Ömürlük həbs cəzası alan generalın azad olunması gözlənilir
Tarix: 21-01-2014, 13:01 |
Çap et
“Ergenekon” işi üzrə məhkəmənin qərarı ilə ömürlük həbs cəzası almış Baş Qərargahın keçmiş pəisi İlker Başbuğa azad edilə bilər. Bu xəbəri Türkiyənin “haber.com” saytı yayıb.
İstanbul 14-cü Ağır Cəza Məhkəməsində prokuror Zəfər Koç L.Başbuğun azad olunması ilə bağlı müzakirə açıb.
İki ildir ki, Silivri həbsxanasında saxlanılan İ.Başbuğun vəkili İlkay Sezer keçən il dekabrın 31-də İstanbul 13 saylı Ağır Cəza Məhkəməsinə azad olunmağa əsas verən sübutlar təqdim edib. Amma adı çəkilən məhkəmə artiq ömürlük cəza qərarı qüvvəyə mindiyi üçün vəkilin azad etmək tələbinə “bu mövzuda qərar verə bilmərik, yenidən qərar verməyə yer yoxdur” cavabını verib. Bu qərara cavab olaraq sübutlar 14 saylı İstanbul Ağır Cəza Məhkəməsinə göndərilib. Son qərarı da bu məhkəmənin verəcəyi gözlənilir.
2003-cü ildəTürkiyədə hakimiyyətə gələn Ərdoğan orduya qarşı əməliyyatlara rəvac verib. “Erkenekon” və “Balyoz” şərti adları ilə keçirilən əməliyyatda türk ordusunun adlı-sanlı generalları həbsə alınıb. 2011-ci ildə Baş Qərargah rəisi olmuş İlker Başbuğ da həbsə məruz qalıb. Generallara dövlət çevrilişi, qanunsuz silahlı dəstələr yaratmaq, məscidlərdə terror aktları hazırlamaq kimi əsassız və məhkəmə araşdırmalarında özünü doğrultmayan ittihamlar irəli sürülüb.