“Hollandiyada parlament seçkilərində Qeert Vildersin sağçı populist partiyası qalib gəlib. Belə nəticələr Avropa Birliyinin dərin böhranının göstəricisidir. Əgər əvvəllər populistlərin və radikalların yüksək göstəriciləri Mərkəzi və Şərqi Avropa üçün xarakterik idisə, indi Qərbi Avropada populist partiyaların və populist hərəkatların, təkcə ifrat sağçıların deyil, həm də ifrat solçuların canlandığını görürük. Bu seçkilər göstərdi ki, sadəcə olaraq Avropa Birliyinin özəyində belə qüvvələrin qalib gəlməsi mümkündür. Üstəlik, bu, sadəcə qələbə deyil, tamamilə aydın anti-Avropa şüarları altında qələbədir”.
Bu sözləri Avropada hakimiyyətə gələn qüvvələrlə bağlı fikirlərini bildirərkən "Ukrayna Prizması" Xarici Siyasət Şurasının eksperti, politoloq Aleksandr Kraev analitik məqaləsində deyib. Onun sözlərinə görə, Almaniyada “Almaniya üçün Alternativ” Partiyasının, Sara Vaneqkextin partiyasının populyarlığının artması prosesi gedir: “Eyni zamanda, Slovakiyanın Aİ-dən çıxmasının tərəfdarı olan Rudolf Qulyakın ətraf mühitin mühafizəsi naziri təyin edilməsi üçün lobbiçilik edən Slovakiyanın keçmiş baş naziri Robert Fikonun partiyasının seçkilərdə qələbəsini da misal görtərmək olar. Bunlar belə populistlərə getdikcə daha çox yerlərdə qalib gəlməyə imkan verəcək ki, bunlar Avropa siyasi böhranının metastazlarıdır”.
“Məsələ burasındadır ki, dünyada, demək olar ki, bütün qitələrdə böyük konfliktlərin olduğu bir vaxtda, hələ də staqflyasiyaya çevrilə bilən hiperinflyasiya vəziyyətində olduğumuz bir vaxtda, yəni qiymətlərin qalxması ilə bərabər onun düşməsini özündə ehtiva edən iqtisadiyyat vəziyyətində, koronavirusun təsirlərindən yenicə uzaqlaşmağa başladığımız dönəmdə, insanlar təbii olaraq qəzəbli və narazı olduğu vaxtrda bu siyasi qüvvələr primitiv şüarlarla ortaya çıxırlar. Deyirlər: “Biz kimin günahkar olduğunu bilirik və hər şeyi dəyişəcəyik!”. Təəssüf ki, hər bir demokratiyada bu cür ideyaları dəstəkləyəcək əhalinin əhəmiyyətli hissəsi ola bilər. İnsanlar böhranlardan yorulub, onları sadə şəkildə həll etmək istəyirlər və populistlər onlara bu yolu təklif edirlər”, - analitik məqaləsində vurğulayıb.
“Populizm nədir? Buraya mürəkkəb məsələlərin sadə həlli yolları daxildir. Amma populist üçün bir neçə şey vacibdir. Ona problemdə günahkar biri lazımdır, döyüşmək üçün düşmən lazımdır və aradan qaldırmaq üçün böhran lazımdır. Demək ki, bu vəziyyət populistlər üçün münbitdir”, - Kraev əlavəı edib.
Ekspertin fikrincə, Avropa qurumları həmişə sabitliyi qoruyacaqlarına, öz vətəndaşlarının normal gəlir səviyyəsini qoruyacaqlarına söz veriblər: “Amma burada belə çıxır ki, problem qlobal xarakter daşıdığından, bunun öhdəsindən gələ bilmirlər. Buna görə də, indi hər bir Avropa demokratiyasının kimin günahkar olduğunu və nə edəcəyini dəqiq "bilən" öz ənənəvi Orban, Fiko və ya “Almaniya üçün Alternativ” olduğu andır. Siyasi tarixdə həmişə belə olub. Avropalılar sadəcə olaraq gözləmirdilər ki, bu cür hekayələr ən demokratik və açıq Avropa cəmiyyətlərində kifayət qədər böyük dəstək və ümumilikdə qələbə qazana bilər”.
“Bütün bunların Ukrayna üçün nəticələri nədir? Hollandiyada sağçı populistlərin qələbəsindən sonra mənə elə gəlir ki, dekabrda Aİ Ukraynanın üzvlüyü ilə bağlı danışıqlara başlamaq barədə qərar verdikdə, biz başqa ölkə ilə sövdələşmə aparmalı olacağıq. Bizdən nəsə tələb edəcək, hətta danışıqların başlamasına mane olmağa çalışacaqlar. Bu, hazırda gördüyüm ən böyük problemdir. Yəni istənilən ssenaridə baş verəcək əsas nəticə ondan ibarətdir ki, indi Ukraynaya istənilən yardım, Ukraynaya istənilən dəstək məsələsi daha böyük maneələrdən keçəcək. Yəni indi biz avropalıları xatırlatmaq, onları inandırmaq, bu yardım dayansa, nə baş verəcəyini göstərmək üçün daha çox çalışmalı olacağıq. Beləliklə, daha çox diplomatik iş aparmalıyıq. Mənfi ssenaridə təkcə gecikmələr yox, bu yardımın bir hissəsinin ləğvi də olacaq. Lakin Avropa indi bütün fondları tamamilə bağlaya və Ukraynaya silah yardımından imtina edə bilməyəcək”, - analitik fikrini tamamlayıb.
Müəllif: Turan Abdulla - Mənbə: AYNA.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)