlaya bilərdi. Nəhayət, onlar başa düşdülər ki, Rusiyaya qarşı təmkin nümayiş etdirdikcə, onun iddiaları böyüyür və bəşəriyyətə real təhdid yaradır. Qərbi Ukraynaya dəstək verdiyinə görə qınamaq yolverilməzdir. Onlar nə etməliydilər? Bir dövlətin digər dövləti işğal etməsinə, əhalisini soyqırımına məruz qoymasına tamaşa etməli idilər?!
- Rusiyanın Ukraynaya qarşı təcavüzünün Üçüncü Dünya müharibəsinə yol açacağı, nüvə toqquşmasına gətirib çıxaracağı iddiaları da tirajlanır. Doğrudanmı, dünya nüvə fəlakəti astanasındadır?
- Üçüncü Dünya müharibəsi artıq başlayıb. Beynəlxalq münasibətlər sistemi gərgindir. Dünyanın müxtəlif ərazilərində silahlar danışır. Birinci və İkinci Dünya müharibələrindən fərqli olaraq, Üçüncü Dünya müharibəsi dünyanın sonunu gətirə bilər. Çünki müharibə şiddətlənərsə, nüvə silahından istifadə edilə bilər. Bunun doğuracağı nəticələri təsəvvür etmək çətin deyil. Bu gün dünyanın bir çox ölkələrində nüvə silahı var və bu silahdan əsasən psixoloji təzyiq vasitəsi kimi istifadə olunur. Çünki hər kəs məsuliyyətini anlayır. Putin nüvə silahına əl atarsa, sonunu gətirəcək. Görsə ki, onsuz da sonudur, yenə buna getməyəcək. Çünki belə bir ağır müharibəni başlatmaq nəinki onun özünü, ətrafını, doğmalarını da təhlükəyə atacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Bu gün, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Bu gün, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Bu gün, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
|