Aİ səfirləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib
Tarix: 13-05-2023, 09:00 |
Çap et
Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri mayın 12-də Brüsseldə keçirilən görüşdə Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər.
DİA.AZ “Report”a istinadla xəbər verir ki, bu barədə “Рolskie Radio” məlumat yayıb.
Gələn həftə daha bir görüşün keçiriləcəyi bildirilib. Polşanın Aİ-dəki səfiri Ancey Sadosun sözlərinə görə, sanksiyalar paketi növbəti görüşdə razılaşdırıla bilər.
Səfir qeyd edib ki, bir çox məsələlər çox mürəkkəbdir və buna görə də diqqətli ekspert təhlili tələb olunur.