Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                 

Rusiyanın Zaporojye AES-dəki terroru: dünya isə susur – SƏBƏBLƏR
Tarix: 6-12-2023, 06:09 | Çap et
Rusiyanın Zaporojye AES-dəki terroru: dünya isə susur
Zaporojye Atom Elektrik Stansiyasının (AES) ətrafında baş verən son hadisələr, rusların hərəkətləri və atəşi nəticəsində stansiya fəlakətin astanasındadır. Bu, yeni xəbər deyil. Vəziyyət bir ildən çoxdur ki, belə davam edir: stansiyanın yaxınlığındakı ərazidən işğalçılar Nikopol və Dnepr çayının qarşı sahilində yerləşən digər şəhərləri müntəzəm olaraq atəşə tuturlar. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) belə halları qeydə alır və vəziyyətdən narahatlığını bildirir, lakin atəş kəsilmir. Artıq MAQATE-nin Rəhbərlər Şurasından Rusiyaya hərbi və digər rus personalını Zaporojye AES-dən çıxarmaq barədə dəfələrlə çağırışlar edilib, lakin bu da heç bir nəticə verməyib.

Təbii ki, Rusiya nüvə energetikası sahəsində bütün beynəlxalq normaları pozur və ona istiqaməti - çıxışı göstərmək düzgün olardı. Amma bu gün onun MAQATE-nin Rəhbərlər Şurasının üzvlüyündən çıxarılmasının mümkünlüyündən danışmaq real deyil. Təşkilat üzvləri bu cür radikal qərara tamamilə hazır deyillər.

Hətta bizim bu yaxınlarda Rəhbərlər Şurasının üzvü olmağımız da Ukraynaya MAQATE-yə təzyiq göstərməyə kömək etməyəcək. Doğrudan da, bu, bizə səsvermədə iştirak etmək, öz nöqteyi-nəzərimizi bildirmək, problemlərimizi bu beynəlxalq təşkilata üzv olan ölkələrə çatdırmaq imkanı verir. Və bu, müsbət haldır. Amma iki məqam var ki, onları da unutmaq olmaz.

Birincisi, MAQATE BMT-nin nəzdində fəaliyyət göstərən bir təşkilatdır. BMT isə kifayət qədər mənasız bir quruma çevrilib. Yəni bəyanat verə bilər, amma heç nəyə qərar vermir. MAQATE haqqında da eyni şeyi demək olar - onlar bəyanat və nəzarət edə bilərlər, lakin heç nəyə qərar vermirlər. Onlar Zaporojye AES ətrafında baş verənlərə təsir edə bilmirlər. Baxmayaraq ki, Zaporojye AES-in terrorçular tərəfindən ələ keçirildiyi açıq-aydın görünür və bu, dünyada ilk dəfə baş verib.

İkincisi, Rusiya qlobal zənginləşdirilmiş uran bazarının 25 faizdən çoxunu tutur. Qazaxıstanla birlikdə Rusiya Federasiyası dünya uranın təxminən 40 faizinin istehsalına nəzarət edir. MAQATE üzvlərinin əksəriyyətinin bu məsələdə öz narahatlıqları var, onların elektrik enerjisi istehsal edən nüvə sənayesinin işində öz maraqları var. Yəni təəssüf ki, indi dünyanın bir çox ölkəsi məhz nüvə enerjisi sahəsində Rusiyaya bağlıdır.

Bundan əlavə, zaman-zaman Rusiyanın Zaporojye AES-də törətdiyi terror aktlarına görə cəzalandırılmasına heç də kömək etməyən yeni hallar yaranır. Belə hadisələrdən biri Nigeriyada hakimiyyət dəyişikliyidir. Əslində bu ölkədə çevriliş oldu, hakimiyyətə ruspərəst və çinpərəst mövqedə olanlar gəldi. Nigeriya isə nüvə yanacağı - uranın, xüsusən də Fransanın tədarükçülərindən biridir. Yəni bu hadisələrə görə dünyanın Rusiyadan uran tədarükündən asılılığı daha da artıb.

Anlamaq lazımdır ki, məsələn, neft və neft məhsullarının tədarükünü diversifikasiya etmək mümkündür, hətta bir təchizatçı ölkəni digəri ilə əvəz etmək böyük çətinliklə olsa da, zənginləşdirilmiş nüvə yanacağının tədarükünü əvəz etmək mümkün deyil. Bunun üçün müvafiq texnoloji imkanlar yaratmaq lazımdır və bu, uzun illər çəkəcək.

Məhz buna görə - zənginləşdirilmiş nüvə yanacağının bir çox ölkələrə Rusiyadan tədarükündən asılı olduğuna görə beynəlxalq ictimaiyyət Zaporojye AES ətrafındakı vəziyyətə kifayət qədər ləng reaksiya verir. Baş verənlərin hamısı Rusiya tərəfindən MAQATE Nizamnaməsinin, BMT və ATƏT-in beynəlxalq konvensiyalarının, xüsusən də Nüvə Terrorçuluğu Aktlarına Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiyanın pozulması olsa da, dünya ona qarşı çox sərt sanksiyalar tətbiq etməyə hazır deyil.

Xatırladım ki, işğalçı dövlətə qarşı bu cür qəti addımlar artıq müzakirə olunub, lakin bir çox ölkələr buna qarşı çıxıblar. Ukrayna naminə heç kim belə “qurbanlar” verməyə hazır deyil.

Ona görə də dünyanın Rusiya nüvə kompleksinə sanksiyalarla zərbə vuracağı ilə bağlı illüziyalara qapılmağa ehtiyac yoxdur. Bəli, qismən ola bilər, ancaq illüstrativ sanksiyalar mümkündür. Ciddi məhdudiyyətlər olmayacaq. Səbəb isə yenə deyirəm, dünyanın Rusiyanın uran və zənginləşdirilmiş uran tədarükündən ciddi asılılığıdır.

Müəllif: Vladimir Omelçenko – Ukrayna Razumkov Mərkəzinin enerji proqramlarının direktoru.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru