Yeni müharibə meydanı və İran üç qalxanın arxasında – “Hizbullah”dan “Ənsarullah”a
Tarix: 18-01-2024, 15:47 | Çap et
Ötən həftə ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunakın tapşırığı ilə Birləşmiş Ştatların və Birləşmiş Krallığın hərbi dəniz və hava qüvvələri Yəməndə “Ənsarullah” (Husi) üsyançılarının hərbi mövqelərinə zərbələr endirib. Qərb mətbuatının məlumatlarına görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RC-135W” təyyarəsi Yəmənə qarşı hərbi əməliyyata qoşulmaq üçün Qətərdəki “Əl-Udeyd” hava bazasından Səudiyyə Ərəbistanının cənub-qərbinə doğru yola düşüb. Məlumatlarda Cənubi Kiprdə ABŞ-a məxsus “F-35” döyüş təyyarələrinin də Yəməndə husilərə qarşı əməliyyatlara qoşulduğu bildirilib.
Eyni zamanda, Britaniya Kral Hərbi Dəniz Donanmasının Yəmənin paytaxtı Səna və onun ətrafındakı husilərin hərbi obyektlərinə, eləcə də limanlara “Tomahawk” qanadlı raketləri ilə hücum etməsi barədə məlumatlar yer alıb.
Qeyri-rəsmi məlumatlara görə, “Ənsarullah” hərəkatı İran tərəfindən himayə olunur. 10 ildən çoxdur İran hakimiyyətinin husilərə hərbi-siyasi və maliyyə dəstəyi verdiyi iddia olunur.
Yeri gəlmişkən, dünən İranın Ali dini lideri Seyid Əli Xameneyi husiləri hücumlarını davam etdirməyə çağırıb. Deyib ki, Yəmən xalqı böyük işlər görür: “Ümid edirik ki, bu səylər qələbəyə qədər davam edəcək”.
Husilərin Qırmızı dənizdə aktivləşməsi, ABŞ və Britaniyanın hərəkata qarşı addımları onsuz da gərgin olan Yaxın Şərq regionunda vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Ekspertlər hesab edirlər ki, gedişat qarşıda qanlı müharibələri qaçılmaz edəcək.
“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, şərqşünas, politoloq Sədrəddin Soltan bölgədə yaşananlarla bağlı AYNA-nın suallarını cavablandırarkən deyib ki, hazırda husilər ABŞ və Böyük Britaniyanın, həmçinin hər iki ölkənin müttəfiqlərinin regionda maraqlarına ciddi təhlükə törədir:
- Faktiki olaraq husilər Qırmızı dənizdə aktivləşib və dənizdə hərəkət edən ticarət gəmilərinə, neft tankerlərinə təhlükə yaradır, təhlükəsizliyi təhdid edirlər. Bu, əlbəttə, beynəlxalq ticarətin inkişafına zərbə vurmaqla yanaşı, regionda vəziyyətin gərginləşməsinə səbəb olur. Bununla bərabər, husilər HƏMAS-ı dəstəkləyirlər və İsrailin ərazisinə ballistik raketlər ilə zərbələr endirirlər. Husilərin rəhbərləri bəyan edirlər ki, onlar İsrailə məxsus və ya İsrailə doğru hərəkət edən gəmilərə hücumları davam etdirəcəklər. Bu bəyanatlar və addımlar isə təbii ki, “Beynəlxalq mülki dəniz nəqliyyatı haqqında” Konvensiyaya birbaşa ziddir. Məhz həmin Konvensiyaya əsasən də ABŞ və Britaniya husilərin hərbi mövqelərinə qarşı hücumlar təşkil etdi. Hər halda əsas bu amil göstərildi.
- Sizcə, hücumlar davam edəcəkmi?
- ABŞ, Britaniya və beynəlxalq koalisiyaya daxil olan müttəfiq ölkələrin husilərə qarşı hərbi əməliyyatları davam edəcək. Başqa yol görünmür. Hətta ola bilsin ki, husilərin yaratdığı təhlükəyə qarşı qurulan beynəlxalq koalisiya daha da genişlənəcək. Məsələ burasındadır ki, husilərin, “Hizbullah”ın və HƏMAS-ın adı Yaxın Şərqdə sabitliyin pozulmasında daha çox hallanır. Bu da hərbi-siyasi qruplaşmaların atdıqları addımlarda fəaliyyətlərinin əlaqəli olduğunu təsdiqləyir. HƏMAS və Livan “Hizbullah”ı İsrailə qarşı müharibə aparır. Husilər isə bu fəaliyyətlərini daha çox Qırmızı dənizdə həyata keçirirlər. İran hakimiyyəti də bu üç qruplaşmanı birmənalı şəkildə müdafiə edir. Tehrandan verilən bəyanatlar da bunu sübut edir. İsrail isə müttəfiqləri - ABŞ, Böyük Britaniya və digər güclər tərəfindən siyasi, hərbi və maddi baxımdan dəstəklənir. Demək ki, Yaxın Şərqdə baş verənlərin səbəbi gün kimi aydın olur.
- Aydındır ki, HƏMAS-ın İsrailə hücumları və Təl-Əvivin cavabı ilə bölgədə müharibə başladı. Yəməndən “Ənsarullah”ln, Livandan “Hizbullah”ın bu müharibəyə qoşulmasının, yaxud da cəlb edilməsinin səbəbi nədir?
- HƏMAS İsrailə qarşı müharibəyə başlayandan sonra husilər və “Hizbullah” da prosesə qoşulduğunu açıqladı. Əvvəl bunu açıq bəyan etmədilər, amma proseslər göstərir ki, qoşulublar. Husilər İsrail ərazisi istiqamətində raketlər atmaqla yanaşı, Qırmızı dənizdə pirat kimi davranırlar. Aydın məsələdir ki, bu qruplaşmalar vasitəsilə əslində İran müharibəyə qoşulub. Sadəcə bunu proksiləri vasitəsilə həyata keçirir.
- Bununla demək olarmı ki, Yaxın Şərq yenidən intensiv toqquşmaların mərkəzinə çevrilir?
- Ötən ilin oktyabrından, yəni HƏMAS-ın İsrailə hücumundan sonra bölgə toqquşma meydanına çevrildi. Məlumdur ki, İran hakimiyyəti hər zaman regionda vəziyyətin gərginləşməsində maraqlı olub. Lakin indi bölgədə vəziyyəti gərginləşdirən iki əsas qüvvə var: Qərb və İran. Sadəcə İran o qədər güclü iqtisadi potensiala malik deyil ki, Yaxın Şərq ölkələri – İraq, Suriya, Livan, Fələstin və Yəməndəki bütün proksi qüvvələri tamamilə özü müdafiə eləsin. Bundan belə nəticəyə gəlmək olar ki, İranın da arxasında dayanan güclər var. Söhbət Rusiya və Çindən gedir. BMT-nin Təhlükəsizlik Şurasının son iclasında Çin və Rusiya husilərə qarşı qətnamənin qəbul edilməsi ilə bağlı keçirilən səsvermə zamanı tərəfsiz qaldı. Bu, Pekin və Moskvanın husilərə münasibətinin göstəricisi də sayıla bilər. Demək istəyirəm ki, qlobal güclər Ukrayna ilə yanaşı, Yaxın Şərq regionunda da qarşı-qarşıyadır və döyüşürlər. Bu baxımdan, Yaxın Şərq artıq toqquşma meydanıdır.
- Husilər ABŞ və Britaniyaya ultimatum verdilər, hücumlarını davam etdirəcəklərini bəyan etdilər. Bu xəbərdarlıq nə dərəcədə effektli olacaq?
- Husi liderləri bu hücumlara qarşılıq verəcəklərini bəyan ediblər. Belə qənaətə gəlmək olar ki, HƏMAS-İsrail cəbhəsində görünməyən Qərb Yəməndə piratlara qarşı gücünü və birliyini nümayiş etdirir. “Ənsarullah” HƏMAS-ı niyə müdafiə edir? Çünki bunu İran hakimiyyəti istəyir. Bu, siyasi maraqdır. HƏMAS-dan sonra hədəfdə husilər və “Hizbullah” ola bilər. Deməli, HƏMAS-ı müdafiə etməklə onlar həm də özlərini qoruyurlar. Onların sıradan çıxması isə İran hakimiyyətinin bölgədən qovulması ilə yekunlaşar.
BMT Təhlükəsizlik Şurasının məlum qətnaməsi ilə bağlı səsvermənin gedişinə əsasən, ehtimal etmək olar ki, Qırmızı dənizdə husilərin piratçılıq fəaliyyətini İran müdafiə edəcək. Husilərin bəyanatları da bundan qaynaqlanır. Bu isə perspektivdə onun regionda təklənməsi ilə nəticələnə bilər. Ona görə də İran hakimiyyəti regionda müharibənin genişlənməsi və şiddətlənməsinə çalışır. Başqa sözlə, husilər Tehranın regionda ABŞ və İsrailə qarşı istifadə etdiyi silahdır.
Rəsmi olmayan mənbələrin iddiasına əsasən, Yəməndəki qiyamçıların fəaliyyətinə İranın Ali dini rəhbəri ayətullah Xameneyi birbaşa nəzarət edir. Bu iddianın doğruluğundan asılı olmayaraq, husilərə, HƏMAS-a, “Hizbullah”a atılan hər mərmi Tehran rejiminin maraqlarına dəyir. Bu baxımdan İran hakimiyyəti növbənin ona çatmaması üçün ön cəbhədə tutduğu qüvvələrə görünən dəstəyini, bilinməyən yardımını artırır. Husilər, HƏMAS və “Hizbullah” indiki halda İranın üç qalxanı rolundadır. Ona görə də husilərin xəbərdarlığını gözardı etməmək lazımdır. Lakin düşünürəm ki, husilərə qarşı koalisiya da öz təsirli addımlarını atacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|