Daha bir xarici şirkət Azərbaycan bazarından gedir .....                     "Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb .....                     "Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar" .....                     Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU .....                     Ermənistanın təhlükəli diplomatik oyunu .....                     İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... .....                     Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... .....                     Dövlət səviyyəsində ÖZBAŞINALIQ... .....                     Qızıl bazarında saxta məhsullar satılır .....                     Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb .....                     Beh alıb, məclisə getmədi .....                     Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub .....                     “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” .....                     "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa .....                     Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik .....                     "Məni hörmətdən salmaq istəyirlər" .....                     Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: .....                     Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib .....                     “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” .....                     Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı .....                     “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası .....                     “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...” .....                     İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib .....                     İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... .....                     Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi .....                     Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir .....                     "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" .....                     5000 manat maaş alıram, necə qənaət edim? .....                     PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: .....                     Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... .....                     Şirkətlər qrupunda yeni ASC yaradılıb .....                     "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək .....                     38 yaşlı sabiq məmur həbsxanada öldü .....                     Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb .....                     Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... .....                     İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                 

Yaxın Şərqdə ikinci cəbhə: müharibə daha geniş coğrafiyaya yayıla bilər - İNCƏLƏMƏ
Tarix: 23-12-2023, 10:56 | Çap et
Yaxın Şərqdə ikinci cəbhə: müharibə daha geniş coğrafiyaya yayıla bilər
Yaxın Şərqdə müharibənin daha da genişlənməsinin əlamətləri hiss olunur. İsrail “Hizbullah” təşkilatını şimal sərhədindən uzaqlaşdırmaq üçün Livanı işğal etməyi planlaşdırır və Yaxın Şərqdə münaqişəni daha da gərginləşdirməklə hədələyir.

“The Times” yazır ki, həftələrdir davam edən sərhədyanı atışmalardan sonra İsrail Müdafiə Ordusu (TSAXAL) Livanın cənubuna qurudan hücuma keçmək və “Hizbullah”ı Litani çayından şimala itələmək istəyir.

İsraildəki hərbi və hökumət rəsmiləri “Hizbullah”ın basqınının miqyasının HƏMAS-ın hücumundan daha ölümcül ola biləcəyi barədə xəbərdarlıq edərək, oktyabrın 7-də Qəzzaya hücumun təkrarlanmasının qarşısını almaqda qərarlı olduqlarını bildiriblər.

Yüksək rütbəli İsrail zabiti “The Times”a bunları deyib: “Cənubda baş verənlər onların burada edə biləcəkləri ilə müqayisədə heç nədir. İsrailin hədəfi müharibəni digər tərəfin ərazisinə keçirməkdir”.

Aydındır ki, vəziyyət onsuz da ağırdır. Bəs başqa bir cəbhənin - Livan cəbhəsinin açılması ehtimalını necə qiymətləndirmək olar? Bunun baş verə biləcəyinə dair hər hansı əlamət varmı? Yoxsa “Hizbullah” və onun himayədarı İran ABŞ-ın belə bir gedişata mümkün müdaxiləsindən ehtiyat edəcəkmi?

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

İsrailli publisist Aleksandr Nepomnyaşiy:

“Oktyabrın 7-də HƏMAS-ın İsrailin Qəzza zolağının yaxınlığındakı şəhər və qəsəbələrinə hücumu “Hizbullah”ın planının (qondarma Raduan planı) real icrası idi - hansı ki, məhz belə bir hücumu nəzərdə tuturdu, lakin yalnız Livandan və daha geniş miqyasda. Çünki bu iranpərəst terror qruplaşması HƏMAS-dan qat-qat güclüdür.

Müharibənin əvvəlində “Hizbullah”ın oxşar hücumundan qorxan İsrail Livanla sərhədə yaxın onlarla yaşayış məntəqəsindən 60 minə yaxın sakini təxliyə etmək məcburiyyətində qaldı. Həmin insanlar hələ də öz evlərinə qayıda bilmirlər, çünki “Hizbullah” terrorçuları həm hərbi, həm də mülki hədəfləri olan sərhəd yaşayış məntəqələrini atəşə tutur və bu, artıq onlarla mülki israillinin ölümünə səbəb olub.

İsrail belə bir təhdidlə barışmağa hazır deyil və Livandan BMT Təhlükəsizlik Şurasının bütün “Hizbullah” terrorçularının İsrailin şimal sərhədindən geri çəkilməsinə dair 1701 saylı qətnaməsinə əməl etməsini tələb edir. İsrail hökuməti “Hizbullah”ın özü qətnaməni yerinə yetirməsə, İsrailin onu buna məcbur edəcəyinə eyham vurub.

ABŞ “Hizbullah”a qarşı hərbi əməliyyatları dayandırması üçün İsrailə təzyiq edir, lakin İsrailin başqa variantı yoxdur. Çünki ölkə on minlərlə sakininin onlarla şəhər və qəsəbədən faktiki olaraq qovulması ilə barışa bilmir.

Eyni zamanda İsrail rəhbərliyi ordumuzun iki cəbhədə müharibəyə hazır olduğunu vurğulayır. Təbii ki, İsrail Qəzza zolağının əksər hissəsində HƏMAS-ın sıxışdırılmasından sonra hərbi əməliyyatlara başlamağa üstünlük verəcək.

Odur ki, ABŞ və Fransa “Hizbullah”ı İsrailin şimal sərhədindən geri çəkməyə və oradakı bazalarını sökməyə məcbur edə bilməsə, İsrailin şimal sərhədində təhlükəsizliyi təmin etmək üçün müstəqil şəkildə zəruri tədbirlər görməyə məcbur olması tamamilə mümkündür”.

Ukraynalı analitik, Kiyev Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov:

“İsrailin Livanın cənubuna hücumu ehtimalı kifayət qədər yüksəkdir. Qüdsdə Qəzza zolağında quru əməliyyatı başlayandan sonra “Hizbullah”ın ikinci cəbhə açmasından böyük qorxu yaranıb. Oktyabr ayında bunun qarşısını almaq üçün ciddi cəhdlər edildi. Bunda ABŞ-ın münaqişəyə girmək istəyi mühüm rol oynadı. ABŞ-ın müdaxiləsi böyük müharibənin qarşısını aldı, lakin sərhədyanı hücumları dayandırmadı.

Livanın cənubundan gələn təhlükə yüzminlərlə israillini evlərini tərk etməyə məcbur edib. İsrailin şimalında iqtisadiyyat aylarla iflic vəziyyətində qalıb. Aydındır ki, belə qeyri-sabit vəziyyət uzun müddət davam edə bilməz və İsraildə Qəzzada əməliyyat gözlənildiyindən daha uğurla inkişaf etdiyi üçün Livanın cənubunda təhlükəsizlik zonasının yaradılması imkanlarını müzakirə etməyə başladılar.

Öz növbəsində İran və onun satellitləri HƏMAS ilə atəşkəs danışıqlarında İsrailin atəşə tutulmasından təzyiq vasitəsi kimi istifadə edir. İndi iranlılar üçün vacib olan sadəcə olaraq HƏMAS-ı istənilən formada qorumaqdır ki, gələcəkdə ondan istifadə etsinlər. Buna nail olmaq üçün iranlılar İsraili girovlar və humanitar məsələlərlə bağlı HƏMAS-la danışıqlara cəlb etmək istəyirlər.

Əməliyyatda hər belə fasilə HƏMAS və ya onun liderlərini qorumaq şanslarını artırır. Və atəşkəsdən bir az əvvəl “Hizbullah” atışmalarını gücləndirərək, İsrailin güzəştə getməyəcəyi təqdirdə eskalasiyaya hazır olduğunu açıq şəkildə bildirir.

Beləliklə, dinamik bir mühit yaranır ki, tərəflər hər bir növbəti addımını bir əməliyyat istiqaməti ilə bağlı deyil, regiondakı ümumi vəziyyət, düşmənin niyyətləri haqqında fikirlər və onun zəifliyinin qiymətləndirilməsi əsasında ölçüb-biçirlər. Belə bir vəziyyətdə Livanın cənubunda eskalasiya ehtimalı kifayət qədər yüksəkdir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir xarici şirkət Azərbaycan bazarından gedir
Bu gün, 17:32
"Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:28
"Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar"
Bu gün, 17:22
Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU - Böyük "müharibə" olacaq
Bu gün, 17:20
Ermənistanın təhlükəli diplomatik oyunu
Bu gün, 17:15
İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT!
Bu gün, 17:12
Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Bu gün, 17:08
Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 17:01
Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Bu gün, 16:57
Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Bu gün, 16:53
Beh alıb, məclisə getmədi
Bu gün, 16:48
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Bu gün, 16:45
“Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 13:58
Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik - Paşinyan
Bu gün, 13:22
"Məni hörmətdən salmaq istəyirlər"
Bu gün, 13:18
Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: - “Hitler olsaydı…”
Bu gün, 13:15
Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12
“Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01
“Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru