Ukraynaya yardım davam edəcək, amma... - “Bu, qələbə üçün kifayət deyil”
“ABŞ-ın Ukraynaya dəstək üçün ayıracağı yeni yardım paketinin həcmi təxminən 20 milyard dollar ola bilər”. Bu sözləri amerikalı politoloq Malek Dudakov deyib. Analitik qeyd edib ki, yardım paketi gələn ilin yanvarın sonunda razılaşdırıla bilər.
“Çox güman ki, Ukraynaya yeni yardım paketi olacaq, lakin yaxın həftələrdə yox. Çünki hərbi dəstək imkanları tükənir. Amma yanvarın 3-də ABŞ Konqresi məzuniyyətdən qayıdır və büdcə yanvarın 19-na kimi razılaşdırılacaq. Ona görə də yanvarın sonu və ya fevralın əvvəlində yeni paketin ayrıldığını elan edə bilərlər”, - deyə politoloq etiraf edib.
Onun fikrincə, yardımın miqdarı təxminən eyni olacaq: bu, cəbhənin dağılmasının qarşısını almaq üçün kifayət qədər miqdarda döyüş sursatı, silahlardır.
“Yardımın dəqiq miqdarı barədə danışmaq hələ də çətindir. Real proqnoz 20 milyarddır, amma danışıqların necə aparılacağını gözləmək lazımdır. Vəziyyət daha da mürəkkəbdir. Çünki Qərb, xüsusilə, ABŞ bu yardımı miqrantlarla problemin həlli üçün mübadilə etməyə çalışırlar ki, bu da danışıqları çətinləşdirir”, - deyə Dudakov izah edib.
Analitik qeyd edib ki, istənilən halda, hansısa miqdarda yardıma razılıq veriləcək: “Amma bu, Ukraynanın qələbəsi üçün kifayət qədər olmayacaq, sadəcə cəbhənin dağılmasının qarşısını almaq üçün kifayət edıcık”.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Ukraynaya 250 milyon dollar məbləğində yeni yardım paketinin Kiyevdə “isti minnətdarlıqla” qarşılanıb. Ukrayna rəsmiləri deyiblər ki, yeni vəsait axını olmasa, yanvarda maaşların və sosial müavinətlərin bir hissəsinin ödənilməsində problemlər başlaya bilər.
Müəllif: Turan Abdulla - Mənbə: AYNA.az
Təqdim etdi: DİA-AZ.İNFO (ƏRSOYUN BLOQU)