Türkiyədəki seçkilər niyə bizim üçün ÖNƏMLİDİR? - AKTUAL
Tarix: 3-04-2023, 12:04 | Çap et
Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun uzadılmasına dair saziş yadınızdadırmı? Saziş 2010-cu ilin avqustun 20-də İrəvanda Rusiya prezidenti Dmitri Medvedevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında danışıqlardan sonra imzalanmışdı. Müqavilə Rusiyanın Ermənistandakı hərbi bazasının icarə müddətinin 2020-ci ildən 2044-cü ilə qədər uzadılmasını nəzərdə tuturdu... Bu müqaviləni imzalananda çoxları əmin idi ki, Rusiya bundan sonra da işğal olunmuş Azərbaycan torpaqlarının Ermənistanın nəzarətində qalması üçün lazım olan hər şeyi edəcək. Sonrası da məlumdur. II Qarabağ müharibəsi zamanı bu saziş gərəksiz kağız parçasından başqa bir şey deyildi... O da aydındır ki, ağlı başında olan heç kəs Rusiya hərbçilərinin 2044-cü ilə qədər Ermənistanda qalacağını düşünmür. Böyük ehtimalla deyə bilərik ki, Putinin gedişindən dərhal sonra Rusiya qoşunları Ermənistandan qovulacaq. Paşinyanın imkanı olsa, günü bu gün rus hərbçilərinin qulağından tutub Ermənistandan bayıra vızıldadar... Başqa bir misal: 2022-ci ilin fevralın 22-də Moskvada İlham Əliyev və Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalandı. Kağız üzərində Azərbaycan Rusiya ilə müttəfiqdir. Həqiqətdə isə bu ölkələr "mehriban düşmən" kimi bir şeydir... Bunları niyə yazıram? Bəzi sadəlövh dostlarımız deyir ki, Türkiyədə kimin prezident olması Azərbaycan üçün o qədər də önəmli deyil. CHP lideri Kamal Kılıçdaroğlu da prezident olsa Şuşa Bəyannaməsi — 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış bəyannamə öz hökmünü qoruyub saxlayacaq. Vallah, mən o qədər də optimist deyiləm. Hələ 2008-ci ildə Ahmet İnsel, Baskın Oran, Cengiz Aktar ve Ali Bayramoğlu "1915'te Osmanlı Ermenilerinin maruz kaldığı Ermeni Kırımı" ilə əlaqəli 10 dildə “Özür Diliyorum” kampaniyasına başladı. 24 saat ərzində bu kampaniyaya 5 min nəfər qoşuldu. O vaxt da bu kampaniyaya qarşı Tayyib Ərdoğan və Dövlət Baxçalı çıxdı. Türkiyənin prezidenti olan Abdullah Gül isə kampaniyaya dəstək verdi. CHP-nin İzmir millət vəkili Canan Arıtman onda Abdullah Gülün anasının erməni olduğunu dilə gətirdi... Allah Zəlimxan Yaquba rəhmət eləsin. Bu məsələ ilə bağlı "Türk yağıdan üzr istəməz!" adlı şer yazdı. Bu işdə “iblis barmağı var” deyən şair həmin şerində deyirdi: Düzü tərsə yazanlar var, Doğru yoldan azanlar var, Türkə quyu qazanlar var, Türk yağıdan üzr istəməz... Daha öncə isə “Aqos” qəzetinin baş redaktoru İstanbulda sui-qəsd nəticəsində 2007-ci ildə öldürülmüş erməni əsilli Türkiyəli jurnalist Hrant Dinkin (1954) cənazə törənində on minlərlə insan "Hepimiz Hrant'ız, hepimiz Ermeniyiz" şüarını erməni, kürd və türk dillərində səsləndirilmişdir. 2009-cu ildə Bursada keçirilmiş Türkiyə-Ermənistan maçından sonra Azərbaycan-Türkiyə arasında bayraq qalmaqalı yaşanması necə, yadınızdadır? Zibil konteynerlərinə kütləvi şəkildə atılan Azərbaycan bayraqlarını unutmaq olarmı? Bakıdakı türk şəhidliyi abidəsindən Türkiyə bayrağının yığışdırılması da tarixdən silinməyəcək. Zəlimxan Yaqubun dediyi “iblis barmağı“ araya girəndə belə əcaib təlatümlər yaşanır. Sözümün canı o ki Türkiyənin erməni üzü də var. CHP lideri Kamal Kılıçdaroğlu prezident seçilsə, Türkiyənin erməni üzü yenidən və daha həyasız formada üzə çıxacaq. Mən buna əminəm. Allah bizi o günlərdən saxlasın. Türkiyənin erməni üzünə bir dastan bağlamaq üçün nə yazıq ki Azərbaycanın daha Zəlimxan Yaqubu da yoxdur...
Elbəyi HƏSƏNLİ - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
|