Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                 

“Cəbhədə vəziyyət ağırdır, amma fəlakətli deyil” - NƏ BAŞ VERİR?
Tarix: 29-11-2023, 10:29 | Çap et
“Cəbhədə vəziyyət ağırdır, amma fəlakətli deyil”
Qısa sükutdan sonra Ukrayna üçün cəbhədə vəziyyətin guya kritik olması ilə bağlı ritorika yenidən güclənib. Yenə də bu barədə bəyanatlar həm Ukraynanın özündə, həm də Qərb nəşrlərində səslənir.

“Ukrayna müdafiəyə keçdi və ruslar indi Ukrayna Silahlı Qüvvələrinin bölmələrini bütün cəbhə boyu parçalayırlar”. Bunu “Liga.net” saytına müsahibəsində Ukrayna müdafiə nazirinin keçmiş müavini Anna Malyar deyib.

“Onların vəzifəsi bizi tamamilə yormaq və növbəti addımlara hazırlamaqdır. Biz bu haqda bilməliyik, ordunun da bundan xəbəri var, təbii ki, biz də bu işlərə hazırlaşmalıyıq. Biz indi təkcə müdafiədə deyilik, həm də başa düşməliyik ki, biz onların tapşırıqlarını başqa cür həyata keçirmək üçün bütün cəbhə xətti boyunca qəsdən tükəndirilirik”, - deyə o bildirib.

Malyar əmindir ki, Rusiya Federasiyasının Ukraynanı tükəndirmək meyli elə-belə deyil: “Onlar bundan sonra növbəti addımları atmaq üçün tükəndirirlər. Biz isə bunu bilməli və buna hazırlaşmalıyıq”.

Keçmiş nazir müavini əlavə edib ki, səfərbərliklə bağlı populyar qərarların vaxtı keçib: “Populyar qərarların vaxtı artıq keçib. Onlar daha belə mürəkkəb müharibədə mövcud ola bilməzlər... Biz başa düşməliyik ki, bu, uzun bir yoldur. Və yolda bəzi xoşagəlməz şeylər var. Sadəcə olaraq, rusların fiziki olaraq daha çox insanı var, bizim isə daha kiçik ordumuz var. Silahımız azdır. Açığı, cəmiyyət üçün səfərbərliyin niyə belə qorxulu mövzu olduğunu anlamıram. Müharibə ümumiyyətlə dəhşətlidir və müharibə zamanı səfərbərlik də olacaq”.

Eyni zamanda, Almaniyanın ən böyük qəzeti olan “Bild” hökumət dairələrinin məlumatlarına əsaslanaraq, ABŞ və Almaniyanın Ukrayna lideri Volodimir Zelenskini Rusiya ilə danışıqlar masasında oturmağa məcbur etmək niyyətində olduqları barədə məqalə dərc edib. Nəşr yazır ki, Kiyevin Qərb müttəfiqlərinin hazırkı məqsədi onu “strateji cəhətdən sərfəli danışıqlar mövqeyinə” gətirməkdir.

“Bu mövqedə Kiyev Moskva ilə suverenlik və ərazi bütövlüyü ilə bağlı danışıqlar aparmalıdır. Ağ Ev və ofis bu məsələni koordinasiya edir”, - deyə hökumətdəki mənbə bildirib.

Qəzet qeyd edir ki, ABŞ və Almaniyanın liderləri Zelenskini birbaşa danışıqların zəruriliyinə inandırmaq niyyətində deyillər. Ukraynaya ən böyük silah tədarükçüləri olan Vaşinqton və Berlin Kiyevi Ukrayna Silahlı Qüvvələrinin hazırkı cəbhəni saxlaya biləcəyi, lakin əraziləri geri ala bilməyəcəyi miqdarda silahla təchiz etmək niyyətindədir.

“Zelenskinin özü başa düşməlidir ki, bu, belə davam edə bilməz. Heç bir kənar göstəriş olmadan, o, öz iradəsi ilə xalqının qarşısına çıxmalı və danışıqların zəruri olduğunu izah etməlidir”, - deyə Almaniya hökumətindəki mənbə “Bild”-ə söyləyib.

Ardınca İngiltərənin “The Economist” jurnalında dərc olunan məqalədə deyilir ki, Rusiya öz üstünlüyündən radio-elektron müharibədə istifadə etməyə başlayır və bu sahədə Qərb Ukraynaya çox kömək edə bilməyəcək və ya etməyəcək: “Ukraynanın zəifliyi təkcə Qərbin tanklar, qırıcılar, raketlər, hava hücumundan müdafiə batareyaları, artilleriya və böyük miqdarda döyüş sursatları ilə təminatının zəifliyində deyil, həm də elektron müharibədədir”.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzindən Set Cons deyir ki, Rusiya illərdir NATO şəbəkə sistemlərinə qarşı təsirli spektrli elektron müharibə imkanlarının istehsalına və inkişaf etdirilməsinə böyük diqqət yetirib.

Ekspertlərin fikrincə, çətin ki, ABŞ bu istiqamətdə Kiyevi dəstəkləsin: elektron müharibə Dövlət Departamentinin ciddi nəzarətində olan ixrac nəzarəti rejimi ilə məhdudlaşdırılan texnologiya transferi kateqoriyasına aiddir. Hesab olunur ki, NATO-nun bu sahədə imkanları Rusiyanınkı qədər yaxşı olmaya bilər.

Ancaq bu da hamısı deyil. “Rusiya qlobal miqyasda “İsgəndər-M” kompleksi üçün misli görünməmiş raket istehsalına başlayıb - bu, ölkəyə ondan Ukraynada geniş miqyasda istifadə etmək imkanı verir”, - deyə Amerikanın “Military Watch Magazine” nəşri yazır.

Məqalə müəllifləri qeyd edirlər ki, müharibə başlayandan sonra kompleks üçün raketlərin istehsalı bir neçə dəfə artıb. MWM hesab edir ki, bu, Rusiya ordusuna döyüş sursatı istehlakı nəzərə alınmadan “İsgəndər”dən kütləvi şəkildə istifadə etməyə imkan verir.

“Bu raketlər təkcə xüsusi nüfuz edən döyüş başlıqlarını daşımaq qabiliyyətinə görə deyil, həm də onların qarşısını almağı son dərəcə çətinləşdirən mürəkkəb manevrlər yerinə yetirmək qabiliyyətinə görə düşmənin müdafiəsi üçün xüsusi problem yaradır”, - deyə məqalədə vurğulanır.

Maraqlıdır, Ukrayna müdafiə nazirinin keçmiş müavini Anna Malyarın belə bədbin olmasının səbəbi nədir? Doğrudanmı Ukrayna ordusu tükənib, silahları güc baxımından Rusiya ordusu ilə bərabər deyil? Bəs Qərb mediasının bir növ məğlubiyyət xarakteri daşıyan nəşrləri nəyə hesablanıb? Sanki ABŞ və Almaniya Zelenskini Moskva ilə danışıqlara başlamaq qərarına yumşaq bir şəkildə inandırmaq məqsədi güdürlər.

Baş verənlərlə bağlı AYNA-ya danışan tanınmış ukraynalı ekspert, Penta Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Volodimir Fesenko deyib ki, bütün bu nəşrlər Ukrayna qoşunları üçün cəbhədəki daha mürəkkəb vəziyyəti əks etdirir: “Amma əsas problem adıçəkilən nəşrlərdə müzakirə olunanlar deyil, artilleriya mərmilərinin fəlakətli çatışmazlığıdır. Bu, ilk növbədə cəbhədəki vəziyyətə təsir edir. Qərbdə artilleriya mərmilərinin istehsalı tədricən artır, lakin təəssüf ki, bu, yavaş-yavaş baş verir. Elektron müharibə ilə bağlı da problem var, amma əvvəllər də var idi. Ukrayna tədricən Rusiyanın elektron müharibə sistemi ilə boşluğu aradan qaldırır, lakin Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı “The Economist” üçün məqaləsində yazdığı kimi, burada bizim beynəlxalq tərəfdaşlarımızın dəstəyinə ehtiyac var. Cəbhədə vəziyyət ağırdır, amma fəlakətli deyil”.

“Sözügedən yazıların mahiyyətini ilk növbədə NATO ölkələrinin siyasətçilərinin və dövlət rəsmilərinin diqqətini Ukraynadan çox Qərbi narahat edən problemə cəlb etməkdə görürəm. Məlum oldu ki, NATO ölkələri Ukraynada gedən belə uzun sürən müharibəyə hazır deyildilər. İkincisi, NATO ölkələrinin silahlı qüvvələri modernləşdirilməli, onların hərbi istehsalı əhəmiyyətli dərəcədə genişləndirilməlidir. Problemin həlli yolu budur, Rusiya ilə danışıqlar deyil”, - deyə müsahibimiz bildirib.

Onun sözlərinə görə, Qərbdə həqiqətən də Ukraynadakı hazırkı müharibəni tez bir zamanda dayandırmaq üçün Rusiya ilə danışıqların tərəfdarları çoxdur: “Amma Ağ Evdə, eləcə də aparıcı Avropa ölkələrinin rəhbərliyində yaxşı başa düşürlər ki, Rusiya indi real danışıqlara getməyə hazırlaşmır, hərbi əməliyyatlarda strateji təşəbbüsü ələ keçirməyə çalışır. Hazırda Ukraynanı danışıqlara sövq etmək böyük səhvdir. Bu, Rusiyanın Ukrayna üçün qəbuledilməz ultimatumlar təqdim etməyə başlayacağı zəif mövqedən danışıqlar demək olardı. Bunu Vaşinqtonda, Londonda və Avropanın aparıcı paytaxtlarında yaxşı başa düşürlər”.

“Ona görə də hazırda hər hansı danışıqlardan söhbət getmir. Əksinə, ABŞ və Almaniya müdafiə nazirlərinin, eləcə də NATO-nun Avropadakı qüvvələrinin komandanının Kiyevə son səfərləri Ukrayna və onun beynəlxalq tərəfdaşları arasında Rusiyaya qarşı birgə hərbi-siyasi strategiyanın - “tükəndirmə müharibəsi” strategiyasının başlanğıcından xəbər verir. Birincisi, hərbi vəziyyəti düzəltmək, Rusiyaya müharibədə dönüş nöqtəsinə nail olmayacağını göstərmək, ondan sonra danışıqlara başlamaq lazımdır. Əslində bu, “Bild”-in məqaləsində də deyilir. “Güclü mövqedən danışıqlar” - bu, həqiqətən də Qərbin strategiyasıdır. Amma bu mövqeyə hələ də nail olmaq lazımdır”, - deyə ekspert vurğulayıb.

Anna Malyarın müsahibəsinə gəlincə, Fesenko onun hərbi ekspert olmadığını qeyd edib: “Baxmayaraq ki, o, müdafiə nazirinin müavini işlədiyi müddətdə hərbi məsələlərdə səriştəsini xeyli artırıb, yenə də hərbi mütəxəssis hesab edilə bilməz. O, şəxsən tanıdığı bəzi ukraynalı hərbçilərin fərdi qiymətləndirmələrini səsləndirir. Amma o, bunu çox emosional və dramatik edir. Malyar Müdafiə Nazirliyində informasiya siyasətinə nəzarət edərkən, çox ciddi senzura və müxtəlif məhdudiyyətlərlə məşğul olub, buna görə Ukrayna və Qərb jurnalistləri tərəfindən kəskin tənqid edilib. İndi isə bu xasiyyət onu digər ifrata aparır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru