“Mən Qarabağda əldə olunan uğurun fərqindəyəm. Amma bunu yox etmək istəyənlər var”.
DİA.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “Ata İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan deyib.
Onun sözlərinə görə, Qarabağda bəlli uğur qazanılıb, amma unutmaq olmaz ki, o uğuru boğmaq istəyən struktur var:
“Mən düşünürəm ki, Türkiyədə sabitlik Azərbaycan, Qazaxıstan, türk dünyası üçün vacibdir. Mən Zəngəzur dəhlizinə zərər vurmaq cəhdinin əleyhinəyəm".