Türkiyənin illərdir Avropa İttifaqına üzv olmaq üçün gözlədilməsi yanlışdır - Ərdoğan
Tarix: 19-12-2023, 15:28 |
Çap et
"Türkiyənin siyasi maneələrə görə illərdir qapıda gözləməsi düzgün deyil. Avropa İttifaqı indi bu səhvindən əl çəkməlidir”.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan səfərindən geri dönərkən jurnalistlərə açıqlamasında bildirib.
“Avropa İttifaqının bundan sonra Türkiyənin mövqeyini diqqətlə qiymətləndirməsi lazımdır. Avropa İttifaqına üzv olmağa bir çox üzv ölkədən daha çox hazır olan Türkiyənin illərdir siyasi maneələrə görə qapıda gözlədilməsi yanlışdır”, - o deyib.