Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                 

ABŞ İranı bombalamır, çünki… - Tehran rejiminin xaricdəki qolları kəsilir
Tarix: 2-12-2023, 00:41 | Çap et
ABŞ İranı bombalamır, çünki…
Dünya ictimaiyyətini bu sual da maraqlandırır: ABŞ İranı niyə vurmur?

Bu suala cavab axtaranlar haqsız deyillər. Çünki başqaları ilə müqayisədə ABŞ İrana daha çox dözüm nümayiş etdirirmiş kimi görünür. İraqa 3 dəfə, Suriyaya bir dəfə, Əfqanıstana dəfələrlə hücumlar olub. Bu ölkələrin İranla aşağı-yuxarı əlaqəsi var. Ancaq Tehran hakimiyyəti hədəfdən kənarda qalır.

İrana ilk hücumu bəziləri 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilən məlum terror hadisələrindən sonra gözləyirdi. Ancaq bu baş vermədi.

ABŞ-nin başçılıq etdiyi qüvvələr Əfqanıstanda hərbi əməliyyat keçirərək, Taliban hökumətini devirib, yerinə Həmid Karzayı və komandasını gətirdilər.

2021-ci ildə isə ABŞ və müttəfiqlərinin Əfqanıstandan çıxması Talibanın yenidən hakimiyyətə gəlməsi ilə nəticələndi.

2003-cü ilin martında Səddam Hüseynə qarşı keçirilən beynəlxalq aksiyadan sonra hamını “İraqdan sonra İrandırmı” sualının cavabı maraqlandırırdı. Ancaq həmin hadisələr zamanı Tehran rejiminin lideri ayətullah Seyid Əli Xamənei beynəlxalq koalisiya ilə birlikdə Səddam Hüseynə qarşı mübarizəyə hazır olduğunu bildirmişdi. Onun bu canfəşanlığı səmimi qəbul edilmədi. Bununla belə, İran İraqın vurulması üçün səmasını beynəlxalq koalisiyaya açıq elan etmişdi.

Sonrakı illərdə İŞİD terrorçu qruplaşması Suriya və İraq ərazisində fəallaşdı. Suriyada Bəşşar Əsəd rejiminin devrilməsi istiqamətində əməliyyat keçirildi. Tehran rejimi bu əməliyyat zamanı Bəşşar Əsədi müdafiə etdi. İŞİD-in İraqdakı fəaliyyəti zamanı İran bu ölkədə Həşdi-Şəbi adı qüvvəni yaratmaqla ölkədə mövqeyini və gücünü möhkəmlədib.

Bundan başqa, Pakistan və Əfqanıstan vətəndaşlarından ibarət Zeynəbiyyun, Fatimiyyun kimi siyasi-silahlı qruplaşmalarla da Suriyada fəallığını artırıb. Yəməndəki husi qiymaçılarının fəaliyyətində İranın danılmaz rolu var.

HAMAS-İsrail müharibəsində İrana qarşı hərbi əməliyyatların başlaması məsələsi yenidən müxtəlif səviyyələrdə müzakirə olunur.

Bu müharibəyə İran hakimiyyətinin yardım və dəstək verdiyi görünməz deyil. Elə İranın ali rəhbəri Seyid Əli Xamənei ilə HAMAS Siyasi Bürosunun sədri İsmayıl Həniyə arasında Tehran keçirilən görüşü yada salmaq kifayətdir. Həmin görüşdə Tehran rejiminin başçısı HAMAS-ı müdafiə etdiklərini birmənalı şəkildə bildirib. Bu görüşdən sonra İran İnqilab Keşikçiləri Qvardiyası “Qüds” qolunun komandanı İsmayıl Kaaninin “HAMAS-ı müqavimət hərəkatını hər tərəfli müdafiə edəcəyik” kimi verdiyi bəyanatı da məlum müharibədə Tehranın imzasının olduğunu göstərir.

“The Jerusalem Post”un bu yaxınlarda çıxan sayında “Amerika İranı bombalamalıdır” başlıqlı məqalə dərc olunub. Yazıda sual olunur: “İsraili nüvə bombası ilə məhv etmək niyyətində olan İranla necə davranırsınız? Bunun qarşısını almağın bir yolu var: Amerikanın İrana qabaqlayıcı zərbə endirməsi”.

Bildirilib ki, İsrail öz ölkəsinə qarşı qabaqlayıcı hücuma məruz qalıb: “Bu, İranın nümayəndəsi HAMAS tərəfindən həyata keçirilib”. Qəzetin yazdığına görə, bu müharibədə İran silahlarından istifadə edilir: “Bu, Tehran tərəfindən maliyyələşdirilərək həyata keçirilən tarixin ən dəhşətli qətliamıdır”.

İsrail Xarici İşlər Nazirliyi bildirib ki, Qəzza zolağında keçirilən əməliyyat nəticəsində HAMAS-ın İran hökumətindən aldığı 1,5 milyon dollar nağd pul müsadirə edilib.

Tehran rejimi son 40 ildən çox müddət ərzində Livanda “Hizbullah”, Fələstində “İslami-Cihad” təşkilatı, HAMAS, İraqda “Həşdi-Şəbi”, Yəməndə husi qiyamçıları və başqalarını maliyyələşdirərək, dövlət büdcəsindən və başqa maliyyə mənbələrdən milyonlarla dollar xərcləyib.

Bunlar da ABŞ-yə İranı bombalamaq üçün əsas ola bilərdi. Çünki Ağ ev terrorçuluğa qarşı mübarizəni və onu dəstəkləyənləri əsas hədəflərindən sayır.

Son bir neçə həftədə İraq və Suriyadakı İranyönlü silahlı qruplaşmalar ABŞ-nin bu ölkələrdəki hərbi bazalarına 40-dan çox hücum edib.

Rəsmi Vaşinqton əsgər və hərbçilərinin sağlamlığının vacibliyini daim vurğulayıb. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü və strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi noyabrın 27-də ölkəsinin bölgədəki mövqelərinə hücumların davam etdirilməsi ehtimalı və ABŞ-ın bu hücumlara cavab verəcəyi ilə bağlı suala cavab olaraq bildirib: “Keçmişdə biz İraqdakı və Suriyadakı ABŞ qüvvələrinə qarşı təhdidlərə güclə cavab verdik. Bundan sonra da belə təhdidlərə lazımi cavab verəcəyik”. O qeyd edib ki, ABŞ-nin Kəngər (Ərəb, Bəsrə, Fars) və Ədən körfəzlərində qüvvələri mövcuddur.

Bu halda İranyönümlülərin Suriya və İraqda keçirdiyi əməliyyatlarda hərbçilərinin həyatlarına edilən qətllərin qisasını almaq üçün də ABŞ əməliyyat keçirə, İran ərazisinə bomba ata bilərdi. Bu günlərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi Tehran hakimiyyətinin nüvə sahəsində fəaliyyətinin şəffaf olmadığını və tələblərə cavab vermədiyini yenidən açıqlayıb.

Bu kimi faktlar Ağ evin İran ərazisini bombalamaq üçün əlində kifayət qədər əsas olduğunu göstərir. Ancaq bir çoxunun gözlədiyi hadisə baş vermir – dünyanın supergücü İranı bombalamır. Fikrimizcə, bu faktlar belə bir aksiyanın başlamasına yetərli sayılmır.

İran açıq şəkildə yaxın və uzaq dövlətlərə müharibə edəcəyi, atom silahına malik olacağı, İnqilab Keşikçiləri Qvardiyası dünya birliyi tərəfindən terrorçu təşkilat (hələ ki ABŞ və İsrail onu terrorçu təşkilat sayır) elan olunacağı, Tehran rejiminin qonşular və beynəlxalq güclər üçün ciddi təhlükə yaradacağı, BMT nizamnaməsinin sərhədlərlə bağlı müddəasını pozacağı halda ABŞ onun ərazisini bombalaya və ölkədə hərbi əməliyyatlar keçirə bilər. Bu kimi hallarda əməliyyatın reallaşması üçün çoxsaylı əsaslar da tapmaq mümkündür.

Bu məsələdə əsas amillərdən biri də Çinin himayədarlıq etməsidir.

Tehran rejimi İranın bütün bölgə və kəndlərinə, sərhəddən şəhərədək dövlətin bütün ərazisinə nəzarət edir. Onun nəzarətindən çıxan heç bir kənd belə yoxdur. Başqa sözlə, bu rejim ölkəyə hələ nəzarət edə bilir. Odur ki, İranın belə tezliklə bombalanacağı ehtimal olunmur. Ancaq onun xaricdəki qol-budağının budanması Tehran rejiminin ömrünü azaldır. Budama başa çatdıqdan sonra gözlənilənlər, proqnozlaşdırılanlar daha bəsit şəkildə baş verə bilər.

Müəllif: Sədrəddin Soltan - Mənbə: Pressklub.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru