G20 Rusiyadan imtina etmir - İNCƏLƏMƏ...
Tarix: 3-03-2023, 12:02 | Çap et
Hindistanın paytaxtı Dehlidə 1-2 mart tarixlərində “böyük iyirmilərin” (G20) xarici işlər nazirlərinin görüşü keçirildi. G-20-yə hazırda Hindistan sədrlik edir. Bu toplantıda Ukraynadakı müharibənin müzakirəsi və Rusiyanın ittiham olunacağı ehtimal edilirdi. Bu müzakirə toplantıda gərginlik yarada bilərdi. Ev sahibi kimi Hindistan toplantıda gərginlik istəmirdi. Hindistanın baş naziri Narendra Modi və xarici işlər naziri Subrahmanyam Caişankar G20-nin yekun sənədində Rusiya əleyhinə ifadələrin salınmasının əleyhinəydi. Modi yekun bəyanatda terrorla mübarizə, iqlim dəyişikliyi və kasıb dövlətlərin borclarının həlli bəndlərinin salınmasının tərəfdarı idi. Subrahmanyam Caişankar bu mövzuda ayrılıqda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla və ABŞ dövlət katibi Entoni Blinkenlə müzakirə apardı. Buna baxmayaraq, toplantıda Ukraynayla bağlı fikir mübadiləsi aparıldı. Çünki G-20-yə daxil olan ölkələrin xarici işlər nazirləri bu haqda danışmaya bilməzdilər. Çıxış edənlər Rusiyanı işğalçı müharibəni dayandırmağa və Ukrayna ərazisini tərk etməyə çağırdılar. Rusiya və Çin təmsilçiləri bu şəkildə toplantının yekun bəyanatını imzalamaqdan imtina etdilər. Dehli yekun bəyanatın qısa xülasəsini dərc etdi. Dehli G-20-lərdən başqa Şanxay Əməkdaşlıq Təşkilatına da sədrlik edir. Təşkilatın sentyabrda Hindistanda növbəti toplantısı keçiriləcək. G-20-lərdən fərqli olaraq Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında Ukraynan məsələsi qaldırılmayacaq. Dehli Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, Qərbin Rusiyaya qarşı sərt siyasətinə qoşulmaq istəmir. G-20-lərin toplantısı çərçivəsində nazirlər arasında müxtəlif ikitərəfli görüşlər keçirildi. Dehliyə 40 ölkədən nümayəndə heyəti gəlmişdi. Hindistan ev sahibi kimi lazım bildiyi dövlətlərin təmsilçilərini də toplantıya dəvət etmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dehliyə birbaşa Bakıdan uçmuşdu. O əvvəlcə çinli həmkarı Tsin Qanla görüşdü, daha sonra türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə fikir mübadiləsi apardı. Bundan başqa Lavrov hindistanlı və braziliyalı həmkarları ilə də görüşdü. Aydındır ki, Qərb ölkələrinin xarici işlər nazirləri Lavrola görüşmədilər, sadəcə ABŞ dövlət katibi rusiyalı həmkarı ilə ayaqüstü bir neçə dəqiqəlik söhbət etdi. Rusiya və Çin xarici işlər nazirləri strateji tərəfdaşlığı davam etdirəcəklərini bir daha bəyan etdilər. Qərb ölkələri Rusiyanı Ukrayna müharibəsinə görə tənqid edir və Moskvaya qarşı sanksiyalar tətbiq ediblərsə, nədən Rusiyanın G-20-lərdən çıxarılması məsələsini qaldırmırlar? Misal üçün Rusiya “böyük səkkizlərdən” çıxarıldı və təşkilat yenidən “böyük yeddilərə” çevrildi. Məsələs burasındadır ki, G-20-lərin üzvləri arasında Rusiya ilə tərəfdaşlıq münasibətlərini davam etdirən dövlətlər var və onlar Ukrayna müharibəsinə görə Rusiyanı cəzalandırmaq istəmirlər. Digər tərəfdən Qərb ölkələrinin özləri də Rusiya ilə dialoq imkanlarını tam ortadan qaldırmağı doğru saymırlar. “Atlas” Araşdırmalar Mərkəzi DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
|