İncəyə SƏRT BASQI... - NƏ OLACAQ BELƏ?
Tarix: 11-05-2023, 16:10 |
Çap et
Əgər danışılmış və razılaşdırılmış bir şey deyilsə, Muharrem İncenin namizədliyini geri götürmək üçün gətirdiyi arqument onun nə qədər zəif siyasətçi olduğunu göstərir.
Bu, Prezident seçilsəydi, böyük kampaniyaya və təzyiqlərə məruz qalsaydı nə edəcəkdi?
Əlqərəz, seçki prosesində iki rəqib - Ərdoğan və Kılıçdaroğlu arasındakı rəqabət daha kəskin mərhələyə daxil oldu.
Seçkiyə 3 gün qalmış İncenin "incəliyi" Recep Tayyip Erdoğan üçün çətin olacaq.
İndi sual olunur, İnce kimin xeyrinə geri çəkildi?
Hər halda, "Millet İttifakı"nın vahiz namizədi Kemal Kılıçdaroğlu deyil, çünki CHP-ni ittiham edərək namizədliyini geri çəkdi.
Ancaq siyasət sürprizlərlə doludur.
Görək necə olacaq...
Aqşin Kərimov - DİA.AZ